Fransanın oyundankənar siyasəti
13.03.2024 [11:12]
Murad Köhnəqala
Artıq neçə vaxtdır dünya mediasında Fransa prezidenti Emmanuel Makronun “Ukraynanın müdafiəsi üçün qoşun göndərəcəyik” açıqlaması müzakirə edilir. Makron ilk bəyanatında NATO silahlı qüvvələrinin Ukraynaya göndərilə biləcəyi barədə fikir yürütsə də, alyans liderlərinin kəskin etirazı ilə qarşılaşdıqdan sonra fikirlərini redaktə etməyə məcbur olub. Fransa lideri sonrakı açıqlamasında Ukrayna uğrunda döyüşlərə fransız hərbi qüvvələrinin qatıla biləcəyini istisna etməyib.
Makronun bu kəskin mövqeyi və məsuliyyətsiz bəyanatları həm hökumət daxilində, həm də fransız ictimaiyyətində haqlı narazılıq doğurub.
Paris əbədi rəqibini üstələməyə çalışır
Fransanın müdafiə naziri Sebastien Lekornu Senatın hərbi məsələlərlə bağlı iclasında ölkə gündəmini zəbt etmiş məsələyə “Fransa Ukraynaya qoşun göndərməyəcək” bəyanatı ilə yekun vurub. Nazir bu sözləri ilə prezidentin məsuliyyətsiz bəyanatlarının yaratdığı qalmaqalı yumşaltmağa çalışıb.
Müdafiə nazirinin məsələni inkar edən bəyanatına baxmayaraq prezident Makron bu mövzuda mübahisələri qızışdırmağa davam edir. Məsələn, Fransa dövlətinin başçısı Çexiyaya səfəri zamanı aşağıdakı fikirləri səsləndirib: “Biz avropalılar hamılıqla cəsarət nümayiş etdirməyimiz gərəkən tarixi mərhələyə yaxınlaşırıq. Bəzi ölkələr durmadan üstümüzə gəlir, bizi sərhədlərimizə hücum çəkməklə hədələyirlər. Bu hədələrə baxmayaraq biz heç nədən qorxmadan, heç kimdən çəkinmədən dövrün tələbinə uyğun cəsarət nümayiş etdirməliyik”.
Bəs yaranmış gərgin siyasi vəziyyətlə bağlı ekspertlər nə düşünürlər? Avropa Perspektivli Təhlil və Təhlükəsizlik İnstitutunun (İPSE) prezidenti Emmanuel Dupyui bildirir ki, Senatın son iclasında Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2,6 milyard avrodan çox hərbi yardım göstərməklə bağlı son açıqlaması Makronun Avropada lider olmaq istəyindən başqa bir şey deyil. İPSE-nin prezidenti bu faktı “Avropa ölkələri arasında silah yarışı” adlandırıb. Çünki ABŞ-dan sonra Ukraynaya silah tədarük edən ikinci ən böyük dövlət Almaniyadır. Bu vəziyyət də Parisin xoşuna gəlmir. Paris Kiyevə bütün mənalarda dəstək göstərən yeganə əsas güc mərkəzi olmağa iddialıdır. Almaniya ilə Fransa arasında yaranan son narazılıqlar da məhz bununla bağlıdır. Berlin Parisi “söz pəhləvanı” olmaqda, real dəstəyə gəlincə isə yardımı minimum səviyyəyə endirməkdə günahlandırır.
Makronun ambisiyaları Fransaya baha başa gəlir
Fransa Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Manaf Kilani bildirib ki, Makron əslində liderliyə can atır. Çünki o, öz hakimiyyəti dövründə istər Avropa İttifaqında, istərsə də ərəb müttəfiqləri arasında Fransanın rolunu, mövqeyini aşağı səviyyəyə saldığının fərqindədir.
Siyasətçi bildirib ki, Fransa mərhum prezident Jak Şirakın dövründən bəri əlində olan hər şeyi itirib. Ölkənin hərbi potensialı, sənaye gücü, eləcə də dünyaya mədəni təsiri zəifləyib.
İndiki prezident Emmanuel Makron isə ölkənin problemləri ilə məşğul olmaq əvəzinə Fransaya dəxli olmayan ölkələrdəki münaqişələrlə başını qatır.
