Niderlandda on minlərlə insan iqlim siyasətinin gücləndirilməsi tələbi ilə aksiya keçirib
27.10.2025 [14:30]
Niderlandların Haaqa şəhərində on minlərlə insan hökumətdən və siyasi partiyalardan iqlim siyasətinə daha çox diqqət ayrılması tələbi ilə aksiya keçirib.
AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, aksiyaya qatılan 45 min iştirakçı “Planet sənin səsinə layiqdir” və “Yaşılı seç” kimi şüarlar səsləndirərək yürüş ediblər.
Oktyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsində küçələrə axışan etirazçılar hesab edirlər ki, iqlim məsələsi seçki kampaniyasında lazımi səviyyədə müzakirə olunmur. Cəmiyyətdə iqlim siyasəti ilə bağlı yaşanan ciddi narahatlıqların siyasi debatlarda əksini tapmadığı narahatlıqla qarşılanıb.
Ölkədə keçirilən bir rəy sorğusuna qatılan 25 min respondentdən cəmi 19 faizi iqlim məsələsini seçkilərin əsas beş mövzusundan biri hesab edib. Əsas diqqət isə mənzil problemi (58 faiz), miqrasiya (44 faiz) və səhiyyə (40 faiz) sahələrinə yönəlib.
Hakim koalisiyanın iyunda dağılmasından sonra keçiriləcək seçkilərdə sağ populist siyasətçi Geert Vilders və onun Azadlıq Partiyası (PVV) hazırda reytinqlərdə öndə olsa da, digər partiyalar onunla koalisiya qurmaq istəmir. İkinci yeri tutması gözlənilən sol yönümlü GroenLinks/PvdA blokunun lideri, Avropa İttifaqının sabiq iqlim komissarı Frans Timmermans isə mümkün koalisiya lideri hesab edilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

