“Çip”lər Rusiyaya necə gedib?
21.04.2023 [11:00]
“The New York Times” qəzetinin yaydığı məlumatlar İrəvanın Rusiyanı sanksiyalardan yayındırdığını təsdiqləyir
Son dövrlərdə Ermənistanın “Qərbyönümlü” xətt tutması ilə bağlı yaratdığı fon dağılır. Belə ki, rəsmi İrəvanın qurduğu ikili oyunun bəzi ştrixləri ifşa olunub. Bəlli olub ki, bir tərəfdən Qərbi “dəstəklədiyini” iddia edən Ermənistan, digər yandan isə Rusiyanı iqtisadi sanksiyalardan yayındırmaq üçün “nəfəslik” rolunu oynayırmış. Bu fakt “The New York Times” qəzetinin martın 24-də ABŞ və Aİ-nin yüksək vəzifəli vergi və ticarət rəsmilərinin görüşündə səslənən faktlarla bağlı məqaləsində öz əksini tapıb.
Qərb - İrəvan - Moskva marşurutu...
Yayılan məlumata görə, Ermənistan vasitəsilə Rusiyaya satılan çiplərin və digər elektron komponentlərin sayında kəskin artım müşahidə olunur. İlk baxışdan bu fakt adi qəbul edilsə də, onun altında mühüm məqamlar yatır. Belə ki, söhbət Rusiyanın Ukraynanı vurduğu raketlər də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab olunan yüksək həssas kateqoriyalı çiplərin və digər elektron cihazların kütləvi satışından gedir. ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun sənədinə görə, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə deyilir ki, daha sonra Ermənistan həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib.
Beləliklə, hər zaman olduğu kimi “arxa bağça” rolunu oynamağa öyrəncəli Ermənistan bu yolla “öz günahlarını” yuyurmuş. Yəni, Rusiyanın əlindəki silahları təkmilləşdirmək istiqamətində addımlarında ən yaxın köməkçisi Ermənistan imiş. Maraqlıdır ki, İrəvan bu addımı Qərbin özünün “əli ilə” atırmış. Yayılan sənədlərdə də adıçəkilən çiplərin ABŞ və Aİ regionundan “idxal” edildiyi vurğulanır.
Tək ABŞ və ya Aİ deyilmiş...
Ermənistan bu kimi çipləri yalnız ABŞ və ya Aİ ölkələrindən əldə etmirmiş. Bundan əvvəl 2022-ci ildə Vyetnamdan Ermənistana ixracatın 380%, Yaponiyadan 252%, Qazaxıstandan 201%, Hindistandan 190%, Fillipindən 181%, Cənubi Koreyadan 102% artdığı məlum olmuşdu. 2022-ci ildə Aİ-dən də Ermənistana ixrac 70% artıb. Xatırladaq ki, adıçəkilən ölkələr rəsmi Moskvaya tətbiq edilmiş iqtisadi sanksiyaların “tərəfdaşları” sayılır və bu ölkələrdən Rusiyaya texniki vasitələrin ixracı qadağandır. Belə olan halda bu faktlar Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas mərkəzlərdən biri olduğunu sübut edir.
Aylardır təftiş olunur...
Onsuz da aylardır ki, xarici mətbuat Ermənistanın birdən-birə Rusiyadan üz döndərərək Qərbə yön almasını birmənalı qəbul etmirdi. Hətta bəzi Avropa nəşrləri bunun altında mühüm məqamların yatdığına işarə vururdu. Bəzi analitiklər isə belə bir məqamda Rusiya - Ermənistan münasibətlərini anlaşılmaz sayırdı. Çünki:
- Ermənistan birdən-birə Rusiyanın iradəsinin əksinə çıxaraq KTMT-dən çıxmaq haqqında “düşünür”;
- “Soçi sülh gündəliyi”ni ikinci plana keçirir;
- Rusiya ilə bağlı kifayət qədər açıq mesajlı bəyanatlar səsləndirir - məsələn, Rusiyanın Ermənistanda nəzarətində olan atom enerjisi sahəsi, 102 saylı Hərbi Baza haqqında açıq kontekstdə çıxışlar edilir;
- “Demokratiya Sammitində” iştirak edir.
Bütün bu faktorlar Ermənistan üçün xarakterik ola bilməzdi. Yəni, Rusiya bütün bunları “həzm” edə bilməzdi. Rusiyanın bu qədər açıq şəkildə Ermənistanın “xəyanəti”ni bağışlaması isə fərqli kontekstlərdə yozulsa da, faktlar həqiqəti üzə çıxarır.
İrəvan Qərbin Ukraynadakı planlarına qarşı
Bəli, məlum olur ki, Moskva Qafqazda sülhün bərpasını təmin edəcək və özünün iştirakı ilə imzalanan müqavilələrin məhz Ermənistan tərəfindən yerinə yetirilmədiyini hansı səbəbdən “görməzlikdən” gəlirdi, bu dövlətin regional təhdidə çevrilməsi sükutla qarşılayırdı. Bütün bunların fonunda Rusiyanın yenə də Ermənistanı müdafiə etməkdən imtina etməməsinin əsl səbəbi bunda imiş - İrəvan Qərbin Ukraynadakı planlarının əsas pozucusu statusunda çıxış edirmiş. Halbuki Qərb koalisiyası dəfələrlə bəyan etmişdi ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar Ukraynaya qarşı təcavüzün dayandırılmasına xidmət göstərir. Başqa sözlə, Qərb dünyası Rusiyanı prosesi masa arxasında davam etdirməyə məcbur etmək niyyətindədir. Ermənistan isə özünün gizli oyunları ilə Qərbin planlarını pozurmuş. Digər dövlətlərdən idxal olunan, ardından Rusiyaya ötürülən texniki materiallar, çiplər müharibənin daha da alovlanmasına xidmət göstərirmiş.
Sülhməramlıların qərbpərəst ermənilərin silahlarını müşayiət etmə səbəbləri üzə çıxır
Eyni zamanda, indi bəlli olur ki, Ermənistanın “Qərb yolu” tutmasına baxmayaraq İrəvandan Qarabağa daşınan qeyri-qanuni silahlar niyə Rusiya sülhməramlılarının “müşayəti ilə daşınırmış”. Xatırladaq ki, mart ayının əvvəlində Ermənistan ərazisindən Azərbaycanın Qarabağ bölgəsinə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi daşımalar həyata keçirilməsi faktı müəyyən edilmişdi və Azərbaycan dövləti tərəfindən bunun qarşısı alınmışdı. Azərbaycanın Müdafiə Nazirliyinin məlum hadisə ilə bağlı bəyanatında bildirilirdi ki, Ermənistan 10 noyabr sazişinə zidd olaraq Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz hərbi daşımalara davam edir. Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan ərazisindən Azərbaycanın Qarabağ bölgəsinə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi daşımalar həyata keçirilir. Eyni zamanda, nazirlik vurğulamışdı ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
Demək ki, “qərbyönümlü” Ermənistanın Azərbaycandakı qeyri-qanuni silahlı tör-töküntüsünə daşınan silahlar yuxarıda vurğulanın səbəblərdən Rusiya tərəfindən “qorunurmuş”. Rusiyanın susqunluğu anlaşılandır - bu dəfə Ermənistan cavab verməli olacaq. Özü də “sığındığı” Qərbə...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