Bəzi ekspertlər isə düşünürlər ki, Fransa prezidentinin Ukraynaya canlı qüvvə göndərmək barədə açıqlaması təsadüfi olmaya bilər: “Almaniya, Fransa və Böyük Britaniyanın Ukraynaya göndərdiyi müasir silahlara nəzər saldıqda Ukrayna əsgərlərinin təliminin uzun çəkəcəyini başa düşmək çətin deyil”, - deyən fransız diplomat Kilani bu silahların tədarükü ilə yanaşı Aİ qoşunlarının da Ukraynaya göndəriləcəyini “ehtimal olunan ssenari” adlandırıb. Onun sözlərinə görə, Fransa rəsmi olaraq bölgəyə qoşun göndərməsə də, Rusiya ordusunun Xarkova hücumu zamanı həlak olan Ukrayna hərbçilərinin arasında fransalı muzdlular da aşkar edilib.
Rusiyanın növbəti hədəfi Polşa olacaq?
Bu arada Avropa Xarici Əlaqələr Şurasının (ECFR) keçirdiyi sorğuda məlum olub ki, fransızların yalnız 35%-i, almanların isə 41%-i Ukraynanı dəstəkləməyin tərəfdarıdır. Hər iki ölkə əhalisinin böyük əksəriyyəti Ukraynaya maliyyə və texniki yardımın davam etdirilməsinə, əsgəri qüvvənin göndərilməsinə razı deyil.
Bu arada Rusiya Prezidenti Vladimir Putin nüvə müharibəsi riski barədə Qərbə xəbərdarlıq edib.
Situasiyanı şərh edən Fransanın keçmiş XİN sözçüsü Manaf Kilani diqqəti son zamanlar Ukraynaya qarşı loyallaşan Polşaya yönəldərək Şərqi Avropanın bu ölkəsini “nizənin ucu” adlandırıb. “Son dərəcə təhlükəli Polşa oyunu Rusiyanın Qərbi Avropadakı hədəfləri vurması ilə nəticələnə bilər”, - deyə politoloq vurğulayıb.
Almaniyanın Krıma hücum planı
Bu aralar Fransa prezidenti Emmanuel Makronun öz çıxışlarında tez-tez Almaniyanın bostanına daş atması Almaniya kansleri Olaf Şoltsun kəskin reaksiyasına səbəb olub. Şolts Makronu dolayısı ilə qətiyyətsiz olmaqda ittiham edib. Almaniya ordusunun Krım körpüsü və ətrafındakı obyektlərə “Taurus” raketləri ilə mümkün hücumları barədə sızdırılan məxfi danışıqlardan sonra Berlin öz müttəfiqlərinin etibarını sürətlə itirməkdədir. Alman hərbçilərin gizli telefon danışığında Krım körpüsünə planlaşdırılan hücumun Fransa istehsalı “Rafale” qırıcıları ilə həyata keçiriləcəyinə dair məlumatlar qeydə alınıb. Fransa rəsmiləri isə əllərinə fürsət düşmüşkən Almaniya hərbçilərinin bu ehtiyatsızlığından qəzəbləndiklərini bildirib, almanları kəskin tənqid ediblər. Almaniya Müdafiə Nazirliyi isə Rusiyanı yersiz casusluq etməkdə, iki ölkə arasındakı sabit münasibətləri pozmaq cəhdində qınayıb.
Fransız siyasətçi: “Makron Avropanı məhvə sürükləyir...”
Bəzi xarici ekspertlərin fikrincə, Rusiya Fransa ilə Almaniya arasında yaranmış gərginlikdən nəzərəçarpacaq dərəcədə fayda götürə bilməsə də, bundan iki tərəf arasında mövcud gərginliyi artırmaq üçün maksimum yararlanır. Emmanuel Makron parlament müxalifətinin liderlərini Ukrayna ilə bağlı mövqeyini izah etmək üçün öz sarayına dəvət etsə də, onun dəvəti yekdilliklə rədd olunub.
Almaniyanın nüfuzlu “Junge Velt” dərgisi yazır: “Makronun son açıqlamaları onun ağlının yerində olub-olmaması barədə parlamentarilərin narahatlığına səbəb olub. Çünki belə “müharibə məntiqi” heç bir məna kəsb etmir. Prezidentin bu düşüncəsiz gedişi qitənin məhvinə gətirib çıxara bilər”.
Fransız siyasətçi Jan-Luk Melensonun fikrincə isə, dövlət başçısı Makron “müharibə məntiqinin” tələsinə düşüb. Bu tələ avropalılara nüvə silahından məhv olmuş qitənin xarabalıqlarından başqa bir şey vəd etmir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

