Çinə ultimatum...
25.02.2023 [10:50]
Rəsmi Vaşinqton AUKUS-un hərbi gücünü artırır
Avstraliyaya ABŞ-dan səkkiz nüvə sualtı qayığı veriləcək
ABŞ ilə Çin arasında baş vermiş “casus hava şarı” hadisəsi qlobal müstəvidə yeni təhdidlər formalaşdıra bilər. Belə ki, fevralın 5-də ABŞ prezidenti Co Baydenin göstərişi ilə vurularaq okean sularına salınan hava şarı sonradan Pekinin qəti etirazalarına səbəb olmuşdu. Xatırladaq ki, hava şarının prezident Baydenin göstərişi ilə vurulmasını dövlət başçısı özü etiraf etmişdi. “Casus şar”ın vurulub okeana salınması əməliyyatı zamanı isə Cənubi Karolina bölgəsindən bütün uçuşlar dayandırılmışdı - Pentaqon hələ əməliyyatla bağlı açıqlama verməsə də, ABŞ Konqresinin üzvlərinin bir çoxu Çinin “casus şarı” ilə bağlı addımına lazımi cavabın verilməsi tələbini irəli sürmüşdü.
Sonradan isə ABŞ hadisə ilə bağlı fərqli açıqlamaları ilə yadda qaldı - Prezident Bayden Çin hava şarından əlavə, vurulan 3 obyektin hələ naməlum olduğunu dedi. O qeyd etdi ki, Çinlə münasibətlər hava şarı ilə bağlı vəziyyətə görə ciddi şəkildə zərər görməyib. Amma, deyəsən, mənzərə tamam fərqlidir.
Çinə xəbərdarlıq: Rusiya ilə əlaqələri kəs!
Bunu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində iki dövlətin rəsmilərinin görüşü də təsdiqləyir. Belə ki, ABŞ-ın dövlət katibi Antoni Blinken Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi ilə Almaniyada keçirilən 59-cu Mün?en Təhlükəsizlik Konfransında bir araya gəlib. Bu, “casus şarı” böhranından sonra ABŞ və Çin arasında ilk yüksək səviyyəli görüş olub. Təxminən bir saat davam edən görüşdən sonra açıqlama verən Blinken deyib ki, Çinin ABŞ-ın suverenliyinə və beynəlxalq hüquqa zidd olaraq müşahidə şarı göndərməsinin qəbuledilməz olduğunu və bunun bir daha təkrarlanmamasının vacibliyini irəli sürüb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı yazılı açıqlamada isə qeyd olunub ki, Blinken Çinə Rusiya-Ukrayna müharibəsində Rusiyaya maliyyə dəstəyi verdiyinə və Moskvaya heç bir sanksiya tətbiq etmədiyinə görə xəbərdarlıq edib. Bəyanatda
ABŞ-ın uzun illərdir davam edən “tək Çin” siyasətində heç bir dəyişiklik olmadığı, Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyi bir daha vurğulanıb. Blinken bildirib ki, ABŞ prezidenti Co Bayden Çinlə münaqişəyə girmək istəmir və onlar yeni soyuq müharibənin başlamasının tərəfdarı deyillər.
Əslində bu bəyanat Çinə “sonuncu xəbərdarlıq” kimi də xarakterizə oluna bilər. Prezident Baydenin ötən həftə ərzində həm Kiyevə, həm də Varşavaya səfərləri Rusiyaya qarşı mübarizədə güclərin səfərbər edilməsi kimi qiymətləndirilmişdi. Bunun qarşılığında Çin tərəfinin
Moskvanı dəstəkləyən bəzi açıqlamalarla yadda qalması Ağ Ev üçün arzuolunan deyil. Başqa sözlə, rəsmi Vaşinqton Çin-Rusiya müttəfiqliyinin qarşısını almaqda israrlıdır. Bunun qarşılığında irəli sürülən “təklif” də cəlbedicidir - “tək Çin” variantı Tayvan üzərində nəzarətin bərpası deməkdir. ABŞ Çinə bu kimi maraqlı təklif irəli sürməklə Rusiyanı meydanda tək qoymağa çalışır...
Uzaq Şərq suları “poliqon”a çevrilə bilər...
Bu arada, beynəlxalq KİV artıq Çin ilə ABŞ arasında hərbi güclərin müqayisəsini aparmaqdadır. CNN telekanalının iki ölkənin hərbi-dəniz gücünün müqayisəsinə həsr olunan verilişində vurğulanıb ki, Çin hərbi gəmiqayırması həm donanmasının həcminə, həm də zavodlarının gücünə görə ABŞ-ı xeyli qabaqlayır. ABŞ hərbi dəniz qüvvələrinin katibi Karlos Del Toro da Birləşmiş Ştatlar üçün xoşagəlməz görünən nəticələri təsdiqləyib. Onun sözlərinə görə, Çin açıq şəkildə dünya okeanlarında mövcudluğunu genişləndirmək niyyətindədir. Ötən çərşənbə axşamı Vaşinqtonda mətbuat klubunda çıxışı zamanı Karlos del Toro Çinin Cənubi Çin dənizi və okeanların digər ərazilərində ABŞ daxil olmaqla digər dövlətlərin dəniz suverenliyini və iqtisadi rifahını pozmağa çalışdığını bildirib. “Biz donanmamızı genişləndirməliyik, bizə gələcəkdə daha müasir, xüsusən də yeni təhdidlərə cavab verə bilən gəmilər lazımdır”, - deyə o, qeyd edib.
Yaxın illərdə Çin donanmasının 400 gəmisi olacaq. Hazırda Çinin 340 gəmisi var. ABŞ hərbi dəniz qüvvələrinin donanmasında isə 300-dən də az hərbi gəmi mövcuddur. Pentaqonun 2045-ci il üçün planlarında 350 ekipajlı gəmi nəzərdə tutulur ki, bu da Çinin donanma üçün planlarının yanında əslində çox kiçik görünür.
Amma ABŞ Cənub Şərq sularını heç də nəzarətsiz buraxmaq fikrində deyil. Belə ki, 2021-ci ilin sentyabrında ABŞ, Avstraliya, Böyük Britaniya arasında Asiya və Sakit okean regionunda Çin təhlükəsinə qarşı imzalanmış AUKUS sazişi bu mənada hazırki vəziyyəti sığortalayır. Müqavilənin şərtlərinə görə, Avstraliya ABŞ texnologiyası ilə adi silahlarla təchiz olunmuş azı 8 ədəd nüvə sualtı qayığı inşa edəcək, ordusunu ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcək. Bununla bağlı Avstraliya Fransa ilə 12 sualtı qayığın tikintisi barədə qüvvədə olan 50 milyard avroluq müqaviləyə birtərəfli şəkildə xitam verib. Hazırda Avstraliya dəniz qüvvələrində nüvə sualtı qayığı yoxdur. Yeri gəlmişkən, Avstraliya artıq 100 milyard dollara ABŞ-dan səkkiz nüvə sualtı qayıq almağa hazırdır. “9 News” xəbər portalının məlumatına görə, Avstraliyanın Baş naziri Entoni Albaneze federal hökumətin 100 milyard dollara səkkiz ABŞ gəmisinin alınmasını nəzərdə tutan sazişə sadiqliyini bir daha təsdiqləyib. Albaneze qabaqcıl hərbi texnika ilə bağlı xarici müttəfiqlərdən asılılığın qarşısını almaq üçün yerli müdafiə istehsalı müəssisələrinin genişləndirilməsinə də söz verib.
Beləliklə, ABŞ-ın Çin probleminə qarşı gördüyü tədbir olduqca effektivdir. ABŞ dərk edir ki, baş verəcək hər hansı bir təhdid fonunda Çinlə Şərq sularında təkbaşına mübarizə aparmaq imkanları məhduddur - bunun üçün isə ona AUKUS-un fonunda yaranan müttfəiqlik kömək edəcək.
Çin isə artıq tam şəkildə “mühasirəyə” alındığının fərqindədir. Pekinin sonuncu “hava şarı” qarşıdurmasında müəyyən dərəcədə geri çəkilməsinin də əsas səbəblərindən biri budur - Çin anlayır ki, Pentaqonun müttəfiqlərinin əlinə belə bir bəhanə verməməlidir. Əks halda, Uzaq Şərq suları “Çin gəmisi”nin batırılması üçün poliqona çevrilə bilər...
SADİQ
Xəbər lenti
Hamısına bax 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                    YAP xəbərləri
30 Oktyabr 22:04
 
