Diplomatik, yoxsa korporativ məqsəd
05.06.2025 [08:42]
Parisin Gorusda konsulluq açması...
44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazisində 30 illik erməni işğalına son qoymaqla regionda yeni siyasi reallıqlar formalaşdırıb. Bu reallıqlar arasında sülh və əməkdaşlıq, o cümlədən regionun gələcək inkişafı tendensiyasında təhlükəsizlik arqumentinin önə çıxması təsadüfü deyil. Azərbaycanın 2022-ci ildən etibarən irəli sürdüyü sülh təşəbbüsləri regional sabitlik, əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə yol açır. Ermənistanla razılaşdırılmış sülh sazişi sənədində regiondan kənar dövlətlərin bölgədə destruktiv fəaliyyətlərinə yol verilməməsinin zəruriliyini əks etdirən müddəanın qeyd olunması Azərbaycanın regionun taleyi ilə bağlı məsələlərdə nə dərəcədə ciddi olduğunu sübut edir. Bu xüsusda Fransanın post-münaqişə dövründə Azərbaycana qarşı tutduğu mövqe birmənalı qarşılana bilməz. Fransanın davranışları regionda sülhün bərqərar olunmasına mane olur. Bu mənada, rəsmi Parisin Gorusda konsulluq açması müəyyən suallar doğurur. Xatırladaq ki, iyunun 2-də Fransanın Gorusdakı konsulluğunun açılışı olub. Fəxri konsul postuna isə milliyyətcə erməni olan və Gorus Frankofoniya Mərkəzinin direktoru vəzifəsini icra edən Karmen Apunts təyin olunub.
Konsulluq bu məqsədlə açılıb
Siyasi texnoloqlar hesab edirlər ki, Fransanın Gorusdakı konsulluğu diplomatik məqsədlərə deyil, Parisin həmin bölgədə siyasi və iqtisadi təsir imkanlarının artmasına, ən əsası da kəşfiyyat məlumatlarının toplamasına xidmət edəcək. Onların fikrincə, Ermənistanın Azərbaycanla sərhəd ərazilərdə yerləşən Aİ-nin mülki missiyası ilə bağlı ümidlər puça çıxdıqdan sonra Paris indi də bu yola əl atıb. Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Fransanın Gorusda konsulluq açması Cənubi Qafqazda sülh proseslərinə açıq-aşkar zərbə vurmaq cəhdidir. “Bu addım Azərbaycanın regionda sabitlik və təhlükəsizlik üçün göstərdiyi səylərə kölgə salmaq məqsədi daşıyır. Ermənistanın buna razılıq verməsi onun sülhə sadiq olmadığını bir daha sübut edir. Fransa diplomatiya pərdəsi altında regionda öz geosiyasi maraqlarını güdmək niyyətindədir. Bu, Parisin Cənubi Qafqazda nüfuz uğrunda Rusiya və digər güclərlə rəqabət aparmaq istəyinin göstəricisidir. Ermənistanın bu oyuna alət olması regionun gələcəyi üçün təhlükəlidir”, - deyə T.İsmayilov vurğulayıb. Ekspert, həmçinin bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları müsbət istiqamətdə irəliləyərkən belə bir addımın atılması qəbuledilməzdir: “Fransanın tələm-tələsik konsulluq açması sülhə dəstək deyil, əksinə, gərginlik yaratmaq manevridir. Ermənistanın Fransaya bel bağlaması onun öz suverenliyini şübhə altına qoyması deməkdir. Aİ-nin mülki missiyasının uğursuzluğu fonunda Parisin bu cür addımlar atması təsadüfi deyil”.
Ermənistan Fransanın “vassalı”na çevrilir?
T.İsmayilovun sözlərinə görə, Fransa regionda öz hərbi və siyasi varlığını gücləndirmək üçün Ermənistandan istifadə edir. O, qeyd edib ki, bu, Cənubi Qafqazın sabitliyinə xələl gətirən məsuliyyətsiz bir siyasətdir. “Ermənistanın Fransanın təhriki ilə hərəkət etməsi region dövlətləri arasında etimadı sarsıdır. Azərbaycanın sülh təşəbbüsləri Qərb tərəfindən təqdir olunsa da, Fransa bu prosesi pozmağa çalışır. Gorusda konsulluğun açılması təkcə diplomatik deyil, həm də kəşfiyyat məqsədləri daşıyır. Fransanın bu addımı regionda yeni münaqişə ocaqları yaratmaq potensialına malikdir”. Eyni zamanda, T.İsmayilov deyib ki, Ermənistanın Fransaya arxalanması onun müstəqil qərar qəbul etmə qabiliyyətini sual altına qoyur. “Parisin Cənubi Qafqazda yerləşmək cəhdi beynəlxalq hüquqa və regionun maraqlarına ziddir. Ermənistan bu cür addımlarla sülh danışıqlarında öz mövqeyini zəiflədir. Bu vəziyyət Parisin ikili standartlar siyasətinin bariz nümunəsidir. Ermənistan öz xarici siyasətini Fransanın əlinə verməklə böyük səhvə yol verir”.
Paris sülhü pozmağa çalışır
“Fransanın Gorusdakı konsulluğu regionda sülhü dəstəkləmək əvəzinə gərginliyi artırır. Cənubi Qafqazda sabitlik və əməkdaşlıq istəyən ölkələr Ermənistan və Fransanın bu siyasətini kəskin şəkildə pisləməlidir. Əks halda regionda siyasi böhranın dərinləşmə ehtimalı böyükdür”, - deyə eskpert bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

