Ukrayna Qərbdən narazıdır
04.04.2024 [11:08]
Podolyak: Qərb münaqişənin dondurulacağı ilə bağlı illüziyalara son qoymalıdır
Rusiya-Ukrayna müharibəsi iki ildən artıqdır davam edir. 2022-ci il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib,
hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda
Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə ümumilikdə 400 mindən çox hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb.
Rusiya ordusunun üstünlüyü artıb
Ötən ilin yazında əks-hücuma keçən Ukrayna ordusu cəbhədə müəyyən dönüş yarada bilmişdi. Bunun nəticəsində bir sıra ərazilər azad edilib. Xarkov vilayətinin böyük hissəsi, Luqansk, Donetsk vilayətlərində də bəzi yaşayış məntəqələri azad olunub. Ukrayna ordusu daha çox ölkənin cənubunda uğurlu hərbi əməliyyatlar keçirib. Lakin Qərbin hərbi yardımları azaltması və rusların cəbhədə güclü müdafiə sistemi qurması Kiyevin əks-hücum gözləntilərini doğrultmadı. Ukrayna ordusu qarşıya qoyulan hədəflərə nail olmadı, yalnız kiçik bir ərazini azad edə bildi. Son zamanlar isə Rusiya ordusunun üstünlüyü artıb. Fevral ayında rus qoşunları Ukraynanın Avdiyevka şəhərini və digər bəzi yaşayış məntəqələrini ələ keçirib.
ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün hərbi yardım göstərirlər. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilib. Amma Rusiya da qarşı tərəfin addımlarını cavabsız qoymur və özünün enerji-qaz siyasəti ilə onları çətin duruma salır. Bu siyasətin nəticəsidir ki, bir sıra Avropa ölkələrində enerjinin və digər məhsulların qiyməti artıb. Yəni, Rusiya tətbiq olunan sanksiyalara ciddi müqavimət göstərə bilir, əvəzində bu sanksiyalardan əziyyət çəkən həm də bir sıra Avropa ölkələridir.
Son vaxtlar Ukrayna ordusunun cəbhədə uğursuzluğu Qərbin “sözünə güvənməməyin lazım gəldiyini” də bir daha ortaya çıxardı. Maraqlıdır ki, elə Qərb mətbuatı baş verənlərin səbəbini NATO müttəfiqləri tərəfindən Kiyevə hərbi yardımın azaldılması ilə əlaqələndirir. Məlumdur ki, ABŞ Konqresində fikir ayrılıqları səbəbindən Ukraynaya hərbi yardım əvvəlki effektivliyində deyil. Eləcə də, Avropa İttifaqı ölkələri arasında Kiyevə hərbi yardımla bağlı fərqli yanaşmalar var. Bu səbəbdən rəsmi Kiyev Qərbdən narazılığını açıq-aydın ifadə edir. Yeri gəlmişkən, Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Qərb münaqişənin dondurulacağı ilə bağlı illüziyalara son qoymalı, ölkəmizin silah-sursatla təminatını gücləndirməlidir. Onun sözlərinə görə, bunun üçün Qərbdəki müdafiə sənayesi komplekslərinin istehsal gücü artırılmalıdır.
Qeyd edək ki, M. Podolyak bir qədər əvvəl Rusiya ordusunun ölkəsinin ərazisində sürətlə irəlilədiyi və Ukrayna hərbçilərinə mövqelərin müdafiəsi üçün fürsət vermədiyi barədə açıqlama verib. Bu fakt ABŞ Dövlət Departamentinin bəyanatında da əksini tapıb. Bildirilib ki, Uk?ayna ordusu ərazi itkilərinin qarşısını almağa qadir deyil.
Cəbhədəki hazırkı çətinliklərin səbəbi Qərbin yavaş templə qərar verməsidir
Podolyak bir müddət əvvəl “The Times” qəzetinə müsahibəsində də hərbi yardımın gecikməsinə görə ABŞ-a etiraz etmişdi: “Ukraynanın cəbhədəki hazırkı çətinlikləri Qərbin yavaş templə qərar verməsi və silahların kifayət qədər olmaması ilə bağlıdır. Rusiyanın qələbəsi ukraynalılar üçün milli fəlakət, Qərb ölkələri, xüsusən də ABŞ üçün rüsvayçılıq olardı”. Podolyakın sözlərinə görə, Qərb demokratları Rusiyanın beynəlxalq təhlükəsizliyə yaratdığı təhlükəni hələ də tam başa düşə bilməyib. “Ukraynaya silah tədarükü ilə bağlı qərar qəbul edilməsə, bütün ölkə onların gözü qarşısında parçalanacaq və siz hamınız ağlayaraq deyəcəksiniz: “Mən indi öz dövləti olmayan ukraynalılara çox təəssüf edirəm, çünki onlar öz ölkələrində qətlə yetiriliblər. Gəlin onlar üçün konsert təşkil edək”, - deyə Podolyak bildirib.
