Ermənistan dövləti yenidən qurulacaq?
26.09.2025 [09:16]
Paşinyan IV Respublikanın anonsunu verir...
Ermənistanda növbəti dəfə siyasi emosiyalar yüksək həddə çatıb. Belə ki, hazırki hakimiyyət ilə revanşist cəbhə arasındakı uçurum günü-gündən böyüməkdədir. Hətta kilsə ilə işbirliyi belə müxalifət tərəfinə hər hansı bir uğur vəd etmədi - proseslərin inkişafı isə göstərir ki, keçmiş iqtidar-indiki müxalifət perspektivdə də nəyəsə nail olacağına ümid bəsləmir. Səbəblər müxtəlifdir - ən mühüm amil isə Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlardır. Belə ki, Bakının təşəbbüsü ilə ortaya çıxan və artıq son mərhələyə qədəm qoyan sülh prosesi özlüyündə Ermənistanda dövlətçilik ənənəsinin formalaşmasına da təsirsiz ötüşmədi - sülh və sabitlik, region dövlətləri ilə münasibətlərin normallaşdırılması və əməkdaşlıq əlaqələrinin yaradılması bu ölkəni təcriddən və dalan statusdan xilas edə bilər. Bunu anlayan hazırki Baş nazir Nikol Paşinyan da öz siyasi rəqibləri üzərində qələbə qazanmaq üçün hərəkətə keçib.
Paşinyandan mühüm açıqlamalar...
Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının 7-ci qurultayında bildirib ki, partiya Dördüncü Ermənistan Respublikasının yaradılmasını qarşıdakı strateji məqsəd kimi bəyan edir. “Bu məqsədlə, Vətəndaş Müqaviləsi Partiyası 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində konstitusiya çoxluğunun formalaşması gözləntiləri ilə hakimiyyət mandatı ilə xalqa təklif təqdim etməyi planlaşdırır”, - deyən Paşinyanın sözlərinə görə, seçkilərdə xalqın səsini aldıqdan sonra hakim partiya ümumxalq səsverməsi yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbulu prosesinə start verəcək.
Hökumət başçısı 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış, suveren ərazisinin (29 min kvadrat kilometr) toxunulmazlığı konsepsiyasının qəbul edilməsinin əsas məqsədlərini də qeyd edib: “Biz Ermənistanı regionallaşmaya, eləcə də balanslaşdırılmış xarici siyasətə qarşı qoymadan, Aİ-yə üzvlüyünü təmin etmək üçün səylərimizi gücləndirəcəyik”. Baş nazir həmçinin bəyan edib ki, bütün qonşularla dinc və mehriban münasibətlərin qurulması üçün səylər, o cümlədən qonşu ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan sülhün institutsionallaşdırılması istiqamətində işlər davam etdiriləcək.
“Yeni dövlət” konsepsiyası...
Paşinyanın bu bəyanatı isə onun siyasi rəqiblərini - eləcə də, keçmiş iqtidarın aparıcı simalarını narahat edib. Kilsə-müxalifətin “öndəgedən simaları” kimi xarakterizə olunan, öz məğlubiyyətləri ilə barışmaq istəməyən və 2026-cı il parlament seçkilərində yenidən siyasi səhnədə “zühur etməyi” planlaşdıran sabiq prezidentlər Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Koçaryan səslənən bəyanata qarşı kontur-arqumentlər formalaşdırmaq üçün əl-ayağa düşüblər. Narahatlığın səbəbləri isə açıq və bəllidir. Paşinyanın “yeni dövlət konsepsiyası”:
- Keçmiş iqtidarların işğalçı və təcavüzkar simasını, ideologiyasını açıq şəkildə ortaya qoyur - nəticədə isə bu siyasi qruplaşma indidən parlament seçkilərindəki məğlubiyyətini elan edə bilər;
- Sülh prosesinin vacibliyini ön plana çəkməklə yanaşı, Azərbaycanın bütün tələblərinin yerinə yetirilməsi kimi mahiyyət daşıyacaq. Bu isə qarşı tərəfin (revanşist cəbhənin) illərdir apardığı təbliğatı iflasa uğradacaq;
- Əslərdir ki, kilsənin arxasında gizləndiyi “böyük Ermənistan” təbliğatının yalan olduğu, bunun sadəcə əsassız torpaq iddiasından uzağa getmədiyi ortaya çıxacaq;
- Qondarma “soyqırımı” iddiaları aktuallığını itirəcək.
