Cənubi Qafqaz - müharibə, yoxsa sülh?
22.12.2022 [10:34]
Zas yeni qarşıdurma ehtimalı irəli sürür
Ermənistanın hər hansı bir “ehtiyatsızlığı” onun üçün baha başa gələ bilər. Bunu rəsmi İrəvan da görür və qiymətləndirir
Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizlik mühitinin formalaşması regionun yeni inkişaf mərhələsini yarada bilər. Bunun üçün isə ilk növbədə bölgədəki hərbi qarşıdurma ehtimalını sıfıra endirmək lazımdır - iki dövlət, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, sərhədlərin demarkasiyası və delimitasiyası aparılmalı və ortada olan problemlər öz həllini tapmalıdır. Post-müharibə dövrünün reallıqları məhz bu tezislərə söykənir. Amma, deyəsən, başqa fikirdə olanlar da var. Belə ki, dekabrın 19-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas telekörpü zamanı bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilər.
Zasın bu fikrə hansı arqumentlərə söykənərək gəlməsi məlum deyil. Ən azından hazırki situasiya “rus NATO-su”nun baş katibinin fikirlərinin istiqamət oxlarının düzgün tuşlanmamasından xəbər verir. Çünki...
Zasın müharibə ehtimalı - Ermənistan belə bir səhvə yol verməz...
İlk olaraq Zasın nəzərdə tutduğu “regional müharibə”nin tərəfləri müəyyənləşməlidir - Təbii ki, göz önünə Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və çox az ehtimalla Gürcüstan gəlir. Amma bu dövlətlərin qarşılıqlı şəkildə müharibə etmək və ya hətta bu arzuda olmaq kimi ehtimalları mövcud deyil. 2020-ci ildə Azərbaycanın qəti qələbəsi ilə bitən Vətən müharibəsi regionda yeni siyasi reallıqlar yaradıb və bu, danılmazdır. Amma bu reallıqların bütün komponentləri beynəlxalq hüquqa, beynəlxalq qanunlara əsaslanır. Azərbaycan özünün tarixi və bütün dünya tərəfindən tanınan ərazilərini işğaldan azad edib. Yəni, geosiyasi müstəvidə Azərbaycan yeni münaqişəyə yol açacaq hansısa bir addım atmayıb. Ermənistanın 2020-ci ilin noyabrında imzaladığı kapitulyasiya həm BMT TŞ-nin qətnamələrinin həyata keçməsini təmin edib, həm də digər beynəlxalq statuslu təşkilatların sənədlərinə uyğundur - Azərbaycan beynəlxalq miqyasda tanınmış ərazilərini işğaldan azad edib. Bu fakt isə Ermənistanın hansısa revanşist həvəslə yeni müharibəyə başlama ehtimalını istisna edir. Çünki Azərbaycan müharibənin və münaqişənin bitməsi ilə yeni - iqtisadi inkişafa və əməkdaşlığa hədəflənmiş mərhələnin başlandığını elan etdi. Artıq Ermənistan ilə Azərbaycan arasındakı danışıqların mühüm predmetləri gələcək əməkdaşlığın müzakirəsinə həsr olunub.
Hətta Zasın iddia etdiyi kimi, müharibə ehtimalı yaranarsa belə, bu, Ermənistan üçün bir son ola bilər. Çünki onsuz da eyni olmayan hərbi balans 44 günlük müharibə nəticəsində mühüm fərq yaradıb - Azərbaycan bu gün dünyanın ən aparıcı ölkələrinin ən yeni texnologiyalarına əsaslanan hərbi sursatlarına, döyüş texnikasına malikdir. Ermənistan isə yalnız bəzi ölkələrin ianə kimi “gözdən çıxardığı” köhnə silah-sursatla silahlanıb. Eyni zamanda, şəxsi heyət baxımından da iki ölkə arasında böyük fərqlər mövcuddur. Bu mənada, Ermənistanın hər hansı bir “ehtiyatsızlığı” onun üçün baha başa gələ bilər. Bunu rəsmi İrəvan da görür və qiymətləndirir.
Rusiya və Türkiyə arasında siyasi dialoq mühiti mövcuddur
Eyni zamanda, Rusiyanın regionda hansısa qarşıdurmaya başlama ehtimalı yoxdur. Münaqişənin yekunlaşmasına vasitəçilik etmiş rəsmi Moskva bu gün regionda təhlükəsizlik arxitekturasının formalaşması üçün səy göstərdiyini bildirir - Türkiyə ilə birgə regionda sabitləşdirici faktor qismində çıxış edir. Stanislav Zasın ehtimalları üzərindən düşünsək, Rusiyanın Cənubi Qafqazda qatılacağı ehtimal edilən hər hansı bir regional münaqişə Kremlə qarşı yeni cəbhənin açılmasına rəvac verə bilər. Çünki Türkiyə ilə Azərbaycan “Şuşa Bəyannaməsi”nə əsasən hərbi müttəfiqdirlər. Eyni zamanda, Türkiyə NATO-nun tamhüquqlu üzvüdür. Belə olan təqdirdə isə... Yeni Ukrayna cəbhəsi Rusiya üçün ən gərəksiz vəziyyət sayıla bilər.
