12-dən 32-yə...
04.04.2024 [11:00]
NATO-nun yaradılmasından 75 il ötür
Bu gün Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yaradılmasından 75 il ötür. Təşkilatın əsası 4 aprel 1949-cu ildə Vaşinqtonda imzalanmış müqavilə ilə qoyulub. Təşkilatın baş ofisi Brüssel şəhərində yerləşir. Qeyd edək ki, Belçika, Birləşmiş Krallıq, Fransa, Hollandiya və Lüksemburq tərəfindən 17 mart 1948-ci ildə imzalanan və soyuq müharibənin başlanğıcındakı Sovet təhdidinə qarşı ortaq müdafiə razılaşması olan Brüssel müqaviləsi NATO-nun quruluşunun ilk addımı hesab olunur. Sovet İttifaqının həyata keçirdiyi Berlin böhranı 1948-ci ilin sentyabrında Qərbi Avropa Birliyinin müdafiə təşkilatının yaradılmasına səbəb olmuşdu. Buna baxmayaraq, müttəfiq dövlətlər Sovet İttifaqının hərbi gücü qarşısında zəif mövqeyə sahib idi. Həmçinin, 1948-ci ildə kommunistlər tərəfindən Çexoslovakiyada həyata keçirilən hərbi çevriliş nəticəsində ölkədəki demokratik hökumətin hakimiyyəti tərk etməsinin ardınca Böyük Britaniyanın xarici işlər naziri Ernest Bevin oxşar hadisələrin qarşısını almaq üçün ən yaxşı yolun Qərb ölkələri arasında ortaq hərbi strategiyanın təşkil olunması olduğunu qeyd etmişdi.
1948-ci ildə ABŞ-ın xarici işlər naziri Corc Marşallın təlimatı ilə Pentaqonda avropalı liderlərlə amerikalı hərbi və siyasi rəsmilər arasında görüş təşkil olundu. Yeni hərbi ittifaq üçün təşkil olunan bu görüşmələr 4 aprel 1949-cu ildə Vaşinqton şəhərində Şimali Atlantika müqaviləsinin imzalanması ilə nəticələndi. Bu müqaviləni imzalayanlar arasında Brüssel müqaviləsinə tərəf olan beş dövlət, həmçinin ABŞ, Danimarka, İtaliya, İslandiya, Kanada, Norveç və Portuqaliya da var idi. Yəni, təşkilat ilk olaraq 12 ölkənin iştirakı ilə yaradıldı. İlk NATO baş katibi Lord İsmay 1949-cu ildə verdiyi açıqlamada bu təşkilatın məqsədinin “rusları çöldə, amerikalıları içəridə və almanları aşağıda saxlamaq” olduğunu bildirdi. Müqavilə bütün ölkələr tərəfindən müsbət şəkildə qarşılanmadı. Bəzi islandiyalılar 1949-cu ilin martında baş tutan NATO əleyhinə etirazlara qatıldı. NATO-nun yaradılmasının ilkin təşkilati nəticəsi olaraq “Atlantikçilik” adı verilən və Şimali Amerika ilə Avropa arasındakı əməkdaşlığın vacibliyinə önəm verən düşüncə tərzinin meydana gəlməsi göstərilir.
NATO üzv dövlətlərin tam müstəqilliyini və suverenliyini qoruduğu bir təşkilatdır. Şimali Atlantika Alyansında bütün qərarlar hər bir üzv ölkənin maraqları nəzərə alınmaqla, konsensus əsasında qəbul edilir. Ərazi sahəsindən, əhalisindən, siyasi və ya hərbi gücündən asılı olmayaraq, bütün NATO-ya üzv dövlətlər müzakirələrdə və qərarların qəbulunda bərabər söz sahibidirlər. NATO-nun əsas qərar qəbul edən orqanı Şimali Atlantika Şurasıdır. Şimali Atlantika Şurasının qərar qəbul etmək üçün iclasları üç səviyyədə keçirilir: səfirlər səviyyəsində, nazirlər səviyyəsində və dövlət başçıları səviyyəsində.
Şimali Atlantika Alyansının əsas prinsiplərindən biri kollektiv müdafiədir. NATO-nun Nizamnamə Xartiyasının beşinci maddəsində (Vaşinqton müqaviləsində) kollektiv müdafiə öhdəliyi verilir, buna əsasən də bir və ya bir neçə dövlətə silahlı hücum bütün NATO üzvü olan dövlətlərə hücum kimi qəbul edilir. Mövcud halda Alyans təhdid altında olan üzv ölkə və ya ölkələrə yardım göstərəcək və Şimali Atlantika regionunda təhlükəsizliyin bərpası və qorunması üçün hərbi güc tətbiqi də daxil olmaqla, bütün zəruri tədbirləri həyata keçirəcək. Beşinci maddəyə NATO tarixində yalnız bir dəfə, 2001-ci il sentyabrın 12-də, ABŞ-a terror hücumundan bir gün sonra müraciət edilib.