Yaxın aylarda Rusiyanın böyük hücumu başlayacaq?
Hazırda Qərb Ukrayna üçün yeni yardımların göstərilməsini müzakirə edir. Hələ fevral ayında keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Aİ-nin bəzi ölkələri, o cümlədən ABŞ Kiyevə yeni hərbi yardım paketlərini elan etmişdilər. Lakin yardımın elan edilməsi ilə problem həll olunmur. Yeri gəlmişkən, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın “CBS News” telekanalına şirkətinə müsahibəsində bildirib ki, yaxın aylarda Rusiyanın böyük hücumu başlayacaq: “Söhbət mayın sonundan və ya iyundan gedir. Biz buna hazırlaşmalıyıq, nəinki vəziyyəti sabitləşdirməliyik, çünki tərəfdaşlar bəzən vəziyyəti sabitləşdirdiyimizə görə həqiqətən sevinirlər. Deyirəm ki, indi köməyə ehtiyacımız var”. Onun sözlərinə görə, Müdafiə Qüvvələri rusları saxlaya bilsələr də, tərəfdaşların köməyi olmadan Rusiyanın daha bir böyük hücumundan müdafiə etməyə hazır deyillər.
Prezident əlavə edib ki, artilleriya döyüşündə Rusiya təkcə daha çox atəş silahına görə deyil, həm də onların daha çox məhvetmə diapazonuna görə üstünlüyə malikdir. O, Rusiya yaxınlığında yerləşən sərhədyanı yaşayış məntəqələrinin atəşə tutulmasına da münasibət bildirib: “Adətən artilleriya ilə hücum edib kəndləri dağıdanda, bundan sonra həmişə onları işğal etməyə çalışırlar. Sabah nə olacağını bilmirik. Ona görə də hazırlaşmaq lazımdır”.
Peskov: Rusiya və Ukraynanın sərhədləri dəyişib
Danışıqlara gəlincə, Zelenski deyib ki, Moskva və Kiyev arasında danışıqlar Ukrayna 1991-ci il sərhədlərinə çatana qədər başlaya bilər. Kremlin sözçüsü Dmitri Peskov isə “Sputnik”ə açıqlamasında bildirib: “Xüsusi əməliyyat başlayandan bəri geosiyasi reallıq dəyişib, Rusiya və Ukraynanın sərhədləri dəyişib və hər kəs Rusiyanın 4 yeni regionunun olduğunu nəzərə almalı olacaq”.
Göründüyü kimi, Qərb yenə də “ikibaşlı” mövqe sərgiləyir. Bir tərəfdən, Kiyev masaya oturmağa təşviq edilir, digər tərəfdən Rusiyaya “şərt” irəli sürülür. Əslində, bütün dünyaya məlumdur ki, bu müharibənin başlamasına “stimul” verən məhz ABŞ-dır. Çünki Ukraynaya müxtəlif vədlər, o cümlədən NATO-ya üzvlüyünə söz verən Vaşinqton Kiyevi Moskva ilə açıq qarşıdurmaya sövq etdi. Nəticə isə göz önündədir. Bir çox ekspertlər hesab edirlər ki, Vaşinqtonun əsas məqsədi Rusiyanı zəiflətməkdir. Bu qlobal hədəf naminə isə Ukrayna qurban verilir. Məlumdur ki, ABŞ-ın ciddi dəstəyi olmadan Kiyev Rusiyaya müqavimət göstərə bilməzdi. Vaşinqton yardımları artıranda Ukrayna ordusu cəbhədə müəyyən irəliləyişlər əldə edir, amma yardımlar azalanda isə tam əksi baş verir. Bir müddətdir ki, rəsmi Kiyev ordunun silah-sursatının kəskin azaldığını bəyan edərək tərəfdaşlarından istəyir. Məsələn, Kiyevə 20-dən çox F-16 qırıcıları söz verilsə də, onun Ukraynaya göndərilməsi hələ də gecikir. Hansı ki, pilotların təlimlərdən sonra qırıcılar ötən ilin payızında verilməli idi. Beləliklə, Qərb verdiyi vədləri yerinə yetirmədiyini dəfələrlə nümayiş etdirib. Müəyyən beynəlxalq güclər qanlı savaşın davam etməsində maraqlı görünür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

