240 şəhər Makrona qarşı...
15.02.2023 [10:46]
“Sarı jilet”li xofu yenidən alovlanır
“İslahat” adı altında Ermənistan üçün ianə yığan Makron hökuməti çətin günlər yaşayır
2018-ci ilin noyabrından başlayan və Fransada başda yanacaq artımı və ağır iqtisadi şəraitə etirazı özündə əks etdirən “sarı jiletlilər” hərəkatı zamanla Fransa prezidenti Emmanuel Makronun sosial-iqtisadi, siyasi qərarlarına qarşı real təhdidə çevrilir. Fransa tarixində iz qoyan böyük şiddət hadisələri və polislə aktivistlər arasında şiddətli qarşıdurmalar uzun müddətdir ki, dünya mətbuatında yer almaqdadır. Hətta protestin illərlə davam etməsi, şiddətlənməsi və ya sonradan zəifləməsi fonunda “sarı jiletlilər” Fransa hakimiyyətinə qarşı əsl müqavimət hərəkatına çevrilib. Məsələn, 2022-ci ildə “sarı jiletlilər”in etirazlarında yeni mərhələ başlandı ki, bu dəfə etirazçılar öz tələblərini daha mütəşəkkil şəkildə ortaya qoydular - sosial ədalət və daha çox demokratiya istəyən “sarı jiletlilər”in dəyişməz tələbləri arasında vətəndaşların təşəbbüsü ilə keçiriləcək referendumun həyata keçirilməsi və alıcılıq qabiliyyətinin yaxşılaşdırılması və s. kimi tezislər yer alırdı. Xüsusi vurğulanmalıdır ki, Fransa hökumətinin Covid-19 epidemiyası ilə mübarizə siyasəti çərçivəsində qüvvəyə minən məcburi sağlamlıq və peyvənd lisenziyasının əleyhdarları da Parisdə keçirilən nümayişlərdə ictimai hərəkatın simvoluna çevrilən “sarı jiletlilər”lə birlikdə yürüş etdilər. Eyni zamanda, “sarı jiletlilər” hərəkatının hüdudları Fransa ilə məhdudlaşmır - bu etirazlar özündə Belçika, Hollandiya, İsveç kimi ölkələri də birləşdirir.
Fransada “sarı jiletlilər”in etirazları çərçivəsində polis zorakılığı nəticəsində yüzlərlə insan yaralanıb, bir çox insan şikəst olub. Nümayişlərdə onlarla insan həlak olub.
2023-cü il Fransa üçün ağır keçəcək - davamlı nümayişlər nəzərdə tutulur
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən yenidən fəallaşan “sarı jiletlilər” 2023-cü ildə il boyu nümayiş keçirməyə çağırışlar ediblər. Etiraz və nümayişlərə isə əsasən sosial sahələri əhatə edən işçilər, həkimlər və sairə peşə sahiblərinin qatılması arzulanıb. Makronun ilk beş illik mandatı müddətində yaranan və artıq 6-cı ildir ki, davam edən “sarı jiletlilər” hərəkatı yenidən bu rəng altında nümayişləri davam etdirməyə qərar veriblər. Hətta ilk yürüşlərini də bu ilin yanvarında reallaşdırıblar. Nümayişçilərin marşrutu Fransa paytaxtının 7-ci rayonunun Brötöy məkanından başlayaraq paytaxtın 12-ci rayonunda Berci yaxınlığında dayanıqlı şəkildə davam edib. Qeyd edək ki, nümayişçilərin tələbləri arasında inflyasiya, pensiya və işsizlikdən sığorta islahatı, enerji böhranı və bu kimi məsələlər yer almaqdadır.
“İslahat”a etiraz ...
Hökumətin təklif etdiyi pensiya islahatına qarşı fevralın 11-də Fransanın 240-dan çox şəhərində, o cümlədən Marsel, Lion, Tuluzada keçirilən nümayişlərdə isə azı 963 min insan iştirak edib. Bu barədə BFM telekanalı məlumat yayıb. Daxili İşlər Nazirliyi bildirib ki, Parisdə aksiyanın dördüncü günündə aksiya iştirakçılarının sayı 93 min nəfər təşkil edib. Bu, digər günlərlə müqayisədə rekord göstərici sayılır. Bundan əvvəl bu rəqəm 57 min nəfər olub. Həmkarlar İttifaqları Konfederasiyasının hesablamalarına görə, Parisdəki nümayişlərdə 500 min, ölkə üzrə isə 2,5 milyon etirazçı iştirak edib. Qeyd edək ki, Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar da qeydə alınıb və polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nümayişlərdə 8 nəfər saxlanılıb.
Eyni zamanda, təhlükəsizliyi təmin etmək üçün ölkə üzrə 10 minə yaxın polis və jandarm səfərbər edilib, onlardan 4,5 mini paytaxtda asayişə riayət olunmasına nəzarət edib. Vurğulayaq ki, islahatlar minimum pensiya yaşının 2030-cu ilə qədər artırılmasını nəzərdə tutur. Fransada bir çox xüsusi pensiya güzəştləri də ki, bu, xüsusilə nəqliyyat və enerji sektorunda çalışanlara təsir edəcək. Hazırda qanun layihəsinə Fransa Milli Assambleyasının deputatları baxır.
Xalqdan oğurlanan pullar İrəvanı silahlandırmağa yönəldilir
Göründüyü kimi, Fransanın daxilində baş verən proseslər yenidən gərginləşir - xalqın etirazı, aparılan “islahatlar”la bağlı irəli sürülən tələblərin miqyası böyüyür. Belə bir zamanda bütün diqqətini daxili sabitliyin formalaşmasına, bu çətinliklərdən xilas olmağa yönəltməli olan Fransa hökuməti isə “burnunu” hər yerə soxmaq üçün fürsət axtarır. “Özünə umac ova bilməyən” rəsmi Parisin İrəvana və ya separatçı ermənilərə “əriştə kəsmək” arzusu bitmir. Hətta “qrant” adı altında ermənilərə ötürülən ianələr də məhz fransız xalqının pullarıdır. Əslində “pensiya islahatı” adı altında xalqdan oğurladıqları pulu Makron hakimiyyəti Ermənistana ötürməklə, İrəvanı silahlandırmaq üçün istifadə etməklə həm də xalqı qarşısında məsuliyyət daşıyır. Bunun cavabı isə ağır olacaq - fransız xalqının Makrondan hesab soracağı gün uzaqda deyil...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35

