Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

12.08.2026 [18:50]

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsini əhatə edən 5 yeni dövlət standartı qəbul edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, yeni dövlət standartları aşağıdakılardır:

-AZS EN 355:2026 “Hündürlükdən yıxılmaya qarşı fərdi mühafizə vasitələri. Enerji udma qurğuları”;

-AZS ГОСТ 12.4.024:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Vibrasiyadan qoruyan xüsusi ayaqqabılar. Ümumi texniki tələblər”;

-AZS ГОСТ 12.4.072:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Sudan, neft yağlarından və mexaniki təsirlərdən qoruyan, qəlibləmə üsulu ilə hazırlanmış rezin xüsusi çəkmələr”;

-AZS ГОСТ 12.4.124:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Statik elektrikdən qoruma vasitələri. Ümumi texniki tələblər”;

-AZS ГОСТ 12.4.177:2026 “Əməyin təhlükəsizliyi standartları sistemi. Ayaqları deşilmədən qoruyan fərdi mühafizə vasitələri. Deşilmə əleyhinə xüsusiyyətlər üzrə ümumi texniki tələblər və sınaq metodu”.

Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq, istehsalat risklərini azaltmaq, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, sözügedən dövlət standartları 2023–2025-ci illər üçün “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı”na daxil olan “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında milli texniki reqlament”in istinad standartları siyahısına daixildir.

Yeni dövlət standartı layihələri AZSTAND tərəfindən “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31