Siyasi hipnoz
21.05.2025 [09:14]
Siyasətbazların sosial şəbəkədəki məsuliyyətsiz şıltaqlıqlarına baxan zaman görünən odur ki, siyasi maarifçiliyə hələ uzun müddət bundan sonra da ehtiyac olacaqdı. “Vətəndaşları peşəkar təhlil maraqlandırmır” kimi zorla yeridilən fikirlər səbəbindən siyasi müstəvidə “ucuz” və “bayağı” şərhlərin sayı durmadan artır. Əlbəttə ki, sözügedən proses təsadüfi deyil və bu, fəsadsız ötməz. Peşəkar siyasi analitikanın meyarları o qədər cılızlaşıb ki, artıq ucuz istehza ilə və ya sadəcə emosional səsləndirilmiş bir neçə “çılpaq” cümlə belə insanlara “sanballı” siyasi fikir kimi təqdim oluna bilir.
Bu fikirlər politoloq Asif Adilin “Siyasi hipnoz” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Sosial şəbəkələr sayəsində müasir dövrümüzdə tamamilə yeni hesab oluna biləcək daha bir peşə növü də kəşf olunub: sifarişli statusbazlar. Belə ki, məhz bu statusbazların canfəşanlığı sayəsində ucuz demaqoqların sözbazlığı kütləyə siyasi fikir, siyasi mövqe və daha təhlükəli olan “vətənpərvərlik” kimi təqdim olunur. Sosial şəbəkə istifadəçilərinin ictimai şüuru isə bu cür siyasi hipnozun təsiri altına düşərək zəhərlənir. Bayağı musiqilər insanın estetik zövqünü korladığı kimi, ucuz siyasi demaqogiya da kütlənin ictimai şüurunu zəhərləyir.
Əlbəttə ki, sözügedən hal bir ayın və hətta bir neçə ilin təzahürü deyil. Siyasi münasibətləri dayazlaşdırmaq və siyasi proseslərin emosiyadan asılılığını artırmaq məqsədilə Qərb uzun onilliklər ərzində məqsədyönlü şəkildə bütün dünyada siyasi analitikanı bəsitləşdirib və tədricən onun tamamilə sıradan çıxarılmasına çalışır. Hər şey ona doğru gedir ki, “siyasi analitika”, “siyasi proqnoz” və “siyasi modelləşmə” tamamilə Qərbin müstəsna hüququ olmalıdır. Sözügedən vəzifə kollektiv Qərbin bilavasitə uzunmüddətli geostrategiyasının davamıdır. Çünki siyasi fikir bəsitləşdikcə siyasətdə emosiyaların payı artır, əhalinin ictimai təfəkküründə isə radikal düşüncə parazitinin inkişafı üçün münbit şərait yaradılır. Qeyd olunan mürəkkəb strategiyanın başlıca hədəfi cəmiyyətin parçalanmasıdır. Saxta demokratik şüarların arxasında çox zaman məhz bu cür qorxunc məqsədlər dayanır. Söhbət milli maraqlardan və dövlətçiliyin qorunmasından gedən zaman romantizm bağışlanmaz sadəlövhlükdür.
Bəli, internet, o cümlədən sosial şəbəkələr müasir dövrün ən mühüm kəşflərindən biridir. Bununla yanaşı, heç tərəddüd etmədən deyə bilərik ki, sosial şəbəkələr yuxarıda bəhs etdiyimiz Qərbin qlobal geostrategiyasının əsas alətidir. Şübhəsiz ki, sosial şəbəkələr vasitəsilə sosial mühəndisliyin ən mürəkkəb əməliyyatları həyata keçirilir. Yaşadığımız informasiya əsri özü belə dolayısı ilə sözügedən mülahizənin təsdiqidir.
Uzun onilliklər ərzində həmin o informasiya texnologiyaları vasitəsilə əhalinin ictimai şüuruna planlı şəkildə yeridilən “Qərb etalonları” sayəsində bir çox məsələlərdə, o cümlədən analitikada birincilik könüllü şəkildə onlara təslim olunurdu. Qərb isə “yumşaq güc” siyasətinin alətlərindən uğurla istifadə edərək təsir coğrafiyasını durmadan genişləndirirdi. Siyasi sistem, qanunverici baza, iqtisadi münasibətlər, dəyərlər sistemi, mədəni baxışlar, ictimai zövq, milli identiklik və digər bu kimi mühüm sosial-siyasi təzahürlər hamısı istisnasız olaraq zaman-zaman yuxarıda bəhs etdiyimiz siyasətin (qlobal manipulyasiyaların) təsiri altında qalmışdı.
Bütün bu təlatüm və streslərdən salamat çıxmağımızın əsas səbəblərindən biri müstəqil siyasət, siyasi iradə, sabitlik və milli birlikdir. Elə ona görə də düşmənləri hər zaman qıcıq edən və onların təxribatlarının hədəfində məhz Azərbaycanın müstəqil siyasəti, dövlət başçısının siyasi iradəsi, ölkəmizdə yaşanan sabitlik və milli birlik mühiti olmuşdur. Bu sadə siyasi həqiqətləri unutmayaq və sadəlövh olmayaq. Bu həqiqətlərin ifşası bizləri öz xəstə ambisiyalarında boğulan yaramaz riyakarların siyasi hipnozundan qoruya bilər.
Vətəndaş onu da bilməlidir ki, gurultulu siyasi demaqogiya hipnoz kimidir, yalnız ayılanda başa düşürsən ki, aldandın. Hipnoza qarşı əsla çıxış etmirik və ola bilsin ki, bu üsul hansısa xəstəliklərin müalicəsində istifadə oluna bilər. Ancaq psixologiya elminə görə, hipnoz təlqinə uyğunluğu olan süni yuxu və ya yuxu-oyanıqlıq arası bir haldır. Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür. Siyasətdə özlərinə yer qoparmış demaqoqların da hədəfi eynidir: kütləni yuxuyabənzər vəziyyətə salaraq öz çirkli manipulyasiyalarını həyata keçirtmək. Radikal təfəkkür sahiblərinin siyasi alətlərinin məzmununa diqqət yetirin: şantaj, təhdid, aclıq, yalan, böhtan, təhqir, küçə iğtişaşlarına çağırış və s. Bunlar hamısı eyniliklə hipnoz kimi manipulyasiya növləridir.
Onların bu cür hipnozlarının hədəfi şəfalandırmaqla əlaqəli deyil. Bu cür siyasi əxlaq sahibləri ucuz demaqogiyadan şarlatan sehrbazların əlində olan sehrli çubuqlar kimi istifadə edirlər. Ancaq dünyanın tarixinə qalib xalq kimi öz adını əbədi olaraq yazmış Azərbaycan xalqına isə sehrbazlıq yox, dövləti və dövlətçiliyi qoruya biləcək Prezident İlham Əliyevin nümayiş etdirdiyi ali siyasi iradə, dayanıqlı inkişafı təmin edən sabitlik və milli birliyimizi qoruyan həmrəylik mühiti lazımdır. Son bir neçə il ərzində ölkəmizdə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti isə həmin bu birliyi və sabitliyi qoruyan əsas ideoloji amildir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

