Kaxovdakı partlayışın gizlinləri
09.06.2023 [11:10]
Rusiya, Ukrayna, yoxsa gözəgörünməz “üçüncü əl”?
Ukraynanın Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması ölkəni ekoloji fəlakətlə üz-üzə qoyub.
Bu müharibə cinayətinin törədilməsində Ukrayna Rusiyanı, Rusiya isə Ukraynanı ittiham edir.
Bəs günahkar kimdir?
Faktlar, dəlillər, ehtimallar, analitiklər nə deyir?
SES-in kim tərəfindən partladılması ilə bağlı ehtimalları nəzərdən keçirəndə əsas şübhəli tərəf kimi Rusiyanın adı hallanır. Lakin bu, yeganə versiya deyil. Məsuliyyəti Kiyevin üzərinə yıxan başqa bir ehtimal da var: Ukraynanın rusları günahlandırmaq üçün bəndi qəsdən partlatması. Çox da inandırıcı olmayan digər bir variant bəndin bir ildən artıqdır əraziyə nəzarət edən Rusiya hakimiyyət orqanları tərəfindən təmir edilməməsi səbəbindən təbii olaraq uçub dağılmasıdır.
Partlayış kimə sərf edir?
Partlayış nəticəsində Dnepr çayının səviyyəsi kəskin şəkildə qalxıb və Ukraynanın cənub ərazilərini su basıb. Bu hadisə humanitar və ekoloji problemlərdən əlavə, əks-hücuma başlayan Ukrayna ordusunun irəliləyiş planlarına ciddi zərbə vurmaqdadır. Yaxın vaxtlarda daşqın xeyli sayda mülki qüvvənin, hərbi sursatın əməliyyatlardan yayındırılmasına səbəb olacaq və ukraynalıların həmin ərazilərdə hücuma keçməsinə imkan verməyəcək.
Bu situasiyada ruslar SES-in dağıdılmasından heç də narazı görünmürlər. Lakin gərginliyin bu nöqtəsində Uinston Çörçilin məşhur ifadəsi yada düşür: “İki tərəf savaşanda üçüncü tərəf qazanır”. Beləliklə, kim zəmanət verə bilər ki, Moskva səmasındakı müəmmalı dron uçuşu, eləcə də Kaxovkadakı SES-in partladılması bu müharibədə birbaşa marağı olan üçüncü tərəf(lər)in “əl işi” deyil?
İndiyə qədər Ukrayna ordusu cəbhədə müxtəlif istiqamətlərdə kəşfiyyat və ya aldatma zərbələri endirirdi. Rusiya ordusu Ukraynanın əsas qüvvələri harada cəmləşdirdiyini, hansı cinahlarda hücuma keçəcəyini, əsas zərbəni hansı sektora yönəldəcəyini təyin edə bilmirdi. SES-in partladılması ilə Ukraynanın Xersona əks-hücum planı ləngiməli və qeyd etdiyimiz əngəllərlə üzləşməli oldu.
Məlum partlayış böyük ehtimalla Ukraynanı aşağıdakı seçimə məcbur edəcək: yay aylarında mövcud su itkisini nəzərə alaraq hücum planını təxirə salmaq, yaxud diqqəti cəbhənin şimal sektoruna yönəltmək. Beləliklə, uzunluğu təqribən 900 km olan cəbhə xəttində Rusiya ordusu öz qüvvələrini daha kiçik ərazidə cəmləməli olacaq.
Su qıtlığı, iqtisadiyyata və kənd təsərrüfatına dəyən milyonlarla ziyan...
Hələlik bəndin uçması nəticəsində dəymiş ziyanın həcmini hesablamaq çətindir. İlkin mərhələdə Rusiyanın işğalı altında olan ərazilərdən, eləcə də Ukraynanın nəzarətindəki yaşayış məntəqələrindən azı 40 min insan təxliyə edilib.
Hesablamalara görə, növbəti mərhələdə daha ağır nəticələr nisbətən ucqar ərazilərdə, o cümlədən Zaporojye AES-də də gözlənilir. Çünki AES-in soyudulması üçün su Kaxovka su anbarından gəlirdi. Ona görə də SES-in dağıdılması Ukraynanın qeyri-sabit iqtisadiyyatına, kənd təsərrüfatı və sənaye sahələrinə çox böyük zərbə vuracaq.
Müharibənin indiki mərhələsində bənd partlayışının arxasındakı hərbi məntiq aydındır. Vaxtilə Stalin Böyük Vətən müharibəsi zamanı Dneproges bəndinin partladılmasını əmr etmişdi. Bu, olduqca təhlükəli addım idi. Mülki infrastrukturun qəsdən dağıdılması Cenevrə Konvensiyasına görə müharibə cinayəti hesab olunur. Ukrayna mediası yazır ki, SES-in partladılması rusların işğaldan sonra törətdikləri ilk hərbi cinayət deyil, lakin bu hadisə onların gələcəkdə də analoji fəlakətlər törədəcəyinə bir işarədir.
