Ukraynada prezident seçkiləri...
02.09.2023 [12:28]
Zelenski qalib gələ bilər?
Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə ölkədəprezident seçkiləri keçirilərsə, yenidən namizədliyini irəlisürəcəyini bildirib. Zelenski ölkə qanunvericiliyinə dəyişikliketməyə hazır olduğunu qeyd edib: “Müharibə davam etdiyi birvaxtda Ukraynada seçkilər keçirilərsə, yenə prezidentliyə namizədliyimi verəcəyəm. Mən heç nədənqorxmuram”.
Zelenski bildirib ki, seçkilərdə bütün Ukrayna vətəndaşları, ocümlədən hərbçilər iştirak etməlidir: “Mən istəyirəm ki, hər şeyşəffaf və qanuni olsun”.
Dövlət başçısı, həmçinin ölkəni tərk etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, gələn il Ukraynada prezident seçkilərikeçirilməlidir. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviriMixaylo Podolyak isə daha əvvəl müharibə davam edəcəyitəqdirdə prezident seçkilərinin təxirə salına biləcəyinivurğulamışdı.
2022-ci il fevralın 24-də “start götürən”, Rusiya-Ukraynamüharibəsi artıq 2 ilə yaxındır ki, davam edir. Müharibənin nəvaxt sona çatacağı isə məlum deyil - bəzi ekspertlər ötən bir ilaltı ay ərzində tez-tez dəyişən siyasi-hərbi situasiyanın IIIDünya müharibəsinə də yol aça biləcəyini istisna etmirlər. Beləola? təqdirdə Zelenskinin qalib gəlmə şansı nə qədərdir?
Belə bir qələbəni Qərb də arzulayır
Hərbi əməliyyatların seçkilərə təsirləri barədə “YeniAzərbaycan”a danışan politoloq Turan Rzayev Zelenksinin qalibgəlməmə şansının çox az olduğunu vurğulayıb. Onun sözlərinəgörə, böyük ehtimalla müharibə bir müddət davam edəcək.
Politoloq qeyd edib ki, hərbi əməliyyatların davam etdiyi birzamanda Qərblə yaxşı münasibətləri olan Zelenskininhakimiyyətdən getməsi Rusiya-Ukrayna müharibəsinintaleyində dönüş nöqtəsi yarada bilər: “Düzdür, Ukrayna siyasisistemində liderlərin bir o qədər də fərqi yoxdur. Məsələn, Putinhakimiyyətdən getsə, bu, Rusiya üçün böyük təsirlər yaradar. Amma Zelenksinin hakimiyyətdən getməsi Ukraynaya elə dətəsir etməyəcək və müharibə yenə davam edəcək. Çünki xalqiradəsi mövcuddur və Ali Radanın məs?ləyə müdaxiləsi var. Proseslərə ümumilikdə, yanaşsaq, Zelenskinin hakimiyyətdəngetmə ehtimallarının indiki məqamda zəif olduğunudüşünürəm. Böyük ehtimalla seçkilərdə nam?zədliyini irəlisürəcəyi təqdirdə o, yüksək səslə qalib gələcək. Belə birqələbəni Qərb də arzulayır. İndiki məqamda Ukraynada Qərbəmeyilli bir liderin olması təbii ki, həm ABŞ-ın, həm də NATOvə Avropa İttifaqı (Aİ) ölkələrinin maraqlarına uyğundur. Əks-təqdirdə bütün əziyyətlər, göstərilən dəstəklər, müharibəyə sərfedilən külli-miqdarda vəsaitlər boşa gedəcək”.
Ukrayna xalqı riskli addım atmaz...
T.Rzayev hərbi əməliyyatların Ukraynada baş tutacaq seçilərətəsirinin yüksək olduğunu qeyd edib: “Müharibənin davametdiyi bir zamanda Ukrayna xalqı riskli addım atmaz. Heç kimyeni gələcək liderin Rusiyaya meyilli olmayacağına zəmanətvermir. Məlumdur ki, Ukraynada Rusiyaya meyilli şəxslər çoxolub və belə şəxslərin yenidən hakimiyyətə gələrək bu qədər itkiolduğu müharibədə dönüş etməsi qəbul edilməyəcək. Bubaxımdan müharibə faktoru və Qərbin Zelenskiyə verdiyi dəstəkhəlledici rol oynayır”.
Qərbdə ikili yanaşma var
“2024-cü ilə qədər müharibə uzanacaqmı?” sualına gəlincəpolitoloq vurğulayıb ki, belə olduğu təqdirdə daha aqressiv birRusiyanı görəcəyik: “Yəni Rusiya taktiki nüvə silahlarından daistifadə edə və müharibənin miqyasını artıra bilər. Rusiya 2 iləyaxın müddətdə müharibə apara bilirsə, yəqin bundan sonra daaparacaq. Amma müharibənin uzanması Ukraynaya sərf etmir. Çünki Ukraynanın son zamanlar hücumları intensivləşib. Bütünbunlar da onu göstərir ki, Qərbdən Ukraynaya təzyiq var. LakinQərb bəzən də verdiyi dəstəkləri kəsməklə Ukraynanı hədələyir. Bu gün Qərbdə ikili yanaşma var: Müharibənin bitməyini vədavam etməsini istəyənlər. Ona görə də müharibəninuzanmasının Ukrayna üçün əlavə risklər təşkil edəcəyinidüşünürəm”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

