Çinə məğlub olan Avropa
06.10.2023 [11:30]
Çin istehsalı olan avtomobillər artıq Avropa bazarlarını fəth edir. Bir neçə il öncəyə qədər Avropa bazarında Çin məhsullarına, demək olar, rast gəlinmirdi. Lakin hazırda vəziyyət tamam başqa məcraya düşüb. Avropa İttifaqı ölkələrində Çin texnologiyasına, o cümlədən Çin brendi olan avtomobillərə tələbat getdikcə artmaqdadır. Statistikaya görə 2015-ci ildə Çin Avropa bazarlarına 375 min avtomobil ixrac edib. Ancaq 2021-ci ildə bu rəqəm 1,6 milyona, 2022-ci ildə isə 2,7 milyona çatıb. Nəhayət, 2023-cü ilin ilk altı ayının gömrük statistikası Çinin Avropa ölkələrinə təxminən iki milyon avtomobil ixrac etdiyini açıqlayıb.
Çinin Avropa bazarlarına çıxışı təkcə avtomobillərlə məhdudlaşmır. Avropa ölkələri son illərdə Çinin Günəş panellərindən, litium batareyalarından, elektronik və sənaye məhsullarından, demək olar ki, asılı vəziyyətə düşüb.
Avropa İttifaqı nədən narahatdır?
Maraqlıdır, Avropa İttifaqı ölkələrində sənaye istehsalı həqiqətən zəifləyib, yoxsa sürətlə inkişaf edən Çin artıq dünyanın supergücünə çevrilmək üzrədir?
Avropa İttifaqının rəhbərliyi dəfələrlə Birliyin iqtisadi qüdrətinin sarsıla biləcəyindən narahatlığını ifadə edib. Belə ki, Aİ Komissiyasının prezidenti Ursula fon der Leyen qurumun sonuncu iqtisadi toplantısı zamanı Birlik daxilində ağır və texnoloji sənayenin hazırkı dönəmdə tələbatı ödəmədiyi barədə danışıb.
Xanım fon der Leyen Avropa İttifaqının məlum vəziyyətlə bağlı çıxışında deyib ki, Birlik rəqabətə davamlılığını qoruyub saxlamaq üçün əlindən gələni edəcək. Fon der Leyen mövcud situasiyanı “çox ciddi problem” kimi qiymətləndirib.
Fon der Leyen Avropanın rəqabət qabiliyyəti ilə bağlı hesabatın hazırlanmasından danışarkən, İtaliyanın baş naziri Mario Draqiyə istinad edərək deyib:
“Qeyd etdiyim səbəblərə görə mən Avropanın iqtisadçı zəkalarından olan Mario Draqidən Avropanın rəqabət qabiliyyətinin gələcəyi ilə bağlı hesabat hazırlamağı xahiş etdim”. Komissiya rəhbəri daha sonra: “Çünki Avropa rəqabətdə öz üstünlüyünü qorumaq üçün nə lazımdırsa edəcək” - deyərək, Draqinin həmin məsələ ilə bağlı vaxtilə səsləndirdiyi bu məşhur cümləsini təkrarlayaraq nitqini bitirib.
Bütün bu faktlar təsdiq edir ki, Avropa İttifaqı rəhbərliyi indiki durumu eynilə, 2012-ci ilin iyulunda, avrozonanın dağılmasından söhbət getdiyi zamanlarda olduğu kimi kritik hesab edir. Həm də bir çox iqtisadçıların fikrincə, indiki dövrdə rəqabətə dözümsüzlük böhranı asanlıqla həll edilə bilinməyən maliyyə böhranından dəfələrlə ağırdır. Bu da onu göstərir ki, Avropa İttifaqının daxili istehsal və xarici rəqabətlə bağlı problemlərinin həllinə xeyli zaman və maliyyə lazım olacaq.
“Saat böhranı”ndan “maşın böhranı”na
Yarım əsr əvvəl Avropa elektronika və məişət texnikası istehsalında ilk yerlərdən birini tuturdu. Həmin dönəmdə Avropa xeyli müddət şüşə və toxuculuq sənayesində də lider olub. Lakin göründüyü kimi bütün bunlar artıq keçmişdə qalıb. Artıq, bir müddətdir ki, dünya sənayesi avtomatlaşdırma dövrünə qədəm qoyub. Məsələn, elektron cihazlar, kitab çapı, məişət texnikası kimi yüngül sənaye sahələri də artıq robotexnologiya sahəsinə daxil olur.