Şimali Atlantika Alyansının daimi əsaslarla silahlı qüvvələri yoxdur. NATO-nun birgə hərbi strukturunda iştirak edən hər bir üzv dövlət razılaşdırılmış tapşırıqları və əməliyyatları yerinə yetirmək üçün müəyyən sayda və növdə silahlı qüvvələr ayırmaq məsuliyyətindədir. Amma 2006-cı ildən NATO-nun quru, hava, dəniz və xüsusi təyinatlı qüvvələrin komponentlərini özündə birləşdirən, texnoloji cəhətdən inkişaf etmiş, yaxşı təlim keçmiş “Çevik Reaksiya Qüvvələri” (NRF-NATO Response Force) tam hazır vəziyyətdədir.
Alyansa üzv ölkələrin başçıları 2002-ci ildə NATO-nun Praqa zirvə görüşündə çevik reaksiya qüvvələrinin yaradılmasına dair qərar qəbul ediblər. NATO doktrinasına əsasən, bu qüvvələrin əsas məsələsi, lazım gəldiyi halda, beş gün ərzində konkret plasdarmı tutmaq və əsas qüvvələr tərəfindən genişmiqyaslı əməliyyatın başlanılmasına şərait yaratmaqdır.
Şimali Atlantika Şurasının iclaslarına isə NATO-nun baş katibi sədrlik edir. NATO-nun baş katibinin səsvermə hüququ yoxdur, çünki əks halda baş katib tərəfindən təmsil olunan üzv ölkələrdən biri iki səsə malik olar və NATO-da isə hər bir üzv ölkə bir və bərabər səs hüququna malikdir. NATO-nun baş katibi üzv dövlətlər tərəfindən 4 il müddətinə təyin edilir. Bu günə qədər NATO-nun ümumilikdə 12 baş katibi olub. Hazırda alyansın bu vəzifəsini Norveçin keçmiş baş naziri Yens Stoltenberq tutur.
NATO Hərbi Komitəsi isə Şimali Atlantika Şurasının siyasi rəhbərliyi altında olan NATO-nun ən yüksək hərbi orqanıdır. Hərbi Komitə NATO-nun siyasi strukturlarına hərbi strategiya ilə bağlı təlimatlar verir və Alyansın hərbi fəaliyyətinə cavabdehdir. Hərbi komitə NATO üçün mümkün təhlükə yarada biləcək ölkələrin hərbi gücünü və imkanlarını qiymətləndirir. Hərbi vəziyyət, böhran vəziyyətləri və ya Alyansın sülhməramlı-hərbi əməliyyatları zamanı Şimali Atlantika Şurasına və Nüvə Planlaşdırma Qrupuna məruzə və tövsiyələr təqdim etmək üçün məsuliyyət daşıyır.
Qeyd edək ki, hazırda Alyansın 32 üzvü var. Üzvlərin sayının artmasına, yəni şərqə doğru genişlənməsinə səbəb SSRİ-nin dağılması və Varşava müqaviləsinin üzvü olan keçmiş sosialistlər olan Şərqi Avropa ölkələrinin də NATO-ya qoşulmasıdır. Hazırda Rusiya istisna olmaqla NATO keçmiş SSRİ-nin bir sıra ölkələri ilə fəal əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycan-NATO əlaqələri xüsusilə vurğulanmalıdır.
Azərbaycan ilə NATO arasında əməkdaşlığın tarixi 1992-ci ilin mart ayından başlanır. Həmin tarixdə Azərbaycan 37 ölkə ilə yanaşı yeni yaradılmış Şimali Atlantika Əməkdaşlığı Şurasına daxil olub. lakin ölkəmizin alyansla real əməkdaşlığı 1994-cü ilə təsadüf edir. Belə ki, 1994-cü ilin yanvar ayında Sülh Naminə Tərəfdaşlıq (SNT) təşəbbüsü irəli sürülüb. Avro-Atlantik məkanda sabitliyi və təhlükəsizliyi təmin edən təşəbbüsə ilk qoşulan ölkələrdən biri də Azərbaycan idi. 1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti SNT-in Çərçivə sənədini imzalayıb. SNT mexanizmi NATO ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və hərbi sistemlərin uyğunlaşdırılması üçün münbit şərait yaradıb. 1997-ci il noyabrda Azərbaycan Prezidenti Azərbaycanın NATO yanında diplomatik Nümayəndəliyinin təsis edilməsi barədə Sərəncam imzalayıb.
Azərbaycanın NATO ilə siyasi dialoq və praktiki əməkdaşlığını istiqamətləndirən əsas mexanizm isə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planıdır (FTƏP). Ölkəmiz alyansın beynəlxalq missiyalarında da fəal iştirak edib. Belə ki, Silahlı Qüvvələrimizin hərbçilər NATO missiyası çərçivəsində Kosovada və Əfqanıstanda sülhyaratma əməliyyatlarında yaxından iştirak ediblər. Hazırda da tərəflər arasında əməkdaşlıq uğurla davam edir. Bu yaxınlarda NATO Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri də bunu təsdiqləyir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

