“Palmali” bossunun hədəfi nədir?
13.05.2022 [10:04]
Vətənpərvərlik müsbət keyfiyyət, arzuolunan haldır. O, sərhəd tanımır, çərçivəyə sığmır, hansısa maddi amillərlə məhdudlaşmır. Dünyanın istənilən nöqtəsində (hətta ölkəsindən uzaqda) olan istənilən şəxs söz ilə əməlin vəhdətində yüksək vətənpərvərlik nümunəsi ortaya qoya - örnək yarada bilər. Bir daha qeyd edirik - söz ilə əməlin vəhdətində. Çünki bu gün “vətənpərvərlik” kimi göstərilən bəzi mövqe və davranışlar var ki, sadəcə, populizm, yaxud hansısa məqsədə çatmaq üçün vasitədir. Çox görmüşük - özünü vətənpərvər kimi göstərən, sözdə bəyan etdiyini əməldə təsdiq edə bilməyən, əksinə, mənsub olduğu xalqın əleyhinə, daşıdığı milli kimliyin mahiyyətinə zidd addımlar atan bəziləri “vətənpərvərlik” adı - imici (!) arxasına sığınıblar.
Türkiyədə yaşayan (və məhkəmənin qərarına əsasən, İstanbuldan kənara çıxa bilməyən) iş adamı Mübariz Mənsimov da belələri sırasındadır. Özünü “türk oğlu türk”, “vətənpərvər azərbaycanlı” kimi təqdim edən “Palmali” bossunun sözü ilə əməli arasında kəskin uyğunsuzluq var. Özünü Vətənini sevən şəxs kimi təqdim edən Mənsimovun müsahibəsində Qarabağa investisiya yatırmaq fikrində olmadığını söyləməsi, “Azərbaycanda məni sevməyən qüvvələr var”, - deyə vurğulaması, okeanın o tayında erməni əsilli mafiya lideri Levon Termedzyanla şərik olması, hər halda, Vətən sevgisindən, türkçülükdən irəli gəlmir.
Vətənini sevən şəxs həm də xalqının mənafeyini, dövlətin maraqlarını qorumaq istəyər - bunun üçün çalışar. Ölkəsində sabitliyin, birliyin olmasından qürur duyar, inkişafa, rifaha, milli həmrəyliyə öz dəstəyini və töhfəsini verər. Bəs Mübariz Mənsimov nə edir?
O, faktiki olaraq sabitliyi və həmrəyliyi hədəfə alır. Nümunələr çoxdur, sadəcə, bir neçə fakta diqqət yetirmək bu reallığı təsdiqləməyə imkan verir.
- “Youtube” platformasında fəaliyyət göstərən bəzi internet kanallarında Mübariz Mənsimovun sponsorluğu - maliyyə dəstəyi ilə Azərbaycana qarşı təbliğat aparılması reallıqdır. Fotofaktlar və görüntülər əsasında təsdiq edilib. Burada daha çox azərbaycançılıq ideologiyası, milli birlik hədəfə alınır, guya hansısa qrupların hüquqlarının pozulması kimi iddialar yayılır, paralel olaraq “Palmali” rəhbəri təriflənir, şəninə dualar və arzular ifadə edilir. Hətta bir müddət əvvəl onun “Xəzər-Lənkəran” futbol klubunun “incidilməsi”ndən də danışaraq milli məsələyə eyham vurmasına xüsusi yer verilir;
- Mənsimovun dəstəklədiyi blogerin İrəvanda təşkil olunan və Azərbaycanı hədəfə alan tədbir iştirakçılarını tərifləməsi inkaredilməz reallıqdır. Ermənistanın paytaxtında səsləndirilən anti-Azərbaycan xarakterli fikirlər və çağırışların Mübariz Mənsimovun bloger dostu vasitəsilə ictimai rəyə ötürülməsi - tirajlanması heç də təsadüfi deyil. Sosial şəbəkə istifadəçiləri haqlı olaraq soruşurlar ki, özünü “dövlətini sevən”, “ölkənin bütövlüyünün qorunması tərəfdarı” kimi göstərən Mübariz Mənsimovu bir separatçı- erməni dostu və Azərbaycan düşməni olan blogerlə hansı ortaq dəyərlər və məqsədlər birləşdirir?
- Mənsimovla “mühacir” adı altında xaricdə məskunlaşaraq Azərbaycana qarşı təhqir kampaniyası aparan şəxslərin sinxron hərəkət etməsi barədə müxtəlif faktlar ortaya qoyulub. Onların internet resurslarında eyni kanallarda çıxışlar etməsi də təsadüfi deyil. Məsələn, MGTV-də (“Milli gazete” TV) həm “Palmali” rəhbərinin, həm də “beşinci kolon”un nümayəndələrinin eyni məsələlər ətrafında danışmaları faktdır. Digər bir sıra resurslarda Mənsimovun “xeyriyyəçi”, “vətənpərvər”, “mübariz” qiyafəsində təbliğatının aparılması isə bir iddianı təsdiqləyir: həmin kanallar məhz “Palmali” qrupunun media ayağıdır. Deməli, Mənsimovun Azərbaycana qarşı təhqir kampaniyasına dəstək verməsi barədə söylənilənlər əsassız deyil;
- Biznesmen qardaş Türkiyədə həbs olunduğu zaman onun Azərbaycandakı qohumları insanları kütləvi aksiyalara çağırırdılar. Nə üçün? Yoxsa həmin şəxslər Mənsimovu Nelson Mandela, Martin Lüter Kinq qiyafəsində görürdülər? Məgər məsələyə hüquqi qiymət ədliyyə koridorlarında - məhkəmələrdə verilir, yoxsa küçələrdə? Təbii ki, bu, hüquqi məsələni siyasiləşdirmək istəyi sabitliyə qarşı yönəlmiş cəhd idi. Üstəlik, pandemiya şəraitində belə bir provakasiya ssenarisinin Mənsimovun dirijor çubuğu ilə idarə olunması da istisna edilmir;
- Nəhayət, şərti cəza alaraq bu gün azadlıqda olan gəmiqayırma maqnatı Azərbaycanı hədələməkdən də çəkinmir, müxtəlif mesajlar verir. Məsələn, həbsi barədə danışan Mənsimov “mən borcumu qaytarmağı bacarıram və borclu qalmayacağam. Mən ovçuyam, illərlə o anın gəlməyini gözləyə bilərəm. O an gələcək. Pislik etməyəcəyəm, amma çıxıb soruşacağam” deyir. “Məhkəməni qazanım, ilk işim Azərbaycana gəlmək olacaq” cümləsi də məsumcasına deyilməyib, şübhəsiz.
Göründüyü kimi, özünü “azərbaycanlı” adlandıran “Palmali” bossu nəinki qeyri-azərbaycanlı, hətta xalqına, dövlətinə patoloji nifrət hissi bəsləyən şəxs kimi davranır. Görünən budur ki, o, nə xeyriyyəçi, nə vətənpərvər, nə də şəffaf fəaliyyət göstərən iş adamıdır, sadəcə olaraq, ambisiyalarının əsirinə çevrilmiş biridir. Cəzası kimi, azadlığı, varlığı, sözləri, düşüncələri və davranışları da şərtidir!
Xəbər lenti
Hamısına baxElm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39