                    İdman
30 Oktyabr 21:59
 
                    Dünya
30 Oktyabr 21:24
 
                    Hadisə
30 Oktyabr 21:19
 
                    Siyasət
30 Oktyabr 21:09
 
                    Dünya
30 Oktyabr 20:43
 
                    Dünya
30 Oktyabr 20:35
 
                    Dünya
30 Oktyabr 20:18
 
                    Dünya
30 Oktyabr 19:54
 
                    Dünya
30 Oktyabr 19:32
 
                    YAP xəbərləri
30 Oktyabr 19:13
 
                    Dünya
30 Oktyabr 17:54
 
                    Siyasət
30 Oktyabr 17:53
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:51
 
                    YAP xəbərləri
30 Oktyabr 17:31
 
                    YAP xəbərləri
30 Oktyabr 16:59
 
                    YAP xəbərləri
30 Oktyabr 16:32
 
                    Sosial
30 Oktyabr 15:26
 
                    Sosial
30 Oktyabr 15:08
 
                    Xəbər lenti
30 Oktyabr 14:40
 
                    Elanlar
30 Oktyabr 14:37
 
                    MEDİA
30 Oktyabr 13:57
 
                    Sosial
30 Oktyabr 13:55
 
                    Dünya
30 Oktyabr 13:38
 
                    Gündəm
30 Oktyabr 12:48
 
                    Hadisə
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:14
 
                    İqtisadiyyat
30 Oktyabr 12:12
 
                    Gündəm
30 Oktyabr 11:55
 
                    Siyasət
30 Oktyabr 11:30
 
                    Siyasət
30 Oktyabr 11:16
 
                    Sosial
30 Oktyabr 10:58
 
                    Siyasət
30 Oktyabr 10:30
 
                    Analitik
30 Oktyabr 10:16
 
                    İqtisadiyyat
30 Oktyabr 09:52
 
                    Ədəbiyyat
30 Oktyabr 09:37
 
                    Analitik
30 Oktyabr 09:13
 
                    Sosial
30 Oktyabr 08:59
 
                             
                    
 
                        