İŞİD Mozambikdə “möhkəmlənir”...
07.03.2024 [11:20]
Yaxın Orta Şərqdən “qovulan” terrorçular “isti qitə”də fəallaşdırılır
Cənub-Şərqi Afrikada yenidən vəziyyət gərginləşib. Belə ki, İŞİD tərəfdarı üsyançılar Mozambikin Kirimba adasını ələ keçirib. Məlumatlara əsasən, üsyançılar Kissanqa şəhərinə də daxil olublar. Qeyd olunur ki, Kirimba adası arxipelaqda ən vacib ada sayılır, bir çox əsgər, administrasiya və sakinlər hazırda qonşu İbo adasına qaçıblar.
Qeyd edək ki, Kirimba arixipelaqı Hind okeanında Mozambik sahillərində, Kabo Delqado əyalətində mərcan mənşəli adalar qrupudur. Adaların əksəriyyəti Hindistandan dəniz axınları ilə daşınan bitkilərin başlanğıcından yaranan bitki örtüyü ilə örtülüb. Arxipelaq təxminən 30 adadan ibarətdir, bunlardan ən əhəmiyyətliləri Matemo, Kiziva, Kirimba, İbo, Mefunvodur. Ən böyük və ən sıx məskunlaşan ada İbo adasıdır. İboda hava limanı da var. Adaların əhalisi Mvani dilində danışır.
Mozambikdə din və İslam...
Mozambikdə İslamın tarixi isə hələ VIII əsrdən başlayır. Həmin dövrdə ticarət nəticəsində İslam Şərqi Afrika sahillərindəki şəhərlərdə yayılmağa başlamışdı. X əsrdə Kilva Sultanlığının qurulmasından bəri isə İslam dini Mozambikin sahilyanı ərazilərinin əsas dininə çevrildi. 15-ci əsrdə sultanlıq öz gücünün zirvəsinə çatdı, gücünü qitənin dərinliklərinə qədər - Monomotapa ərazisinə qədər genişləndirdi. 1505-ci ildə Fransisko de Almeydanın komandanlığı altında Portuqaliya dəstəsi Kilvanı ələ keçirdi. XVII əsrin ortalarında isə Oman mənşəli ərəblər portuqalları Hind okeanının qərbindən sıxışdırıb çıxarmağa başladılar. Zanzibar Sultanlığında Oman Əl Səid sülaləsinin hakimiyyəti dövründə Mozambik sahillərinin şimal hissəsi Sultanın mülklərinə birləşdirildi. 1752-ci ildə Şərqi Afrikadakı Portuqaliya mülkləri rəsmi olaraq Mozambik koloniyası elan edildi. Müstəmləkə dövründə katolizm Mozambikin hakim dininə çevrilsə də, 1975-ci ildə müstəqilliyin qazanılmasının ardından sosializmə başlanıldı. 1989-cu ildə sosializm dövrü başa çatdıqdan sonra müsəlmanlar öz inanclarını sərbəst şəkildə həyata keçirə və yeni məscidlər tikə bildilər. Parlamentə müsəlman icmasının nümayəndələri də seçildi - Mozambik İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrildi.
Terror davam edir...
İŞİD-in Mozambik sahillərinə yerləşməsi isə terror təşkilatının fəallığının aktiv dövrünə təsadüf edir. 2017-ci ildə Kabo Delqado əyalətində dinc insanlar terrorçular tərəfindən qətlə yetirildi. Mozambik qanunvericiliyini və beləliklə də ölkəni şəriət qanunlarına uyğunlaşdırmağa məcbur etməyə çalışan Ənsar əl-Sunna islamçı qruplaşması tərəfindən üsyan qaldırıldı. Həmin ilin noyabrında radikal qruplaşmanın əsas sığınacağı olan üç məscidin bağlanmasının ardından terrorçular Mitumbate və Makulo kəndlərinə hücum etdilər, bir kilsə və 27 evi dağıtdılar. 2018-ci ilin martında isə silahlı yaraqlılar Çitolo kəndinə hücum edərək 50 evi yandırdılar, sakinləri qətlə yetirdilər. “Şəriət” adı altında həyata keçirilən qətliamlar isə artıq daha vəhşətli hala çevrildi. 2020-ci ilin yanvarında üsyançı qrupun lideri Mariano Nhonqo silahlı üsyanı davam etdirəcəyinə söz verdi və yanvarın 15-də and içməli olan yenidən seçilmiş prezident Filipe Nyusi ilə danışıqlara getməyəcəyini bildirdi. Həmin ilin martında miqyasına görə ən böyük terror hücumlarından biri həyata keçirildi - terrorçular artıq böyük şəhərləri yandırır, əhalisini isə qətlə yetirirdilər. Aprelin 12-də yerli balıqçılar qiyafəsində olan terrorçular Kirimba arxipelaqındakı ən böyük yaşayış məskəni olan İbo adasına hücum edərək orada qətliam törətdilər. Hökumətin məlumatına görə, 2020-ci ilin aprel ayında qaçqınların sayı 162 min nəfərə çatmışdı.
Problemin həlli ilə bağlı Cənubi Afrika İnkişaf Birliyinin (SADC) toplantısı keçirildi və dövlət başçıları Mozambikə terrorla mübarizədə dəstək verəcəklərini vəd etdilər. Həmin ilin sentyabrında Mozambik hakimiyyəti Aİ-ni üsyançılara qarşı mübarizədə yardım göstərməyə çağırdı. Ard-arda Afrika ölkələri Mozambikə yardım etmək üçün gücünü səfərbər etdi - 2021-ci ilin yayında Mozambik və Ruandanın xüsusi təyinatlı bölmələri birgə əməliyyat zamanı terrorçuların əlində olan Mocimboa da Praia liman şəhəri üzərində nəzarət bərpa edildi.
İŞİD-i Afrikaya “yönləndirənlər”...
Beləliklə, bu mübarizə artıq illərdir ki, davam edir. İŞİD-in Afrikada möhkəmlənməsi planı isə yeni deyil - İŞİD üzərindən özünün xain planlarını həyata keçirən bəzi güclər yeni hədəf olaraq Afrikaya “üz tutub”. Yaxın Orta Şərqin enerji resursları “xilaskar güclərin” nəzarətinə keçdikdən sonra qruplaşmanın “tör-töküntüsü”, daha doğrusu on minlərlə potensial qatil Afrika ölkələrinə “yol almışdılar”. Ortaya çıxan hadisələr isə onu göstərir ki, İŞİD üçün yeni fəaliyyət meydanı müəyyənləşdirilir. İndiki halda, İŞİD-in yenidən aktuallaşdırılması bir daha sübut edir ki, Afrika ilə bağlı yeni planlar mövcuddur. Bu isə bölgədə illərdir ki, sülhə doğru görülən işlərin hamısını boşa çıxarır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

