Praqa zəfəri...
11.10.2022 [10:18]
Sülh müqaviləsi Azərbaycanın şərtləri əsasında imzalanacaq
44 günlük Vətən müharibəsinin bitməsinin ardından başlayan sülh prosesi artıq yeni mərhələyə qədəm qoyub. İstər Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri, istərsə də Rusiyanın vasitəçiliyi ilə baş tutan təmaslar iki ölkə arasındakı mövcud problemlərin həllinə əhəmiyyətli dərəcədə təsir göstərib. Təbii ki, qalib tərəf olaraq Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsinə fokuslanıb. Bunun nəticəsidir ki, artıq beynəlxalq aləm də Azərbaycanın haqlı mövqeyini tam şəkildə dəstəkləyir. Bu fakt Praqada keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısında növbəti dəfə öz təsdiqini tapdı. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş və nəticədə qəbul edilmiş birgə bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsinə çevrildi.
Sülhə yaxınlaşırıq
Bəli, regionda yaranan yeni geosiyasi, eləcə də iqtisadi reallıqlar mühüm perspektivlər vəd etməkdədir. Azərbaycanın bölgənin əsas siyasi aktoru kimi oynadığı rol nəinki Cənubi Qafqazın, bütövlükdə böyük bir coğrafiyanın yeni inkişaf mərhələsini formalaşdırır. Nəzərdə tutulan layihələrin icrası, qlobal iqtisadi münasibətlərə yeni töhfələrin verilməsi üçün isə sülhün imzalanması əsas şərtdir. Bir müddətdir ki, davam edən sülh prosesinə isə günü-gündən yaxınlaşmaqdayıq. Bunu, Praqada Azərbaycan televiziyalarına müsahibəsində Prezident İlham Əliyev də vurğulayıb. Dövlət başçısı ümid etdiyini bildirib ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq: “Şarl Mişelin də bu sahədəki fəaliyyətini mən yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq”.
Son dövrlərdə sülh gündəliyi ilə bağlı müzakirələr daha da intensivləşib. Sonuncu Brüssel görüşünün ardından Cenevrədə XİN rəhbərləri səviyyəsində baş tutan müzakirələr bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycan dövləti bu təmasların ardının kəsilməməsini istəyir. Prezident İlham Əliyev də bildirib ki, tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, bəlkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar: “Yəni, bizim niyyətimiz bundan ibarətdir. Hesab edirəm Praqa görüşləri - həm bu gün səhər Şarl Mişellə bir saat yarım görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın”.
Azərbaycanın haqlı tələbləri
Təəssüfləndirici haldır ki, Ermənistan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarına riayət etməməklə tənzimləmə prosesinə kölgə salır. Müharibə bitsə də, Ermənistanın Azərbaycana qarşı terroru hələ də davam edir. Erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tam şəkildə tərk etməyib. Mütəmadi olaraq edilən hərbi təxribatlar isə sabitliyə və təhlükəsizliyə ən böyük təhdidlərdəndir. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı minabasdırma fəaliyyəti davam edir. Ermənistanın etdiyi cinayətlər nəticəsində isə insanlar həyatını itirir. Prezident İlham Əliyev də Praqadakı müsahibəsində bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Bunun nəticəsində isə 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil: “Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!”.
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
Ermənistan siyasi iradə nümayiş etdirəcəyi halda isə, sülh müqaviləsinin imzalanması daha tez baş verə bilər. Brüssel görüşündən sonra bununla bağlı ümidlər artsa da, sentyabr ayında Ermənistanın əl atdığı hərbi təxribatlar prosesin ləngidilməsinə hesablanmışdı. Bununla belə, artıq tərəflər müəyyən məsələlərlə bağlı razılıq əldə edib ki, burada da Prezident İlham Əliyevin yüksək diplomatik bacarığı öz sözünü deyir. Artıq Ermənistan və beynəlxalq aləm Azərbaycanın irəli sürdüyü beş şərtlə razılaşır. Prezident İlham Əliyev müsahibəsində də bildirib ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik: “Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”.
İmzalanacaq sənəddə isə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmayacaq. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilər. Əks halda... Prezident İlham Əliyev vurğulayıb ki, Qarabağda erməni əhalinin həyatının necə qurulacağı, ayrı məsələdir: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər. Buna görə də sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür”.
Ermənistan ərazi bütövlüyümüzü tanıdı
Dördtərəfli görüşün yekununda qəbul edilən Bəyanatda da diqqət çəkən mühüm məqamlar var. Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Təbii ki, bu parlaq qələbə Prezident İlham Əliyevin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir.
Bəyanatda o da qeyd olunur ki, görüşdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Komissiyanın növbəti iclasının oktyabrın sonunda Brüsseldə keçirilməsi qərara alınıb. Diqqət çəkən məqamlardan biri isə Avropa İttifaqı və Fransanın Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyi olub. Lakin öz suverenliyinə dəyər verən Azərbaycan qətiyyətlə buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra razılaşdırılıb ki, mülki monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən Praqa danışıqlarında da layiqincə qorundu. Qarabağ məsələsi sülh prosesinin tərkib hissəsində yer almayacaq və dünya birliyi bu məsələnin Azərbaycanın daxili işi olmasını qəbul etdi.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47

