Ümidlər Türkiyəyə yönəlir...
21.11.2025 [09:34]
Ankarada Ərdoğan - Zelenski görüşündə nələr müzakirə edilib?
Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında növbəti görüş baş tutub. Xarici işlər naziri Hakan Fidanın, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçın da iştirak etdiyi görüşdə ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər müzakirə olunub. Müzakirələrin mərkəzində isə uzanan Rusiya-Ukrayna müharibəsi dayanıb.
İstanbul platforması ən uğurlu formatdır
Hazırda Rusiya-Ukrayna müharibəsi kritik mərhələyə daxil olub. Vəziyyəti mürəkkəbləşdirən hər iki tərəfin maksimalist mövqedən çıxış etməsidir. Rusiya irəlilədiyi Ukrayna əraziləri və daha geniş coğrafiya üzərində suverenliyinin tanınmasını sülh danışıqlarının əsas şərti kimi irəli sürür. Kiyev isə bununla razılaşmayaraq qarşı tərəfə bir qarış ərazisini də verməyəcəyini bildirir. Müharibənin indiki mərhələsində Zelenski daha çox atəşkəs təkliflərindən çıxış edir. Lakin bu təklif Moskva tərəfindən yaxına buraxılmır. Rusiyanın siyasiləri bunu hazırda məğlub durumda olan Ukraynanın vaxt qazanmaq niyyəti kimi dəyərləndirirlər. Onların qənaətinə görə, aktiv müharibə fazasının dayanmasından istifadə edən Ukrayna toparlanacaq, havadarlarının dəstəyi ilə güc toplayacaq və sonradan itirdiyi torpaqlar uğrunda yeni müharibəyə başlayacaq. Moskvada düşünürlər ki, razılaşma ancaq yekun sülh müqaviləsi ilə bağlı ola bilər, əks halda müharibə davam edəcək.
Yaranmış vəziyyət kollektiv Qərbin Ukraynanı tələb olunan həcmdə yardımla təchiz etməməsi, müəyyən məsələlərdə tərəddüdlərə yol verilməsi və ümumi razılıq əldə olunmaması fonunda Ukrayna üçün daha kritik görünür. V.Zelenskinin Türkiyə Prezidenti ilə müzakirələr aparmağa ehtiyac duyması da məhz bununla bağlıdır. Digər platformalarda aparılan danışıqlar nəticəyönümlü olmadığına görə Zelenski ümidlərini Türkiyə platformasına bağlayıb ki, bu da səbəbsiz deyil. Ukraynanın dövlət başçısını Ərdoğanla görüşə sövq edən amillər sırasında Türkiyənin qlobal miqyasda artan nüfuzunu, NATO-da faktiki olaraq ikinci güc kimi qəbul edilməsini, müharibənin sonuclanmasını istəyən ABŞ-la yaxşı münasibətlərini göstərmək mümkündür. Əsas məqamlardan biri isə Ankaranın həm Moskva, həm də Kiyevlə tərəfdaşlıq əlaqələrinə malik olmasıdır. Həmçinin Zelenski və Putin dəfələrlə R.T.Ərdoğana öz rəğbətlərini ifadə ediblər. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi ilə bağlı İstanbul platforması ən uğurlu nəticələrin əldə olunduğu format kimi dəyərləndirilir. Bu formatda indiyədək 3 raund müzakirələr aparılıb və xüsusilə də əsirlərin mübadiləsi sahəsində razılıqlar əldə olunub. Tarixi “Taxıl razılaşması” da İstanbul platformasının aktivindədir. Hətta buna görə bir sıra analitiklər R.T.Ərdoğanın Nobel sülh mükafatına layiq olduğunu bildirirdilər.
Türkiyə mövqeyinə sadiqdir
Keçmiş təcrübə digər platformalarda susqunluq yaşandığı indiki mərhələdə yenə də köməyə gələ bilər. Ankara görüşündən sonra mətbuata verdiyi bəyanatında R.T.Ərdoğan ölkəsinin sülh prosesinə sadiq qaldığını növbəti dəfə təsdiqləyib. O, tərəfləri müharibəyə son qoymaq üçün mümkün addımlar atmağa çağırıb. Türkiyə lideri İstanbul danışıqları zamanı tərəflərin atəşkəs və sülh perspektivlərini birbaşa müzakirə etmək imkanına malik olduqlarını xatırladıb. Ərdoğan müharibənin dağıdıcı nəticələrinin tərəflərə getdikcə daha çox təsir göstərdiyini vurğulayaraq deyib: “Mövcud vəziyyətdə İstanbuldakı danışıqlar sülhə doğru diplomatik səylərin xüsusilə vacib bir mərhələsidir”. O həmçinin enerji infrastrukturu obyektlərinə endirilən zərbələrin aradan qaldırılması çətin olan ciddi nəticələrə səbəb olduğunu qeyd edib. Türkiyə Prezidenti problemlərin miqyaslı həllinə diqqət çəkərək İstanbul prosesinin bərpasının önəmini xüsusi vurğulayıb. “Türkiyə qan tökülməsinin dayandırılmasını istəyən bütün tərəfdaşlarından İstanbul prosesinə konstruktiv yanaşma nümayiş etdirmələrini gözləyir. Biz həmçinin atəşkəsi yaxınlaşdıracaq və ədalətli, uzunmüddətli sülhə yol açacaq təşəbbüsləri Rusiya ilə müzakirə etməyə hər zaman hazırıq”, - deyə o bildirib və bu prosesdə ABŞ-ın iştirakının əhəmiyyətini qeyd edib.
Ərdoğan iki ölkə arasındakı tarixi əlaqələrə toxunaraq, Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tanınmasına dair mövqeyinin dəyişməz olduğunu bir daha diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasına töhfə verməyə hazırdır.
Ukrayna Türkiyə diplomatiyasının gücünə inanır
“Türkiyənin prinsipial mövqeyi bizim üçün çox vacibdir. Davam edən müharibəyə aydın münasibətinə və ölkəmizin müstəqilliyini və suverenliyini dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdaram”. Bu fikri isə mətbuata bəyanatında Prezident V.Zelenski ifadə edib. O, Kiyevin “Moskvada eşidilə bilən Türkiyə diplomatiyasının gücünə inandığını” xüsusi vurğulayıb. Eyni zamanda, Ukrayna Prezidenti əsir mübadiləsi prosesinin bu ilin sonuna qədər bərpa olunacağına ümid etdiyini bildirib. “Türkiyə bu məsələyə güclü dəstək verir”, - deyə Zelenski vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