Digər tərəfdən, hazırda Türkiyə ilə Rusiya arasındakı yüksəksəviyyəli siyasi dialoq mühiti mövcuddur. Siyasi dialoqun səviyyəsi o qədər yüksəkdir ki:
- Türkiyə Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara qatılmır;
- Ukrayna məsələsində tərəf kimi deyil, vasitəçi kimi çıxış etməyə üstünlük verir;
- Avropa ilə Rusiya arasında açıq körpü rolunu oynayır;
- Hazırki durumda Rusiyanın Avropa məkanında güvənəcəyi tək dövlətdir.
Bu tezislər isə bir daha onu deməyə əsas verir ki, hazırda Türkiyə - Rusiya qarşıdurması ən aşağı ehtimallardandır.
İran daxili səbəblərlə xarici siyasətində ardıcıllıq yarada bilmir
Regionun digər siyasi oyunçusu olan İrana gəldikdə isə, İran Türkiyə və Rusiyadan fərqli olaraq özünə başqa yol seçib - Ermənistanla açıq mübadilə və əməkdaşlıq yolunu. İndiki halda, İran - Ermənistan yaxınlığının dərəcəsinin ölçüsü belə region üçün yeni müharibə təhdidi yarada bilməz. Bunun da fərqli səbəbləri mövcuddur:
- İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar;
- Qərbin hər an İranın hansısa dövlətə qarşı müharibəyə başlamasını səbirsizliklə gözləməsi;
- Daxili gərginliklərin günü-gündən artması;
- Son proseslər - Sünni lideri Riqininin öldürülməsi ilə bağlı yaranan yeni situasiya. Bu situasiyada İran artıq Qərblə yanaşı, İslam ölkələri qarşısında da mühüm cavabdehlik daşımalı olacaq.
Beləliklə, İran indiki dövrdə regionla bağlı siyasətində adıcıllıq yarada bilmir. Bu isə, rəsmi Tehranın proseslərdən uzaq düşməsini şərtləndirir. Eyni zamanda, daxili faktorlar İranın xarici siyasət kursuna da mühüm təsirlər göstərib. Bir müddət öncə Ermənistanla daha çox isti münasibətə malik İran artıq yaranan təzyiqləri görür və geri çəkilir.
Zasın arqumentsizliyi...
Beləliklə, Zasın iddialarının heç bir arqumentə söykənmədiyi bir daha ortaya çıxır. Çünki digər oyunçular - Türkiyə və Gürcüstan bu gün müharibə ab-havası ilə yaşamır. Bu iki ölkə üçün yeni iqtisadi platformalarda təmsilçilik forma və formatlarının müzakirəsi daha əsasdır. Zas isə missiyasının son günlərində sanki bir “hərəkətlənmə” ilə yadda qalmaq istəyir. O, Xankəndi yolundakı vəziyyətlə bağlı da “fikir” bildirib və deyib ki, Rusiyanın sülhməramlı missiyası çox vacibdir, bütün tərəflər sülhməramlı kontingentin fəaliyyətinə kömək etməli və maraqlı olmalıdır: “Biz Rusiya sülhməramlılarının həyata keçirdiyi missiyanı bütün region üçün çox vacib hesab edirik. Onu həddən artıq qiymətləndirmək çətindir. Əlbəttə, biz özümüz üçün çətin şərtləri, xüsusən də vəziyyətin gərginləşdiyini, o cümlədən Laçın dəhlizinin bağlanmasını qeyd edirik. Təbii ki, fikrimizcə, insanlara və humanitar mallara sərbəst hərəkət etmək lazımdır. Adi insanlar üçün məhrumiyyətlərin çətinliyi qəbuledilməzdir. Humanitar fəlakət qəbuledilməzdir”.
Zasın bu fikri isə gülüncdür - çünki sülhməramlı kontingentin
KTMT-yə yaxından, uzaqdan bağlılığı yoxdur. Bu kontingent Rusiyanındır və Azərbaycanın icazəsi, eləcə də Ermənistanın razılığı ilə beş illik dövrdə fəaliyyət göstərir. Kiminsə hansısa müstəvidə “köməyi” yalnız və yalnız prosesə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

