Aİ razı deyil - Tramp Rusiyaya qarşı addımlarda tələsmir...
06.09.2025 [11:12]
Sentyabrın 4-də ABŞ Prezidenti Donald Tramp ilə “Könüllülər koalisiyası”nın liderləri arasında onlayn konfrans baş tutub. Post-müharibə dövründə Ukraynanın təhlükəsizlik zəmanətləri ilə təmin edilməsi konfransın əsas müzakirə mövzusu olub, eyni zamanda Ukraynaya beynəlxalq sülhməramlı adı altında hərbi kontingentin göndərilməsi ilə bağlı məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb. Qərb KİV-lərinin məlumatına görə, konfrans çox gərgin keçib. “Bild” qəzeti qeyd edir ki, Trampla söhbətdən sonra Avropa liderləri arasında “narazılıq və məyusluq” hökm sürür. Aİ Ağ Evin rəhbərindən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediləcəyini gözləyir. Nəşr yazır ki, onlayn konfransda söhbət zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Amerika tərəfinə Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün yaxın iki gün ərzində Vaşinqtona Avropa nümayəndə heyəti göndərməyi təklif edib: “Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar apararkən Amerika Prezidenti ilə birgə yanaşmanı əlaqələndirməyə cəhdlər edildi: avropalılar Rusiyaya qarşı sanksiyalarla bağlı işçi qrup yaratmaq üçün 48 saat ərzində öz nümayəndələrini Vaşinqtona göndərməyi təklif etdilər”, - deyə “Bild” yazıb. Lakin Trampın bu təkliflə razılaşıb-razılaşmayacağı hələlik bəlli deyil. Gərgin söhbət əsnasında ABŞ Prezidenti Avropa İttifaqını Rusiya neftinin idxalını davam etdirməkdə ittiham edib. Tramp bəyan edib ki, Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalıdır. Onlayn konfransdan sonra Finlandiya Prezidenti Aleksandr Stubb jurnalistlərə bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Trampla tezliklə Rusiya neft və qazına qarşı sanksiyaları müzakirə edəcək. O, qeyd edib ki, Tramp Avropa liderləri ilə söhbəti zamanı ABŞ və Avropanın Rusiyaya qarşı növbəti sanksiyalarda birgə hərəkət etməsini təklif edib.
Qeyd edək ki, “Könüllülər koalisiyası”nda Fransa, Böyük Britaniya və Almaniya da daxil olmaqla 30-a yaxın ölkə təmsil olunur. Sözügedən ölkələr Ukraynaya dəstəyin davam etdirilməsi üçün bir araya toplaşıblar.
Avropa Trampdan nə istəyir?
Ukraynada müharibənin davam etməsi fonunda Avropa İttifaqının və Aİ-nin üzv ölkələrinin liderlərinin Trampdan əsas istəyi Vaşinqtonun yenidən Rusiyaya qarşı vahid cəbhəyə qoşulması- Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməsidir. Avropalılar Tramp administrasiyasının belə bir addım atmasını səbrsizliklə gözləyirlər. Lakin Tramp Rusiyaya qarşı münasibətdə gözləmə mövqeyi tutub və hər hansı sərt tədbir görməyə tələsmir - o, hələ ki, prosesin gedişatını izləyir və zamanı çatanda öz yekun qərarını verəcək. Trampın bu ilin sonunda Aİ-yə qoşulub Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq etmək qərarına gəlməsi və Ukraynanın silahlandırılmasında birbaşa iştirak etməsi istisna deyil. Lakin bu, sözsüz ki, Moskvanın davranışından asılı olacaq. Əsas məsələ burasındadır ki, Trampın Rusiya ilə bağlı tam fərqli planı var - Ağ Evin rəhbəri dialoq və danışıqlar yolu ilə Ukraynada müharibəni tez bir zamanda bitirməkdə maraqlıdır - bunun üçün o, hətta Rusiyaya güzəştlərə də getməyə hazırdır. Tramp Ukraynada müharibəni atəşkəs və ya sülh sazişi çərçivəsində bitirib Rusiya ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətləri bərpa etmək, xüsusilə də hər iki ölkənin şirkətləri arasında biznes əlaqələrini təmin etmək, qarşılıqlı iqtisadi maraqlara xidmət edən müqavilələrin imzalanmasına nail olmaq və Rusiyanın enerji resurslarına ABŞ kapitalını cəlb etmək niyyətindədir. Bu səbəbdən ABŞ-ın hazırkı administrasiyası gözləmə mövqeyi tutub və ona Aİ-nin təklifləri maraqlı deyil - yalnız sakit yolla öz hədəfinə nail olmadığı təqdirdə Rusiyaya qarşı birgə əməkdaşlıq nəzərdən keçirilə bilər.
ABŞ-ın hərbi kontingent məsələsində mövqeyi
Post-müharibə dövründə Ukrayna üçün təhlükəsizlik zəmanətləri Vaşinqtonda da prioritet hesab olunur. ABŞ da bu məsələdə müəyyən öhdəlik götürəcək. Ukraynada atəşkəsdən sonrakı vəziyyətin tam sabitləşməsi - bir sözlə, gələcək status-kvonun uzunmüddətli və ya daimi saxlanılması Ağ Ev üçün çox önəmlidir. ABŞ-ın Avropa ölkələri ilə birlikdə Ukraynada atəşkəsə nəzarət etmək üçün xüsusi mexanizm yaradacağı da istisna olunmur. Bundan savayı, atəşkəs dövründə belə ABŞ Ukrayna ordusunun modernləşdirilməsində və yeni müasir silahlarla təmin olunmasında iştirak edəcək - təbii ki, Vaşinqton bunu dolayı yolla həyata keçirəcək - silahlarını Avropa ölkələri vasitəsilə Ukraynaya ötürəcək. Post-müharibə dövründə təmas xətti boyunca atəşkəsi təmin etmək üçün Ukraynaya hərbi kontingent göndərmək məsələsinə gəlincə, indidən bəllidir ki, Tramp administrasiyası bu məsələyə birmənalı yanaşmayacaq - Vaşinqton öz hərbçilərini Ukraynaya göndərməyəcək. ABŞ yalnız Ukraynaya hərbi kontingent göndərmək niyyətində olan Avropa ölkələrinə öz dəstəyini göstərə bilər.
Tramp Aİ-dən tələb edir - Macarıstan və Slovakiya indidən düşünə bilər
Tramp Aİ-ni Rusiyadan neft idxalını dayandırmağa tələb edir. Trampın bu tələbi Macarıstan və Slovakiya daxil olmaqla bütün Aİ-nin üzv ölkələrinə aiddir. Tramp hər bir tələbində israrlıdır və onun çağırışını əməl etməyən ölkələrə qarşı istənilən halda sərt tədbirlər görməyə hazırdır. Rəsmi Budapeşt və Bratislava bunu nəzərə almaya bilməz. Yəqin ki, yaxın zamanda Macarıstan və Slovakiya rəhbərliyi Ağ Evlə təmaslar qurmağa başlayacaq.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