Beləliklə, Paşinyan post-müharibə dövrünün dividendlərini əldə etməklə yanaşı, müharibəyə qədərki dözülməz sosial durumun, iqtisadi iflasın və siyasi kölələyin də formulunu ortaya qoyur - Ter-Petrosyandan başlanan “for-postluq” xəttinin bütün tərəfləri ifşa olunur, 30 il ərzində Ermənistanın dövlət olaraq özünü təsdiq edə bilməməsinin səbəbləri aydınlaşır.
Xəstə təfəkkürə söykənən ideologiyadan tam imtina olunmalıdır...
Paşinyanın Konstitusiya dəyişikliyinin anonsunu verməsi isə revanşist müxalifətin sonu olmaqla yanaşı, Ermənistanın arxada qalan tarixində istinad etdiyi, söykəndiyi və icra etdiyi işğalçı, talançı və yalançı təbliğatın iflasıdır. Azərbaycan 44 günlük müharibədə və antiterror tədbirlərində əldə etdiyi Zəfərlə yalnız özünün suverenliyini və ərazi bütövlüyünü təmin etmədi - Azərbaycan bölgədə yeni siyasi situasiya yaratdı. Bu qalibiyyət nəticəsində 200 ildən sonra Cənubi Qafqazda ədalət bərpa olundu - Ermənistan özünün “tarixi iddialarından” geri çəkilir. “Dənizdən dənizə Ermənistan” adlı xəstə təfəkkürün “məhsulu” sayılan iddialar da tarixin zibilliyinə yollanır - çünki hər hansı başqa vəziyyət bölgə üçün real sülh sayıla bilməz. Yəni Ermənistan özünün bu kimi xəstə iddialarından geri çəkilmədiyi halda regionda sülh və sabitlikdən söhbət gedə bilməz. Bunun üçün isə hüquqi addımlar atılmalı, Ermənistan dövləti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bu bölgəsəl inkişafa mane olan təbliğata son verməlidir. Paşinyanın bəyan etdiyi yol bir növ deyilən tezislərlə səsləşir. Azərbaycan və Türkiyə ilə yeni səhifə açmaq istəyən, ölkəni blokadadan çıxarmaq, Azərbaycanın liderlik etdiyi regional və beynəlxalq layihələrə qoşulmaq, mehriban qonşuluq prinsipi əsasında yaşamaq istəyini dilə gətirən hökumət başçısının bu açıqlaması başadüşüləndir. Nikol gözəl dərk edir ki, keçmişin izlərini silmədən, revanşistləri əbədi olaraq tarixin küncünə atmadan yuxarıda sadalananları reallaşdırmaq mümkün deyil.
Revanşistlərin “son qalası” da dağıldı...
Bu, həm də onu göstərir ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı işlər artıq gedir - 2026-cı il seçkilərində qələbə qazandıqdan sonra “Vətəndaş müqaviləsi” konkret olaraq bu addımı da atacaq. Bu isə Vaşinqton danışıqlarının reallaşması yönundə əsaslı addım olmaqla yanaşı, sülh müqaviləsinin imzalanması üçün bütün əngəllərin aradan qaldırılması deməkdir.
Paralel olaraq isə həm kilsənin, həm də revanşist müxalifətin “son qalası” da dağıdılmış olacaq. Bununla da 1990-cı illərin əvvəlində Konstitusiyaya əsassız torpaq iddiası, beynəlxalq hüquqa zidd maddələr salmaqla özlərinin mənfur niyyətlərini həyata keçirməyə çalışanlar tam olaraq məğlubiyyətlərini elan edəcəklər...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

