/ / Afrika ilə Fransa arasındakı postkolonial paradoks: imperial mirasın yükü və yeni geosiyasi oyanış
Afrika ilə Fransa arasındakı postkolonial paradoks: imperial mirasın yükü və yeni geosiyasi oyanış
30.07.2025 [13:00]
Afrika qitəsi XXI əsrdə öz strateji dəyərini yalnız enerji və xammal ehtiyatları ilə deyil, həm də demoqrafik potensialı, yüksələn regional təşəbbüsləri və qlobal nizamın transformasiyasında oynadığı rolu ilə təsdiqləyir. Bu transformasiya çərçivəsində Afrika dövlətlərinin suveren qərarvermə hüququ uğrunda apardığı mübarizə xüsusilə Fransanın köhnə kolonial çərçivədə saxladığı təsir sistemlərinə qarşı əsl intellektual və siyasi dirənişə çevrilib. Keçmişin kolonial imperiyası kimi Fransa bu gün regionda güc proyeksiyası uğrunda son dərəcə qeyri-sabit, bəzən də xaotik addımlar ataraq yeni reallıqları qəbul etməkdə çətinlik çəkir.
Əslində, Fransa-Afrika münasibətlərinin təməlində duran “Françafrik” (Françafrique) doktrinası XIX əsrin ortalarından XX əsrin sonuna qədər Fransanın qitə ölkələrində yürütdüyü “yumşaq hökmranlıq” modelinin institusionallaşmış formasıdır. Bu model özündə təkcə iqtisadi asılılığı yox, siyasi muxtariyyətin de-fakto ləğvini və regionda Fransa maraqlarına uyğun sabitliyi qorumaq üçün hərbi müdaxilə mexanizmlərinin aktiv saxlanmasını da ehtiva edirdi. Hərbi baza yerləşdirmələri, yerli elitaların korrupsiyalaşdırılması və valyuta nəzarəti (xüsusilə CFA frankı sistemi) vasitəsilə Paris uzun müddət Afrika dövlətlərini öz geosiyasi orbitində saxlamağı bacardı.
Lakin XXI əsrdə bu model qlobal siyasi rasionallıqla, eləcə də region xalqlarının yüksələn milli şüuru ilə toqquşdu. Fransa artıq neokolonial dominantlığı texnokratik maskalarla gizlədə bilməyəcək qədər açıq mövqedədir. Mali, Burkina-Faso və Niger kimi ölkələrdə baş verən siyasi çevrilişlər, onların ardınca Fransanın diplomatik və hərbi personalının qovulması Parisin siyasi nüfuzunun iflasa uğramasının yalnız başlanğıcıdır.
Bu çöküş həm də ideoloji iflasa işarə edir. “Azadlıq, bərabərlik və qardaşlıq” şüarı ilə özünü Qərbin maarifçi dayağı kimi təqdim edən Fransa, əslində, Afrika üçün uzunmüddətli iqtisadi istismarın və siyasi manipulyasiyanın sinoniminə çevrilib. 1960-cı illərdə nominal müstəqillik əldə etmiş ölkələr gerçək müstəqilliyini XXI əsrin ikinci onilliyində qazanmağa başlayıb. Bu isə Fransa üçün böyük reputasiya böhranına gətirib çıxarıb.
Əgər əvvəllər bu proseslər periferiyadan mərkəzə doğru səssiz şəkildə axırdısa, bu gün artıq Fransa daxilində də ciddi rezonansa səbəb olur. Paris küçələrində baş verən sosial narazılıqlar, etnik qarşıdurmalar və multikulturalizmin uğursuzluğa düçar olması məhz postkolonial stresin daxili əksidir. Afrika əsilli vətəndaşların Fransadakı diskriminasiya təcrübələri onların dövlətə qarşı inamsızlığı ilə birləşərək, kolonial keçmişin sosial kodlarının hələ də nə qədər canlı olduğunu göstərir.
Bütün bu kontekstdə Fransanın Cənubi Qafqaz və Mərkəzi Asiya kimi regionlarda yürütməyə çalışdığı riyakar geosiyasi strategiyalar onu yalnız beynəlxalq aləmdə deyil, həm də region dövlətlərinin nəzərində etibarsız və qorxaq aktora çevirir. Fransa özündə artıq yalnız keçmiş imperiyanın simvolik zərifliyini yox, strateji zəifliyini də daşıyır. Onun son illər Cənubi Qafqaza, xüsusilə Azərbaycana qarşı birtərəfli və qeyri-obyektiv ritorikası Parisin yeni güc mərkəzlərini qəbul etməməsinin əks-sədasıdır.
Azərbaycanın yüksələn qlobal rolu: ədalətli siyasətin nümunəsi
Əvəzində Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış, rasional və suveren mövqeyi ilə seçilən bir aktora çevrilib. Öz torpaqlarını işğaldan qurtarandan sonra nümayiş etdirdiyi strateji soyuqqanlılıq, postmüharibə reallıqlarının tənzimlənməsi prosesində oynadığı konstruktiv rol və enerji diplomatiyası vasitəsilə Avropa üçün alternativ təchizat marşrutları təklif etməsi Bakının qlobal sistemdə mühüm oyunçuya çevrildiyini sübuta yetirir. Azərbaycanın ev sahibliyi etdiyi COP-29 bu prosesin kulminasiya nöqtəsidir. Bu tədbir yalnız iqlim məsələlərinin müzakirəsi üçün platforma deyil, həm də Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi mesajın gücüdür: bu ölkə həm regional sabitliyin, həm də qlobal dayanıqlı inkişafın memarlarından biridir. Paris bu tədbirə qərəzli yanaşmaqla əslində müasir dünyanın dəyişən reallıqlarını inkar edirdi.
Fransanın Cənubi Qafqazda erməni diaspor? ilə birgə yaratmağa çalışdığı siyasi intriqalar Azərbaycan üçün yalnız siyasi mübarizə deyil, həm də ideoloji müstəvidə bir haqq savaşıdır. Azərbaycanın dünyaya bəyan etdiyi əsas prinsip - beynəlxalq hüquqa hörmət, ərazi bütövlüyü və regional əməkdaşlığa çağırış hazırkı multipolyar dünyada yüksələn normativ dəyərlərdir. Bu mənada Azərbaycan nəinki öz regionunda, həm də qlobal müstəvidə Fransa kimi dövlətlərin keçmişə əsaslanan neoimperial ambisiyalarına qarşı alternativ inkişaf modelidir.
Nəticədə qeyd etmək olar ki, Fransa-Afrika münasibətlərinin bugünkü böhranı təkcə bir imperiyanın süqutu deyil, üstəlik, yeni geosiyasi reallığın formalaşmasıdır. Parisin öz kolonial keçmişi ilə hesablaşmaması və müasir dünya nizamını anlamaqda nümayiş etdirdiyi zəiflik onun regional və qlobal təsir gücünü sistemli şəkildə sıradan çıxarır. Əvəzində isə Azərbaycan kimi yüksələn dövlətlər müasir beynəlxalq hüququn və ədalətli multilateralizmin əsas daşıyıcılarına çevrilir. Əgər XXI əsrin əvvəlində Fransa “sivil missiya” adı altında Afrika xalqlarına nümunə olmaq istəyirdisə, bu gün artıq Azərbaycan regional liderliyi, sülh çağırışları və ekoloji təşəbbüslərlə qlobal cəmiyyət üçün real modelə çevrilib. Bu, tarixin ironiyası deyil, ədalətin gec də olsa, yerini tapmasıdır.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06

