Qəzzada müharibə dayana bilər
24.05.2025 [09:27]
Bölgə silahsızlaşdırılmalıdır!
Qəzzada vəziyyət gərgin olaraq qalır. Belə ki, bölgədə İsrail ilə HƏMAS arasında döyüşlər davam edir. ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə aparılan uzunmüddətli danışıqlar nəticəsində bu ilin yanvarın 19-da İsrail ilə HƏMAS arasında imzalanan atəşkəs sazişi martın 18-də tərəflər arasında yenidən silahların işə salınması ilə fiaskoya uğradı. Artıq mayın 18-dən başlayaraq İsrail Silahlı Qüvvələrinin bölgədəki hərbi əməliyyatları geniş vüsət alıb.
Netanyahu bəyanat yayıb
İsrailin Qəzzada hərbi əməliyyatlarının genişlənməsinə baxmayaraq, rəsmi Təl-Əviv növbəti dəfə atəşkəsə gedə bilər. Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu son yerli mətbuat konfransında bəyan edib ki, İsrail girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında müvəqqəti atəşkəs rejimini qəbul etməyə hazırdır. Netanyahunun sözlərinə görə, HƏMAS-ın əlində olan bütün girovlar azad edilərsə, anklav tamamilə silahsızlaşdırılarsa və HƏMAS hərəkatı zolağın ərazisini tərk edərsə, İsrail Qəzzada müharibəni dayandırmağa hazır olacaq.
Niyə məhz müvəqqəti atəşkəs, daimi mümkün deyil?
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, İsrailin yalnız müvəqqəti atəşkəsə hazır olduğunu bildirməsi və daimi atəşkəsə qarşı çıxması, həm bölgədəki reallıqlar, həm də strateji və siyasi məqsədlərlə bağlıdır. “İsrailin hazırda daimi atəşkəsə razılaşmamasının bir neçə səbəbi var. Təbii ki, ilk səbəb HƏMAS-la bağlıdır. İsrailin bu müharibədə əsas məqsədi HƏMAS-ı tamamilə sıradan çıxarmaq və onun Qəzza zolağında hərbi-siyasi idarəetməsinə son qoymaqdır. Daimi atəşkəs bu məqsədə çatmadan qəbul olunarsa, sözsüz ki, bu HƏMAS-ın qüvvələrini bərpa etməsi və daha sonra yenidən güclənməsi ehtimalını artıracaq. Digər səbəb isə İsrailin öz daxilində gedən proseslərlə bağlıdır. Netanyahunun koalisiyası sağçı və mühafizəkar qüvvələrdən ibarətdir. Bu qüvvələr hərbi əməliyyatların dayandırılmasını HƏMAS-a güzəşt kimi dəyərləndirir və hökumətə ciddi daxili təzyiq göstərirlər,” - deyə V.Zifəroğlu vurğulayıb ki, İsrail tərəfi dəqiq şərtlər irəli sürür. “Netanyahu HƏMAS-ın tam tərk-silah olunacağı, zolağı tərk edəcəyi və girovları geri qaytaracağı halda müharibənin sona çata biləcəyini deyir. Bu isə faktiki olaraq HƏMAS-ın kapitulyasiyası deməkdir. Əslində, irəli sürülən bu şərtlər real şəraitdə çətin qəbul ediləcək şərtlərdir”. Ekspertin sözlərinə görə, daimi atəşkəs üçün İsrail tərəfi yeni bir formatın yaradılmasını əsas olaraq götürür. “Bu ilk növbədə Qəzzada HƏMAS-ın yerinə ya Fələstin Muxtariyyəti, ya da beynəlxalq dəstəkli müvəqqəti hökumətin gəlməsi ilə bağlıdır. Bu isə həm diplomatik razılaşmalar, həm də bölgədə təhlükəsizlik mexanizmlərinin qurulması ilə mümkündür. Digər tərəfdən, regional aktorlar - ərəb ölkələrinin və İranın bu cür dəyişikliyə münasibəti birmənalı deyil”.
Tramp Netanyahunun mövqeyini dəstəkləyə bilər
Bu məsələyə gəlincə, V.Zifəroğlu bildirib ki, Netanyahunun bu mövqeyi Trampın təhlükəsizlik baxışları ilə uyğun gəlir, amma; “Qlobal və humanitar təzyiqlər faktiki olaraq Trampı daha realistik addımlar atmağa vadar edir. Bunu onun son açıqlamalarından da görmək mümkündür. ABŞ-da demokratlar və beynəlxalq ictimaiyyət İsrailə daimi atəşkəs üçün təzyiq göstərir. Tramp isə bu təzyiqi zəiflədə bilər, ancaq bunu tamamilə gözardı etməsi çətin olar”.
HƏMAS silahı yerə qoyacaq?
Politoloq Asif Nərimanlı hesab edir ki, HƏMAS-ın Qəzzanı tərk etməsi və özünü buraxması qeyri-mümkün görünür: “İsrail ilə iki ildən çox davam edən döyüşlər fonunda HƏMAS hərəkatı çox zəifləyib. HƏMAS-ın əlindəki silah-sursat demək olar ki, kifayət qədər tükənib. Eyni zamanda, Qəzzada silahların daşınması üçün nəzərdə tutulan yolların üçdə ikisi sıradan çıxıb. Hərəkatın özünü yeni silahlarla təmin etmək üçün imkanları yoxdur. Belə bir vəziyyətdə HƏMAS öz mövcudluğunu davam etdirmək üçün İsrail ilə atəşkəsə getməkdən başqa çarəsi olmayacaq. Qeyd edim ki, HƏMAS buna hazırdır. Sözsüz ki, əgər atəşkəs əldə olunarsa, HƏMAS İsrailə hücum etməmək barədə öhdəliklər götürəcək. Belə bir şəraitdə növbəti atəşkəs sazişinin imzalanması, HƏMAS-ın məğlubiyyəti, İsrailin qələbəsi demək olacaq. Amma HƏMAS-ın tamamilə silahı yerə qoyub özünü tərki-silah etməsi qeyri-mümkündür. HƏMAS-ın silah-sursatı tükənsə belə, xalq üsyanını təşkil etmək imkanlarına malikdir. Qəzzadakı fələstinlilər axıra qədər müqavimət göstərmək potensialına sahibdirlər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

