SEPAH ittiham olunur...
03.06.2023 [11:20]
Terror qrupu ABŞ-ın keçmiş dövlət katibinə sui-qəsd hazırlayıbmış
ABŞ Maliyyə Nazirliyi növbəti dəfə İran İslam İnqilab Keşikçiləri Korpusuna və İnqilab Keşikçiləri Qvardiyasının Qüds Gücünə bağlı şəxslərə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, ABŞ Qüds Gücü ilə əlaqəli 3 şəxs, 1 şirkət və SEPA Kəşfiyyat Təşkilatının 2 yüksək vəzifəli rəsmisini sanksiyalar siyahısına əlavə edib. Bayden administrasiyası keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və keçmiş dövlət katibi Mayk Pompeoya qarşı xaricdə sui-qəsd hazırlamaqda ittiham olunan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
İstanbulda jurnalistlərə və İsrail vətəndaşlarına qarşı sui-qəsd planları
Sanksiyalar İran dissidentlərinə və ABŞ-da, Orta Şərqdə, Avropada, Afrikadakı qeyri-İran vətəndaşlarına qarşı kəşfiyyat və ölümcül əməliyyatların planlaşdırılması daxil olmaqla xaricdə gizli əməliyyatlar həyata keçirmək vəzifəsi daşıyan SEPAH-Qüds Qüvvələrinin bir bölməsinin rəsmisi Məhəmməd Rza Ənsarini hədəf alıb.
“Ənsari İran vətəndaşı Şəhram Poursafinin dəstəyi ilə ABŞ-ın iki keçmiş dövlət məmuruna sui-qəsd planlaşdırıb”- deyə Maliyyə Nazirliyi bildirib.
Yeni sanksiyalar həmçinin ikili İran və Türkiyə vətəndaşlığı olan Hüseyn Hafez Əminiyə də aid edilib.
Sanksiyalar siyahısına həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının iki yüksək rütbəli məmurunu, Rouhallah Bazgandi və Reza Seraj da salınıb. Məlumata görə, Bazgandi İraq və Suriyada IRGC-IO əməliyyatlarını, habelə İsrail vətəndaşlarına qarşı sui-qəsdi planlaşdırmaq və nəzarət etməkdə ittiham olunur. “Bazgandi İstanbulda jurnalistlərə və İsrail vətəndaşlarına qarşı sui-qəsd planlarında da iştirak edib” - məlumatda qeyd olunub.
4 yüksək rütbəli məmur da sanksiyaya məruz qalmışdı...
Xatırladaq ki, bir neçə ay öncə də ABŞ Maliyyə Nazirliyi SEPAH-ı sanksiyalar siyahısına salmışdı və bununla əlaqədar ABŞ hökuməti SEPAH Kəşfiyyat Təşkilatının Ruhullah Bazqəndi, Məhəmməd Kazemi, Məhəmməd Məhdi Səyyari və Məhəmməd Hasan Mühqqiqi adlı dörd yüksək rütbəli məmurunu İslam Respublikasının sanksiya tətbiq edilən rəsmiləri siyahısına əlavə etmişdi. Həmin dövrdə bu addım İranın Oman körfəzində kommersiya gəmisinin saxlamasına cavab kimi qiymətləndirilmişdi. Qeyd edək ki, aprelin 27-də Marşal Adaları bayrağı ilə Oman körfəzində, beynəlxalq sularda üzən “Advantage Sweet” adlı neft tankeri İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) donanması tərəfindən saxlanılmışdı.
Ümumiyyətlə, SEPAH bütövlükdə beynəlxalq aləm tərəfindən terror təşkilatı kimi tövsif olunur. Bu təşkilat ötən ildən Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısında da özünə yer tapıb. 1979-cu ildə yaradılan SEPAH-ın adı son illərdə “milyardlarla dollarlıq işlər”də hallanır. Hətta “imperiyaya” çevrildiyi iddia olunan SEPAH verilən məlumatlara görə, İran Milli Neft Şirkəti ve İmam Rıza Fondu’ndan sonra “İranın üçüncü ən varlı təşkilatıdır. SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib. Məsələn, SEPAH Suriya vətəndaş müharibəsində Bəşər Əsədin tərəfində döyüşüb.
