Pekin ilə Vaşinqton qarşı-qarşıya...
11.02.2022 [23:39]
Tayvan məsələsi Çin və ABŞ arasında gərginliyin artmasına təkan verir
Nardar BAYRAMLI
ABŞ və Çin arasında münasibətlərın soyuq olması yeni məsələ deyil. ABŞ Çini dünyada özünə qarşı ən böyük rəqib hesab edir. Çünki Amerikanın geosiyasi və qlobal maraqları üçün Çin böyük maneədir. Bu yaxınlarda Amerika Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kristofer Rey də Ronald Reyqan Prezident Kitabxanasında çıxışı zamanı bildirib ki, “Bizim ideyalarımız, innovasiyalarımız və iqtisadi təhlükəsizliyimiz üçün Çindən daha geniş təhlükə yaradan heç bir ölkə yoxdur”. O əlavə edib ki, Çin getdikcə ABŞ-dakı insanları şəxsi və siyasi qisas almaq üçün hədəfə alır.
Bütün bu və digər səbəblərdən də Amerika mümkün qədər Çini zəiflətməyə çalışır. Burada ABŞ-ın istifadə etdiyi əsas kartlardan biri də Tayvan məsələsidir. Qeyd edək ki, bu günlərdə Çin ABŞ-ı daxili işlərinə kobud müdaxilə etməkdə ittiham edib. Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Rəsmi Pekin de-yure onun ərazisi sayılan Tayvana ABŞ-ın 100 milyon dollar dəyərində silah satmaq planına qarşı etiraz edib. Açıqlamada Çin ordusunun ölkənin suverenliyinin müdafiəsi və xarici müdaxilələrin qarşısını almaq üçün bütün addımları atmağa hazır olduğu ifadə edilib.
Bəs Tayvan nə üçün dünyanın böyük güclərinin maraqlarının toqquşduğu məkana çevrilib? Qeyd edək ki, Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Xalq Respublikasına aiddir, idarəetmə formasına görə isə respublikadır. Əhalisi 22,2 milyon nəfərdir. Ticarət tərəfdaşları ABŞ, Yaponiya, Almaniya, Avstraliya, Sinqapur və Çindir.
Tarixə nəzər salsaq, deyə bilərik ki, XII əsrdə Tayvan rəsmi şəkildə Fuszyan əyalətinin tərkib hissəsi kimi Çinə birləşdirilib. 1360-cı ildə adanın hərbi əhəmiyyətinin artması ilə əlaqədar Tayvanda Çinin ilk yerli hakimiyyət orqanı olan Nəzarət İdarəsi yaradılıb. Tarixin müəyyən dövrlərində bu ada bəzi Avropa ölkələrinin müstəmləkəsinə çevrilsə də, yenidən Çinin tərkibinə daxil edilib. 1886-cı ildə isə Tayvan Çinin ayrıca bir əyalətinə çevrildi. 1895-ci ildə yaponlarla müharibədə məğlubiyyətə uğrayan Tsin sülaləsi Tayvan adasını Yaponiyaya güzəştə getməyə məcbur oldu. Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olub və bir neçə prefekturaya bölünmüşdü. İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ada Çinin tərkibinə daxil edildi. Həmin vaxtdan etibarən ÇXR-in de-yure tərkibində olsa da, Tayvanın öz hakimiyyəti, idarəetmə sistemi, dünya ölkələri ilə iqtisadi əlaqələri mövcuddur.
Sinxay inqilabının 110-cu ildönümünə həsr olunmuş tədbirdə ÇXR prezidenti Si Cinpin bildirmişdi ki, heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini sınamamalıdır. Xatırladaq ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşməsi 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. “III Tayvan Boğazı böhranı” kimi tarixə düşmüş insident ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sona çatmışdı. Böyük dövlətlərin Tayvanla rəsmi olaraq heç bir siyasi əlaqələri olmasa da, hərbi və iqtisadi sahədə Birləşmiş Ştatlarla əməkdaşlıq yüksələn xətlə davam etməkdədir. Belə ki, adanın özünümüdafiəsini təşkil edəcək hərbi vasitələrin təmin edilməsinə dair strateji bir qanun - “Tayvan Münasibətləri Aktı” ABŞ-da qüvvəyə minib. Bəzi mənbələrə görə, Çinin son illərki həmlələrinə cavab olaraq, ABŞ-ın xüsusi əməliyyatlar bölməsi və dəniz piyadaları kontingenti məxfi şəkildə Tayvanın müdafiə potensialını gücləndirmək məqsədilə quru qoşunlarına və hərbi dəniz qüvvələrinə xüsusi hazırlıq proqramları əsasında təlimlər keçirlər. Bundan başqa, “Tayvan demokratiyası”nı təhlükə altında qoyacaq xarici hərbi müdaxiləni mütəmadi olaraq pisləyən Ağ Ev rəhbərliyi, eyni zamanda, Tayvan Boğazında “sülhə və sabitliyə xələl gətirə biləcək” hər hansı bir aqressiv fəaliyyətə qarşı regiondakı müttəfiqləri ilə birgə aktiv mübarizə aparacaqlarını açıqlayıblar. Sözsüz ki, coğrafi mövqeyi və mikroelektronika sahəsində sahib olduğu texnoloji üstünlük də Tayvanın strateji əhəmiyyətini artıran və müdafiəsini şərtləndirən əsas amillərdir. Rəsmi Pekin isə ABŞ və müttəfiqlərinin Tayvan məsələsindəki yanaşmalarını Çinin daxili işlərinə qarışmaq və ərazi bütövlüyünə süni əngəl törədilməsi kimi qiymətləndirir. Verilən bəyanatlardan da görünən odur ki, Tayvan məsələsi ABŞ-Çin diplomatik münasibətlərinin və regionun dominant ölkələri arasındakı əlaqələrin inkişaf dinamikasına uzun müddət təsir edəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47

