Cənubi Qafqazda sülh gündəliyinin əsas memarı
28.04.2026 [11:30]
Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi Onun sülh naminə ardıcıl fəaliyyətinin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin növbəti təsdiqidir
Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti milli səviyyədə olduğu kimi, beynəlxalq birlik tərəfindən də təqdir olunur. Onun daha bir beynəlxalq təltifə - “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bunun növbəti ifadəsidir.
Prezident İlham Əliyev mükafatın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətində Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığığı ifadə edib. Dövlətimizin başçısı bunun həm də gələcək fəaliyyət üçün böyük məsuliyyət olduğunu bildirərək vurğulayıb: “Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir”.
Dinc əhaliyə qarşı amansız cinayət
“Sülh və Barışıq üçün Gernika mükafatı” 1937-ci il 26 aprel tarixində İspaniyanın Bask bölgəsinin Gernika şəhərində dinc əhaliyə qarşı törədilən bombardmanlarla əlaqədar təsis edilib. Havadan endirilən aramsız zərbələr nəticəsində şəhərin yüzlərlə sakini həyatını itirib, çoxlu sayda insan bu və ya digər dərəcədə xəsarət alıb. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir.
Dinc əhaliyə qarşı törədilən cinayətlər hər zaman qınanılıb və bu gün də qınanılmaqdadır. Təəssüf doğuran haldır ki, Gernika kimi faciələr dünyanın ayrı-ayrı regionlarında bu günümüzdə də baş verir. Qəzzada, Yaxın Şərqdə, Şərqi Avropada alovlanan amansız müharibələr aralarında uşaqlar, qadınlar, qocalar da olmaqla yüz minlərlə insanın həyatına son qoyub. Bu gün milyonlarla dinc sakin ev-eşikləri dağıdıldığına görə ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayır və ən adi ehtiyaclarını belə qarşılaya bilmir.
Dinc əhaliyə qarşı bombardmanların, digər müharibə cinayətlərinin nə demək olduğunu Azərbaycan xalqı da yaxşı bilir. Ölkəmiz ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən havadarları tərəfindən dəstəklənən Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb. Bu işğal nəticəsində 1 milyondan artıq soydaşımız təxminən otuz il ərzində vaqonlarda, çadırlarda, necəgəldi tikililərdə yaşamaq məcburiyyətində qalıblar. Birinci və İkinci Qarabağ müharibələrində hətta təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimiz belə raket atəşlərinə tutulub. Bu kimi faciələri yaşayan bir xalq olaraq biz dinc əhaliyə qarşı törədilən hərbi cinayətləri qətiyyətlə pisləyirik. “Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm.
Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Regionda sülh, barışıq və qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulub
“Sülh və Barışıq üçün Gernika mükafatı” dünyada sülhü təşviq edir. Belə bir mükafatın təsis edilməsi beynəlxalq səviyyədə müharibələrə, dinc əhalinin amansız bombardmanlara məruz qalmasına son qoyulmasının zəruriliyinə bir çağırışdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”ndan sonra “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi dövlətimizin başçısının sülh naminə ardıcıl fəaliyyətinin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin əyani təsdiqidir. Artıq hamı tərəfindən qəbul olunur ki, təxminən otuz il ərzində müharibə riskləri ilə üz-üzə qalan Cənubi Qafqazda sülh gündəliyinin əsas memarı məhz Prezident İlham Əliyevdir. O, müharibə başa çatdıqdan sonra qalib Azərbaycanın yaratdığı yeni reallıqları regionda sülhə nail olmaq üçün real zəmin kimi dəyərləndirdi və bu istiqamətdə vaxt itirmədən məqsədyönlü fəaliyyətlərə başladı. Məhz İlham Əliyevin siyasi qətiyyəti və fəal diplomatiyası sayəsində sülhyaratma prosesində böyük yol keçilib. Bu yolda ötən il avqustun 8-də Vaşinqtonda , Ağ Evdə, dünyanın bir nömrəli ofisində Azərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması, Birgə Bəyannamənin qəbul edilməsi böyük nailiyyətdir. Artıq onilliklər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparmış Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, həmçinin böyük regional və qlobal önəm daşıyan kommunikasiyaların blokdan çıxarılması razılaşdırılıb. Dövlətimizin başçısının bildirdiyi kimi, bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.
Vaşinqton görüşündən sonra regionda real olaraq sülh mövcuddur, atəş səsləri eşidilmir, insanlar həyatlarını itirmirlər. Eyni zamanda, Azərbaycan sülhə töhfə vermək naminə öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir. Eləcə də ölkəmizdən Ermənistana enerji məhsullarının göndərilməsi təmin edilir. Bundan başqa, son aylarda etimad quruculuğu prosesi çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri İrəvanda və Bakıda bir neçə dəfə görüşüblər. Ermənistan konstitusiyasına müvafiq dəyişiklik edildikdən sonra yekun sülh sazişinin imzalanmasında hər hansı bir maneə qalmayacaq. “Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28

