G7-dən Ukraynanın təhlükəsizliyinə dəstək
15.01.2026 [09:15]
Davosda ABŞ Prezidenti Donald Trampla görüş olacaq
Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesi beynəlxalq müstəvidə əsas müzakirələrdən biridir. ABŞ Ukraynanın ərazi güzəştlərinə getməsinə çalışsa da, Kiyev buna hələ də müqavimət göstərməkdədir. Bir müddət öncə Ukrayna Tramp administrasiyasına ABŞ-ın Rusiya ilə münaqişənin həllinə dair son təkliflərinə cavab təqdim etmişdi. Müzakirələrin mövzusu isə üç sənəddən ibarət olub: münaqişənin həllinə dair ümumi çərçivə; Ukrayna üçün təhlükəsizlik təminatları; Ukraynanın bərpasına dair plan.
Vaşinqton və Kiyev razılığa gəlib?
“Axios” portalı bir neçə gün öncə yazmışdı ki, ABŞ administrasiyası və Kiyev rəsmiləri Ukrayna böhranının mümkün həllini nəzərdə tutan sülh planı ilə bağlı razılığa gəliblər. Portalın məlumatına görə, Ağ Ev Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəlib və indi Rusiya rəhbərliyindən bu təklifə aydın cavab almaq istəyir. Daha əvvəl nəşr Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə ikigünlük danışıqlardan sonra Parisdə amerikalı Stiven Uitkoff və Cared Kuşnerlə görüşdüyü barədə məlumat vermişdi.
Hazırda danışıqların əsas mövzusu Ukraynanın təhlükəsizlik təminatı ilə bağlıdır. Yeri gəlmişkən, gələn həftə Kiyevin G7 müttəfiqləri atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinə şəxsi dəstəyini təmin etmək üçün Davosda ABŞ Prezidenti Donald Trampla görüşəcəklər. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Planlarla tanış olan dörd rəsmi qəzetə bildirib ki, “İtaliya, Almaniya, Fransa, Kanada və Böyük Britaniya liderləri, eləcə də Avropa Komissiyasının prezidenti gələn həftə Dünya İqtisadi Forumunda Tramp və Zelenski ilə liderlərin nəzərdə tutulan görüşündə iştirak etməyi planlaşdırırlar”.
Rəsmilər, xüsusilə 21 yanvarda planlaşdırılan görüşün təfərrüatlarını müzakirə edirlər və bu görüşə “könüllülər koalisiyası”nın digər liderləri də qatıla bilər. Rəsmilərin sözlərinə görə, koalisiyanın milli təhlükəsizlik müşavirləri də ayrıca görüş planlaşdırırlar. “Bloomberg”in məlumatına görə, liderlərin Davosdakı görüşündə ötən həftə Parisdə müharibənin təkrarlanmasının qarşısını almaq üçün əldə edilən razılaşmalara Trampın təsdiqinin alınması gözlənilir. Bu, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi və Avropa müdafiə qüvvələrinin komandanının da daxil olduğu “qətiyyətlilər koalisiyası”nın görüşüdür. Nəşr bildirib ki, “İtaliya, Almaniya, Fransa, Kanada və Birləşmiş Krallıq liderləri təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ prezidentinin şəxsi dəstəyini alacaqlar”.
Avropa Trampın Rusiyayönümlü bəyanatlarından narahatdır
Eyni zamanda, Avropa Rusiya ilə sülh razılaşması əldə edilərsə, ABŞ Prezidentinin Ukraynaya şəxsi dəstəyinin miqyasından narahatdır. Son bir ildə onun münaqişə ilə bağlı kəskin Rusiyayönlü açıqlamalar verdiyi bir neçə hadisə şübhələr doğurub. “ABŞ olmadan bunların heç biri baş verməyəcək. Trampın, əslində, nə düşündüyü hələ də bəlli deyil”,-deyə danışıqlarda iştirak edən bir Avropa rəsmisi, Britaniya və Fransanın atəşkəsdən sonra Ukraynaya qoşun göndərmək vədinə istinad edərək qeyd edib. Nəşr əlavə edib ki, altı liderin, eləcə də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirakı Davosda keçirilən tədbirdə G7 ölkələri üçün rekord göstəricidir.
Xatırladaq ki, yanvarın 9-da Ukrayna və Böyük Britaniya Kiyevdə cari il üçün müdafiə sahəsində əməkdaşlıq üzrə yol xəritəsi imzalayıb. Sənəddə Rusiyanın yeni hücumları fonunda hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları və aviasiya sahələrində birgə layihələr müəyyənləşdirilib. Ayrıca olaraq Ukrayna və Böyük Britaniya hava hücumundan müdafiə və uzaqmənzilli silahlar sahəsində birgə strateji layihələrin inkişafını razılaşdırıblar. Bununla yanaşı, Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, marşal Riçard Nayton bildirib ki, Ukraynanın təhlükəsizliyinə tam əminlik olmadığı təqdirdə, münaqişə başa çatdıqdan sonra belə Ukraynaya qoşun göndərilməyəcək.
Riçard Nayton Britaniya qoşunlarının Ukraynaya göndərilməsi halında təhlükəsizlik zəmanətləri ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, nazirlərin dəstəyi ilə qərarlar qəbul edilərkən hərbi komandirlərin rolu risk səviyyəsini qiymətləndirmək və yerləşdirilmənin faydalarının potensial risklərdən üstün olmasını təmin etməkdir. O, vurğulayıb ki, Ukraynada yerləşdiriləcək Britaniya qoşunlarının kifayət qədər təhlükəsizliyinə dair təminat olsa belə, real əməliyyat mühitində sıfır risk anlayışı mövcud deyil.
Zelenski: Sənəd üzərində iş yekun mərhələdədir
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski ölkə üçün ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd üzərində işin yekun mərhələsində olduğunu bildirib: “Növbəti iki həftə üçün görüşlər, sənədlərin hazırlanması və mümkün imzalanma üzrə qrafiki müzakirə etdik. ABŞ tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sənədi tamamlamaq və ali səviyyədə nəzərdən keçirilmək üçün təqdim etmək tapşırığını verdim. Bu, tarixi səviyyədə bir sənəd olmalıdır”. Zelenski, həmçinin Ukraynanın bərpası və iqtisadi inkişafına aid sənədlərin də müzakirə olunduğunu vurğulayıb. O, Baş nazir Yuliya Sviridenkoya, baş nazirin müavini Taras Kaçkaya və iqtisadiyyat naziri Aleksey Sobolevə Ukrayna ilə ABŞ arasında gələcək sazişlərin, eləcə də Ukrayna-Avropa-ABŞ formatında üçtərəfli razılaşmaların bütün iqtisadi aspektlərinin tam dəstəklənməsini və ekspertizasını təmin etmək tapşırığı verib.
Ukrayna Prezidenti tərəfdaşlardan daxil olacaq bərpa vəsaitlərindən istifadə üçün zəruri mexanizmlərin müəyyən edildiyini qeyd edib. O, həmçinin ABŞ və Rusiya arasında danışıqların nəticələrinə əsasən Moskvanın real şərtlərlə müharibəni dayandırmağa hazır olub-olmaması ilə bağlı aydın cavab gözlədiyini bildirib. Onun sözlərinə görə, əks halda, Rusiyaya təzyiq gücləndirilməlidir. Buna kölgə donanması, sanksiyalardan yan keçməyə imkan verən maliyyə sxemləri və ixrac gəlirlərinə qoyulan məhdidiyyətləri artırmaqla nail olmaq olar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