Bəzi hərbi ekspertlər düşünürlər ki, insan tələfatı və onlarla yaşayış məntəqəsinin dağıdılması ilə nəticələnə biləcək bəndin sıradan çıxarılması müharibənin yeni mərhələsində kütləvi qırğın silahlarından istifadəyə zəmin yaradacaq.
Ukrayna dilemma qarşısında
Bu ərəfədə məlumat yayılıb ki, Ukraynada irimiqyaslı hücuma hazırlaşmaq üçün azı 12 zirehli və motoatıcı briqada döyüş təlimi keçib. Briqadaların doqquzu Kiyevin Qərb müttəfiqlərinin dəstəyi ilə yüksək təlim keçərək modern silahlarla təchiz edilib. Həmin silahlı qruplar Rusiya ordusunun müdafiə xətlərini yarmaqla müharibənin əvvəllərində ələ keçirilən əraziləri geri qaytarmaq təlimatı alıb. İndiki halda isə sözügedən anbarın partladılması Ukraynanın hərbi-siyasi rəhbərliyinin qarşısına amansız dilemma qoyur: nə olursa olsun nəzərdə tutulan əks-hücum əməliyyatına start vermək, yoxsa cənub cəbhəsində fəaliyyəti donduraraq yalnız şimaldan hücuma keçmək? Hazırda Ukrayna bu seçimlə üz-üzə qalıb. Əgər Kiyev SES-in dağıdılmasına baxmayaraq cənub tərəfdən hücuma keçərsə, bu əməliyyatın olduqca baha başa gəlməsi qaçılmazdır. Bu variant Ukrayna üçün yüzlərlə hərbi və mülki şəxsin həlak olması deməkdir. Həmçinin su basmış ərazilərdə əhalinin eskalasiyası üçün ordunun və fövqəladə yardım qruplarının köməyinə böyük ehtiyac var. Üstəlik, bəndin yıxılması səbəbindən ruslar qarşı tərəfin hücum istiqamətini asanlıqla görə və ona uyğun hazırlaşa bilərlər.
Qayıdaq əvvələ: məntiqlə düşünsək, bu partlayış kimə lazım idi? Öncə xatırladaq ki, iki həftə əvvəl Yaponiyada keçirilən G7 sammitində Ukrayna prezidenti Volodimir Zelenski müharibəyə son qoymağın mümkün konturları barədə danışmışdı. O, müharibəni başa çatdırmaq üçün Ukraynanın əks-hücuma keçəcəyi vaxtda beynəlxalq konfransın çağırılmasına ehtiyac olduğunu söyləmiş və qlobal görüşün yayda keçirilməsini təklif etmişdi.
İndi Xersondakı nəhəng su anbarının yerlə yeksan olunması Zelenskinin təklif etdiyi həmin optimist çağırışı sual altına qoyur: böyük hücumun başlanması təxirə salınmalı və ekoloji fəlakətə diqqət yetirilməlidir, yoxsa döyüş meydanında vaxt itkisinə yol verməmək üçün əməliyyat planı davam etdirilməlidir?
Nüvə partlayışının bir addımlığında
Analitiklərə görə, Rusiyadan ötrü SES-in partladılması qərarı çıxılmazlıqdan doğsa da, irəliyə hesablanmış bir hərəkətdir. Bu addım təkcə Ukraynanın əks-hücum planına zərbə vurmur, eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin müharibəni uduzacağını hiss edərsə, taktiki nüvə silahından istifadə əmri verəcəyi hədəsini ciddiləşdirir. İndi əsas sual budur: əgər SES-in partladılması qərarı Rusiyanın işidirsə, onda bu əmri Moskvanın komanda zəncirində kim verib? Əlbəttə, belə ağır nəticələrə səbəb olacaq bir əməliyyatın Putinin icazəsi olmadan həyata keçirilməsi ağlabatan deyil. Yeri gəlmişkən, Ukrayna kəşfiyyatından bildirilib ki, Rusiya ordusu SES-i ötən il minalayıb.
Bu arada Qərb kəşfiyyatı da hadisə ilə bağlı son peyk görüntülərini deşifrə etməyə çalışır. Xarici kəşfiyyat ərazidəki Rusiya hərbçilərinin partlayışdan öncə təxliyə edilib-edilmədiyini müəyyənləşdirmək üçün araşdırmalar aparır. Lakin araşdırmanın nəticəsi heç də məsələnin tam aydınlaşması demək deyil. Bu ehtimal da səslənir ki, ruslar taktiki aldatma yolu ilə baş verəcək partlayış barədə öz əsgərlərinə xəbərdarlıq etmədən onları qurban verə bilərlər...
Hələlik araşdırmalar davam edir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51