Avropanın sənaye istehsalındakı mövcud durumu ötən əsrin 1970-ci illərinin İsveçrəsini xatırladır. Belə ki, 1970-ci illərdə Yaponiyanın və Çinin istehsal etdiyi elektron saatlar İsveçrənin saat sənayesinə böyük zərbə vurdu. Hazırda Avropa İttifaqında da təxminən eyni situasiya yaşanır. Həmin vaxtlar İsveçrə saat böhranından maksimal dərəcədə yüksək qiymət seqmentinə keçməklə qismən çıxa bildi. Ancaq heç kimə sirr deyil ki, İsveçrənin məşhur saat brendlərinin əksəriyyəti labüd iflasdan xilas ola bilmədi. Ümumən, istər iqtisadi sahədə, istərsə də başqa sferalarda daimi olaraq “happy end”, yəni xoşbəxt sonluq gözləmək olmaz. İqtisadçı analitiklərin fikrincə, ola bilsin ki, tanınmış Avropa brendləri olan “Ferrari”, “Lamborghini”, “Porsche” kimi nüfuzlu markalar eynilə İsveçrə saatları kimi satış qiymətlərini birə beş artıraraq, böhrandan çıxma şansı qazana bilər. Ancaq böyük ehtimalla, “Skoda”, “Volkswagen”, “Peugeot”, “Fiat” kimi orta seqment avtomobilləri, hətta bəlkə qocaman “Mercedes” də bu “xilas qatarı”na minə bilməyəcək.
Bir məsələ də var ki, bazarlarında Çin avtomobillərinin artmasından təşvişə düşən avropalılar, nədənsə, bu prosesin genişlənməsinə birbaşa şərait yaradanın Avropa İttifaqının məhz, özünün olduğunu “unudurlar”. Halbuki, avropalı istehsalçılar hazırladıqları “nou-hau”ları (yəni, hazır istehsal planı, sxemi və ya tərtibatı) çinli istehsalçılara satırlar. Öz növbəsində Avropanın emissiya tələbləri istehsal xərclərini də artırıb. Əgər çinli istehsalçılar istəsələr tətbiq edilən standartlarla Avropanın avtomobil istehsal edən şirkətlərini məhv olmaqdan xilas edə bilər.
Çin texnokrala çevrilir
Texnologiya dünyası isə dayanmadan irəliləyir. Artıq 2035-ci ilə qədər avtomobil sənayesində hazırkı daxili yanma mühərriklərindən imtina etmək qərarı verilib.
“Volkswagen”in baş direktoru Oliver Blum “Reuters” agentliyinə müsahibəsində bildirib: “Volkswagen artıq 2035-ci ildə yeni daxili yanma mühərrikli avtomobillərin satışına planlaşdırılan qadağaya hazırdır. Hazırda şirkət elektrik avtomobillərinin çeşidini artırır və Çinlə əməkdaşlıq yolu ilə akkumulyator xərclərini azaltmağa çalışır”.
“Reuters”in 2023-cü ilin martında dərc etdiyi hesabatda deyilir: “Çin ötən il, son yeddi illə müqayisədə daha çox kömürlə işləyən elektrik stansiyası açıb. Bu da həftəyə iki yeni kömür elektrik stansiyasının açılması deməkdir”. 2022-ci ildə isə Çin quraşdırılmış gücü 50 GVt olan və kömürlə işləyən elektrik stansiyalarının tikintisinə başlayıb ki, bu da məsələn, təkcə Çexiyanın bütün elektrik stansiyalarının ümumi quraşdırılmış gücündən demək olar ki, iki yarım dəfə çoxdur”.
Beləliklə, bir tərəfdə elmin son nailiyyətlərini istehsalda tətbiq edən Çini, digər tərəfdə isə həmin istehsalata ehtiyacı olan Avropanı görürük.
Bu mövqedən çıxış edərək demək mümkündür ki, Çinin rəqabət imkanları, texnoloji gücü və iqtisadi nüfuzu artdıqca, Avropa ölkələri müasir texnologiyanın yeni liderinə çevrilməkdə olan Pekinlə təmasları genişləndirməli və onunla hesablaşmalı olacaqlar. Sözsüz ki, bu da öz növbəsində, Avropa İttifaqının gələcək siyasi taleyinə təsirsiz ötüşməyəcək.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

