Qadınlardan din xadimi...
17.02.2023 [11:05]
Olar, ya olmaz...Din nə deyir, dünya praktikası nəyi göstərir
Dində qadın hüquqları məsələsi hər zaman aktuallıq daşıyıb. Bu hüquqlar fərqli aspektlərdən araşdırılsa da, faktlar ortaya bəzi nəticələri çıxarır - ən təkmil din sayılan İslamda belə bununla bağlı ən azından dolayısı ilə qadağalar mövcuddur. Başqa sözlə, hətta dini ritualların həyata keçirilməsi, dinin təbliği və şəriət hökmləri məsələsində kişilərdən fərqli olaraq qadınlara müəyyən “imtiyazlar” verilməyib. Məsələn, qadının dini xadim, imam və ya müctəhid olması mümkün deyil. Bunun dinlə, şəriətlə yolverilməz olduğu vurğulanır.
Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov KİV-ə açıqlamasında bildirib ki, məscid və ziyarətgahlarda din xadimlərinin təyinatı ilə bağlı müsahibələr keçirilir. Bu il din xadimlərinin təyinatı ilə bağlı 44 vakansiya çıxarılıb. Onun sözlərinə görə, onlardan 7-si qadınlar üçündür: “Qadınlar din xadimi deyil. Qadınlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır. Ümumiyyətlə, məscid və ziyarətgahlarda 3 vəzifə müəyyənləşdirilib. Birincisi, imamdır, ikincisi, imam müavini, üçüncüsü, dini ayinlərin icraçısıdır. Bir də qadın dini ayinlərin icraçısı var. Qadınlar məscidlərdə imamların tapşırığına əsasən sırf qadınlara yönəlik fəaliyyətlə məşğul olurlar”.
Qeyd edək ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirmişdi ki, Azərbaycanda ilk dəfə qadınların məscidlərdə dini ayin icraçısı kimi təyinat alması orada imam vəzifəsini yerinə yetirmək üçün deyil. Qadın imam funksiyasını yerinə yetirməyəcək. M.Qurbanlı qeyd etmişdi ki, qadın dini ayin icraçısı məsciddə imamın tövsiyəsi ilə hər hansı dini mərasimə qatıla biləcək: “Dini mərasimlər var ki, qadınlar orada ayrı oturur. Məhz dini təhsili olan qadın icraçının məclisi idarə etməsi daha məntiqlidir. Çünki dini mükəmməl bilməyən birinin dini məclisi idarə etməsi nəticədə müəyyən səhvlərə səbəb ola bilər”.
Hökmlər qadın və kişilərə aiddir...
Quranda isə Allahın əmr etdiyi hökmlər qadın və kişilərə aiddir. Bəzi xurafatçı kütlələr qadın düşmənçiliyini və qadına dəyər verməməyi təlqin etməyə çalışsalar da, bu anlayışa Quranda yer yoxdur. Əksinə, Quranda qadınları qoruyan və dəyər verən bir çox ayə var. Qeyd edildiyi kimi, xürafatçı təfəkkürdə qadının şəxsiyyətinin, xüsusiyyətlərinin və qabiliyyətinin fiziki quruluşu ilə əlaqədar olaraq daha məhdud olduğuna inanırlar - hətta din xadimi olmaq məsələsində belə bununla əlaqədar fikir ayrılığı mövcuddur.
Qadın pişnamaz: alimlər bu məsələdə də fikir ayrılığı yaşayır...
Qeyd edək ki, bəzi hallarda imam, bəzi hallarda pişnamaz adlandırılan anlayış namaz qılan zamanı bir şəxsə tabe olub yerinə yetirmək deməkdir. Hazırda əksər İslam ölkələrində, müsəlman dövlətlərində qadınların namaz zamanı pişnamazlıq etməsi adət olunmuş hal deyil. Amma bəzi mərxəzlərdə bu kimi halların baş verməsi ilə bağlı məlumatların qeyd edildiyi yazılır. Məsələn, apardığımız araşdırma zamanı bəzi mənbələrdə həzrəti Aişə, Ümmü Vərəqə kimi qadınların qadın camaat namazlarına rəhbərlik etdiyi haqda məlumatların olmasına rast gəldik.
Fiqh kitablarında bu məsələ mübahisəli bir məsələ kimi təqdim olunur. Peyğəmbərimizin xanımlarından həzrəti Aişə və Ümmü Sələmə, eləcə də bəzi islam alimləri, hətta imam Şafei kimi alimlər qadının qadına imamlığını müstəhəb hesab ediblər.
Əhməd ibn Hənbəl isə bunu müstəhəb olmadığını qeyd edib. Hənəfilərdən əshabu-r-rəy və imam Malik bunu bəyənilməyən - məkruh sayıb. Bununla belə, onların fikrinə əsasən bu cür qılınan namaz da düzgündür. Nəticə etibarı ilə, dinin bəzi alimləri qadının qadınlara pişnamaz olmağında bir problem görmür.
Amma qadının müctəhid və hakim (dini teokratik ölkələrdə qazi rütbəsi) olmasına qəti şəkildə etiraz edən din alimləri də var. Məsələn, bununla bağlı rast gəldiyimiz hədislərin birində şiə məzhəbinin böyük alimlərindən İmam Sadiqə istinadən bildirilir ki, “Baxın araşdırın! Aranızda olan kişilərdən hansı bizim fətvalarımızı və nəzərlərimizi daha yaxşı bilir, onu özünüzə qazi təyin edin. Mən onu sizin aranızda şəri hakim təyin edirəm”. Bu hədisdən belə anlaşılır ki, “qazilik” məsələsi yalnız kişilərin öhdəsindədir. Bunun üçün irəli sürülən dəlillərə gəldikdə isə, əsasən iki məsələ xüsusi vurğulanır:
- Qadınların bu kimi mühüm məsuliyyəti yerinə yetirə bilməmək ehtimalı;
- Müctəhid və şəri hakim olmaq üçün qəti iradənin tələb edilməsi.
Həmin alimlər iddia edirlər ki, qadınlardan ayrılmayan psixoloji hisslərdən biri də onlarda olan hisslərə qapılmaq (kövrəklik və ürəyi yumşaqlıq) və ülfət hissləridir. Bu amil onlara din xadimliyi vəzifəsində qətiyyətlə hökm verməyə imkan yaratmır. Hətta bu kimi işlərin qadınların öhdəsindən götürülməsini İslam dininin qadınlara verdiyi dəyər və qiymətdən irəli gəldiyi də bildirilir.