8 oktyabr 2015-ci ildə SEPAH generalı Hüseyn Həmədani Hələb yaxınlığında öldürülüb. Həmin il oktyabrın 12-də korpusun yüksək rütbəli hərbi rəhbərləri general-mayor Fərşad Xasunizadə və briqada generalı Həmid Möhtərbənd Suriyada gedən döyüşlərdə həyatını itirib. Bundan başqa, Suriyada İİKK-nın Fatemiyun diviziyasının briqada generalı Rza Xavəri də öldürülən generalların siyahısındadır.
SEPAH-ın himayəsindəki terror şəbəkəsi...
SEPAH həmçinin bir sıra ölkələrdə terroru stimullaşdırmaqda ittiham edilir. İnqilab Keşikçiləri Qvardiyasının Qüds Gücü, Suriyadakı Hizbullah təşkilatı, Yəməndəki və bir sıra başqa ölkələrdəki destruktiv qüvvələrin adı məhz SEPAH-la yan-yana çəkilir. İran Mərkəzi Bankı vasitəsilə “Qüds Qüvvələri” və “Hizbullah qruplaşması”na milyonlarla dollar məbləğində vəsait yönləndirildiyi müəyyən edilib. İran adına törədilən terror aktlarının əksəriyyəti isə “Hizbullah” və “HƏMAS” tərəfindən təşkil edilir, SEPAH onlara dəstək verir. Amma faktlar göstərir ki, terror aktlarının planlaşdırılması və gerçəkləşdirilməsi üçün İranın bütün mərkəzi dövlət qurumları əlaqələndirilmiş formada çalışır, vahid bir mexanizm halında birləşirlər. Məsələn, 1989-cu ilin iyul ayında Vyanada tərədilmiş terror aktının icraçıları Avstriya ərazisinə İran diplomatik xidmətlərinin pasportlarından yararlanaraq daxil olmuşdular.
1979-cu ildən etibarən, İranda dövlət maraqlarının təmin edilməsi üçün terror aktlarından istifadəyə rəsmən razılıq verilib. ABŞ Dövlət Departamenti tərəfindən tərtib edilən, “Beynəlxalq qanunları pozan İran rejiminin dağıdıcı hərəkətlərinin tarixi” adlı hesabatda göstərilir ki, İran hər il Suriya, Yəmən və İraqda terror aktlarının gerçəkləşdirilməsi üçün ən azı 16 milyard dollar vəsait xərcləyir.
Son 25 il ərzində isə İranla bağlı qanlı terror aktlarının sayı artıb - səbəb bu ölkənin bəşəriyyətin tərəqqisi üçün kəşf edilmiş modern texnologiyaları oğurlayaraq, onları terror aktlarının törədilməsi üçün istifadə etməyə başlamasıdır. Beynəlxalq hesabatlarda qeyd edilir ki, İranın kiber təhlüksizlik təsisatları (İKK) tərəfindən dünyanın nüfuzlu universitetlərinə hər il yüzlərlə kiberhücumlar təşkil edilir və onların intellektual mülkiyyətləri oğurlanır. Məsələn, 2018-ci ildə Belçika, Fransa, Almaniyada İran agentlərinin kütləvi toplanış məntəqələrində müasir texnologiyalardan yararlanmaqla təxribatlar törətmək planları aşkarlanıb və qarşısı alınıb. Həbs edilmiş İran agentlərinin istintaqı zamanı bu yöndə ciddi faktlar ortya çıxıb. 2018-ci ildə Almaniyada xüsusi qorunan ofislərə şübhəli təmas edən 10 nəfər saxlanılıb. Onların SEPAH agentləri olduğu sübut edilib. 2013-cü ildə Bosniya və Herseqovinada iki nəfər “iranlı diplomat” saxlanılıb. Onların casusluq və terrorla əlaqələri sübuta yetirilib. 2012 ildə Türkiyədə dörd SEPAH agenti saxlanılıb. Onlar İsrailə bağlı hədəflərinə hücum etmək üçün Türkiyədən yararlanmaq istəyiblər. İndiki halda Almaniyanın timsalında isə zəhərli maddələrdən istifadə etmək arzusu isə İranın bu təhlükələri davam etdirməkdən çəkinmədiyinin göstəricisidir.
MƏNSUR
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

