Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27.10.2025 [10:21]

ABŞ Prezidenti Donald Tramp razılaşıb ki, Ukrayna üçün məqbul olan yeganə kompromis hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “TSN Tıjden” verilişinin aparıcısı Alloy Mazur ilə telefon danışığında verdiyi açıqlamada bildirib.

Trampın mövqeyində həqiqətən dəyişiklik olub-olmaması və ABŞ Prezidentinin Ukraynanın ərazilərini təslim etməsinin qəbuledilməzliyini başa düşüb-düşməməsi ilə bağlı suala cavab olaraq Zelenski deyib ki, Tramp Ukraynanın kompromis baxışı ilə indiyədək razılaşıb.

“Tramp həqiqətən də razılaşıb ki, Ukraynanın güzəşti cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasıdır”, - deyə Zelenski qeyd edib.

Zelenski həmçinin bildirib ki, Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün səbəbi var. Amerika Prezidentinin mövqeyinə təkcə onun Ukraynadakı müharibəni həll etmək istəyi deyil, həm də Kremlin hərəkətləri təsir edib - Xarkovda uşaq bağçasına hücum, Vladimir Putinin cəbhə xəttində uğur qazana bilməməsi, Kremldən gələn dağıdıcı bəyanatlar.

"Avropadan sanksiyaların 19-cu raundundan sonra Amerikanın sanksiya zərbəsi daha da fəlakətli görünür", - deyə Ukrayna lideri əlavə edib.

Bununla belə, sanksiyalara baxmayaraq, görünür, Tramp hələ də Putin üçün “danışıq pəncərəsi”ni açıq saxlayır. Rusiya Prezidentinin hələ də sülh danışıqlarına razılıq vermək şansı var.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31