İranda qadın hüquqları yox səviyyəsindədir...
Dini teokratik dövlətlərin əksəriyyətində isə qadının din xadimi, hətta dövlət xadimi olması məsələsinə fərqli baxış nümayiş etdirilir. Hətta bu ölkələrdə qadınların dövlət aparatında vəzifə tutmasına son illərə qədər təsadüf edilməmişdi. Məsələn, İranda qadınların seçki hüququ hələ şahlıq dövründə ikən 1963-cü ildə təmin olunmuşdu. 1979-cu il inqilabından sonra yaranan vəziyyət isə əvvəlki ilə eyniyyət təşkil etmirdi. İnqilab dövründə və ondan öncə qadınların dəstəyini qazanmaq üçün Xomeyni qadın hüquq və azadlıqlarına münasibətdə feminist vədlərlə çıxış edirdi və bunlardan bir neçəsini həyata keçirmişdi. Müasir İran İslam Respublikası özünü demokratiyanın əsas götürüldüyü teokratik dövlət kimi görürdü və konstitusiyasının demokratik niyyətləri əks etdirdiyini iddia edirdi. Ancaq İran konstitusiyasına diqqətlə nəzər saldıqda, bu demokratiyada qadın hüquqlarının müdafiəsi sahəsində bir sıra qüsurların olduğunu görmək mümkündür. Hazırda İranda qadın hüquqları ilə bağlı problemlər kifayət qədərdir. Hətta bununla bağlı güclü sosial təzyiqlər də var ki, ötən ilin sentyabrından başlanan etiraz aksiyaları bunun bariz sübutudur. 1979-cu ildə orta əsrlərə kəskin geridönüş bu ölkədə qadınların nəinki din xadimi olmasını aktual edib, onların ən primitiv hüquqlardan belə istifadəsini qadağa çərçivəsinə salıb.
Məsələn, İranda ilk qadın nazirin təyinatı 2009-cu ilə təsadüf edir - İslam inqilabından 30 il sonraya. 2009-cu ildə prezident Mahmud Əhmedinejad tərəfindən təqdim edilən Nazirlər Kabinetinə namizədlər arasından səhiyyə nazirliyinə namizəd Mərziye Vahid Destcerdi İran İslam Respublikasının ilk qadın naziri kimi parlamentin razılığını ala bilmişdi.
2014-cü ildə yaşanan bir ilk - qadın nazir oldu...
Bu məsələ digər bir dövlətdə - Səudiyyə Ərəbistanında da analoji vəziyyətdədir. Yəni, bu ölkədə də hakim olan dini qanunlar qadınların vəzifədə təmsil olunmasına elə də isti yanaşmır - bunun nəticəsidir ki, 2018-ci ildə ilk dəfə bir qadın nazir statusu alıb. Bu ölkənin Əmək Nazirliyində rəhbərliyə ilk dəfə olaraq qadın nazir təyin olunub - Tamader əl-Rəmmah adlı xanım Səudiyyə Ərəbistanın ilk nazir qadını olub. Əslində bu ilk addım mühüm praqmatik perspektiv də vəd edib - Əmək və Sosial İnkişaf Nazirliyinə bir qadının təyin olunması, qadınların iş həyatına uğurları istiqamətində atılmış bir addım kimi qiymətləndirilib.
Taliban əfqan qadınlarının ali təhsil almısına qadağa qoydu
Əfqanıstanda isə bu məsələ ilə bağlı vəziyyət bir az fərqlidir. Məsələn, 1970-ci illərə qədər neytral ölkə sayılan, dini-teokratik rejimin hakim olmadığı Əfqanıstanda qadın hüquqları sahəsində islahatlar həyata keçirilirdi. 1979-cu ildə Sovet İttifaqının müdaxiləsi, on il sürən vətəndaş müharibəsi, radikal islamçı “Taliban” qüvvələrinin hakimiyyətə gəlməsi qadınların ictimai həyatda roluna böyük təsir göstərdi. Taliban hakimiyyəti dövrü qadınların vəziyyəti əsaslı şəkildə dəyişdi, tətbiq edilmiş İslam qanunlarına əsasən qadınların hicab (Əfqanıstanda bürqə) geyməsi tələb edildi və qadınların təhsil almasına qadağa qoyuldu. 2001-ci ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Talibanı hakimiyyətdən devirməsindən sonra Əfqanıstanın yeni hökuməti qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması məqsədilə islahatlar aparıldı. Hətta yeni qanunlara görə, partlamentdə yerlərin 20 faizini qadınlar tutmalı idilər. Qeyd edək ki, bu rəqəm 2014-cü ildə 249 yerdən 69-nu əhatə edirdi.
Talibanın ikinci işğalından sonra isə vəziyyət yenidən dəyişib - qadınların universitetə getməsi belə qadağan edilib. Belə olan halda, bu ölkədə qadınların din xadimi olmaq perspektivi haqda danışmağa belə dəyməz...İndoneziyada qadın din xadimləri fətva verir...
Əhalisinin sayına görə ən çox müsəlmanın yaşadığı İndoneziyada isə məsələlər bir az fərqlidir. Bu ölkədə din xadimi olan qadınlar mövcuddur. Hətta 2017-ci ilin aprelində Yava adasında baş tutan qurultay qadın İslam xadimlərinin ilk irimiqyaslı tədbiri kimi tarixə düşüb. Bu qurultayda mütərəqqi bir qərar da verilib - qadın İslam xadimləri uşaq yaşlarında nikah bağlanmasına qarşı nadir fətva veriblər. Hüquqi qüvvəsi olmasa da, müsəlmanlara böyük mənəvi təsirə malik olan fətva ölkənin qadın din xadimlərinin üç günlük qurultayından sonra verilib.
Beləliklə, din və cəmiyyət münasibətləri mövzusu hər zaman müzakirələrə açıq kimi görünür. Bu müzakirələrdə isə hər bir tərəfin özünün mülahizələri var - doğru və ya şübhəli. Necə deyərlər, hərənin öz həqiqəti - nəticəni isə hər kəs özü çıxarmalıdır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına bax 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                    YAP xəbərləri
30 Oktyabr 22:04
 
