İstanbulda ikinci görüş...
10.04.2025 [08:56]
Yekun anlaşma əldə olunacaqmı?
ABŞ-Rusiya münasibətlərində buzlar əriməyə başlayır - 2025-ci ilin yanvarından başlayaraq Ağ Ev ilə Kreml arasında təmasların intensivləşməsi, xüsusilə də fevralın 18-də Ər-Riyadda və martın 23-də Ciddə şəhərində ABŞ və Rusiyanın yüksək rütbəli rəsmiləri arasında keçirilən görüşlər həm Tramp administrasiyasının, həm də Putin hakimiyyətinin ikitərəfli münasibətlərin bərqərar olunmasında maraqlı olduğunu deməyə əsas verir. Hər iki ölkə ikitərəfli danışıqları davam etdirmək niyyətindədir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, aprelin 10-da İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş keçiriləcək. Departamentin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Temmi Bryus mətbuat konfransında bildirib ki, tərəflər səfirliklərin işinin bərpası və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İstanbulda gözlənilən danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə departamentin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edəcək. Xatırladaq ki, fevralın 27-də İstanbulda Rusiya və ABŞ nümayəndələrinin ikitərəfli görüşü keçirilib.
İlk görüşün nəticəsi...
Altı saat qapalı şəraitdə keçirilən ilk görüşdə əsasən iki ölkənin diplomatik missiyalarının fəaliyyəti, o cümlədən hər iki ölkənin diplomatik mülkiyyəti və amerikan və rus diplomatlarının bank əməliyyatlarına çıxış imkanları ilə bağlı məsələlər müzakirə olunub. Dövlət Departamenti görüşü “konstruktiv”, Rusiya XİN rəhbərliyi isə “məzmunlu və işgüzar” adlandırıb. Qərb və rus KİV-lərinin məlumatına görə, bu görüşdə digər məsələlər də diqqət mərkəzində olub - Rusiya tərəfi Moskva ilə Vaşinqton arasında birbaşa hava əlaqəsinin bərpasını, ABŞ isə Moskvadakı diplomatik nümayəndə heyətinin daimi və kifayət qədər sayda olmasını istəyib. İlk görüşdə hər iki tərəf müəyyən məsələlər üzrə ortaq məxrəcə gəlməyə nail olub - diplomatik missiyaların fəaliyyətinin maneəsiz maliyyələşdirilməsi, diplomatik heyətin rəsmi vəzifələrinin icrası üçün lazımi şəraitin yaradılması və danışıqların davam etdirilməsi barədə razılaşmalar əldə olunub.
İstanbulda bu dəfəki görüş də məhsuldar ola bilər...
Ekspertlər hesab edirlər ki, İstanbulda baş tutan ilk görüş, həmçinin Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyevin Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri ilə məhsuldar görüşü ABŞ-Rusiya münasibətlərinin normallaşması istiqamətində yeni bir mərhələnin başlanğıcıdır və ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaranmasına yol açacaq. Onların fikrincə, önümüzdəki dövrlərdə baş tutacaq danışıqlarda münasibətlərdə problemlərin həlli, diplomatik əlaqələrin bərpası və yeni əməkdaşlıq bucağının müəyyənləşməsi ilə bağlı məsələlər əsas müzakirə predmeti olacaq və hər iki tərəf bu məsələlərdə yekun anlaşmaya nail olmaq üçün öz təşəbbüslərini ortaya qoyacaq, hətta qarşılıqlı güzəştlərə də gedə bilərlər. İstanbuldakı növbəti görüşün də nəticəyönümlü olacağı ehtimal olunur. İddialara görə, bu görüşdə, hətta ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının yumşaldılması məsələsi də müzakirə mövzusu ola bilər. Çünki bu, Moskva üçün çox önəmlidir və Vaşinqtonla danışıqlar masasında bunu şərt kimi irəli sürür. Belə bir qənaətə gəlinib ki, bu dəfəki görüşdə də önəmli məsələlər ətrafında razılaşmaların əldə olunacağı təqdirdə Ağ Ev və Kreml ABŞ-Rusiya münasibətlərinin bərqərar olunması istiqamətində zəruri addımlar atacaqlar. ABŞ-ın Rusiyada, Rusiyanın isə ABŞ-da diplomatik missiyasının tam fəaliyyətinə əngəl olan bütün manelər aradan qaldırıla bilər. Xüsusi bir məqamı da vurğulamaq lazımdır ki, Trampın son günlər dünyanı çalxalayan gömrük rüsumları siyahısında Rusiyanın adı keçmir. Sözsüz ki, bunu Rusiya-ABŞ münasibətlərində müsbət ab-havanın yaranması üçün mühüm amil hesab etmək olar.
Nəyə görə İstanbul?
Səudiyyə Ərəbistanı kimi Türkiyə də ABŞ-Rusiya danışıqları üçün münasib məkan hesab olunur. Türkiyənin ABŞ-ın hərbi-strateji müttəfiqi olmasına baxmayaraq, Rusiya ilə diplomatik-siyasi, iqtisadi-ticari, enerji-nəqliyyat və mədəni sahələrdə dərin və geniş əlaqələri var. Həm Vaşinqton, həm də Moskva Türkiyənin geosiyasi və geostrateji məsələlərdə maraqlarını və regional və beynəlxalq səviyyədə mövqeyini nəzərə alırlar. Türkiyə isə öz növbəsində istər Rusiya-Ukrayna münaqişəsinin nizamlanması, istərsə də ABŞ-Rusiya münasibətlərinin normallaşması üzrə aparılan danışıqlarda vasitəçilik etməyə hazır olduğunu bəyan edib, hətta belə demək mümkünsə, bu rolun öhdəsindən gəlmək iqtidarındadır. Xatırladaq ki,Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə Türkiyəni mühüm regional oyunçu və Prezident Rəcəb Tayyib Ərdoğanın ağıllı siyasətçi olduğunu qeyd edib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