                    İdman
30 Oktyabr 21:59
 
                    Dünya
30 Oktyabr 21:24
 
                    Hadisə
30 Oktyabr 21:19
 
                    Siyasət
30 Oktyabr 21:09
 
                    Dünya
30 Oktyabr 20:43
 
                    Dünya
30 Oktyabr 20:35
 
                    Dünya
30 Oktyabr 20:18
 
                    Dünya
30 Oktyabr 19:54
 
                    Dünya
30 Oktyabr 19:32
 
                    YAP xəbərləri
30 Oktyabr 19:13
 
                    Dünya
30 Oktyabr 17:54
 
                    Siyasət
30 Oktyabr 17:53
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:31
 
                    YAP xəbərləri
30 Oktyabr 16:59
 
                    YAP xəbərləri
30 Oktyabr 16:32
 
                    Sosial
30 Oktyabr 15:26
 
                    Sosial
30 Oktyabr 15:08
 
                    Xəbər lenti
30 Oktyabr 14:40
 
                    Elanlar
30 Oktyabr 14:37
 
                    MEDİA
30 Oktyabr 13:57
 
                    Sosial
30 Oktyabr 13:55
 
                    Dünya
30 Oktyabr 13:38
 
                    Gündəm
30 Oktyabr 12:48
 
                    Hadisə
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:12
 
                    Gündəm
30 Oktyabr 11:55
 
                    Siyasət
30 Oktyabr 11:30
 
                    Siyasət
30 Oktyabr 11:16
 
                    Sosial
30 Oktyabr 10:58
 
                    Siyasət
30 Oktyabr 10:30
 
                    Analitik
30 Oktyabr 10:16
 
                    İqtisadiyyat
30 Oktyabr 09:52
 
                    Ədəbiyyat
30 Oktyabr 09:37
 
                    Analitik
30 Oktyabr 09:13
 
                    Sosial
30 Oktyabr 08:59
 
                             
                    
 
                        