Döyüş meydanında əldə edilmiş qələbənin parlaq nəticəsi
01.12.2025 [11:23]
Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. 2020-ci il Vətən müharibəsindən sonra noyabrın 9-da Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən həmin il dekabrın 1-də Ermənistan silahlı qüvvələri Laçın rayonunun ərazisindən çıxarıldı. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bildirmişdi: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
AZƏRTAC Laçının işğaldan əvvəlki təbii və mədəni gözəlliklərini, işğalı dövrünü və Vətən müharibəsindən sonra rayonda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xatırladır.
Gözəlliklər yurdu, yaşıllıqlar məskəni
Rayon ərazisinin 72 min hektarı yaylaq sahəsi, 34 min hektarı meşə massividir. Dağlıq relyefə malik rayonun ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı palıd, vələs, fıstıq və başqa ağaclardan subalp və alp çəmənliklərindən ibrətdir.
Laçında Şərq çinarı növünə məxsus 10 qədim ağac təbiət abidəsi kimi qeydə alınmışdı. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilmişdi. Buradakı ağacların yaşı 100-150 ilə çatırdı.

Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi 240 hektar olan Qaragöl Dövlət Təbiət Qoruğu və ərazisi 20 min hektar olan Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Ekoloji əhəmiyyətə malik göllər – Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl böyük antropogen təsirə məruz qalıb.
Laçın dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələrinə, zəngin mineral bulaqlarına və faydalı qazıntı yataqlarına malikdir. Rayonda yerləşən tarix, mədəniyyət və memarlıq abidələri, o cümlədən IX əsrə aid Ağoğlan məbədi, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XVII əsrə aid Kar Künbəz türbəsi, XV əsrə aid Uşaq qalası, Bayqara mağaraları, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər dağıdılıb, həmin ərazilərin zəngin təbii sərvətləri qanunsuz istismar olunaraq talan edilib.
Rayon işğal dövründə

Ümumilikdə 127 yaşayış məntəqəsindən ibarət olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olub, 67 nəfər itkin düşüb, yüzlərlə uşaq valideynlərindən birini, 31 uşaq isə hər iki valideynini itirib. 65 nəfər girov götürülüb, 103 nəfər sağlamlığını itirib.
44 günlük Vətən müharibəsində iştirak edən 263 laçınlıdan 15-i hərbi, 4-ü isə mülki şəxs olmaqla 19-u qəhrəmancasına şəhid olub, 74-ü müxtəlif bədən xəsarətləri alıb. Rayondan 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğal illərində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsalat müəssisəsi talan və məhv edilib. Rayonda mövcud olmuş 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə dağıdılıb. Onların sırasında VI əsrə aid Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq da var.
Doğma yurda qayıdışın sevinci

Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürüb. Təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi sonuncu rayonu tərk etməsi və milli qoşun birləşmələrinin bölgəyə girməsi ilə Laçın şəhəri üçün yeni mərhələ başlanıb.

Nəhayət, sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

Laçın şəhərində genişmiqyaslı quruculuq layihələri həyata keçirilib. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində dədə-baba yurdlarına artıq qayıdırlar. Şəhərin böyük hissəsi tamamilə yenidən qurulub, ailələrin yaşayışı təmin olunub. Şəhərə ilk köç 2023-cü ilin mayına təsadüf edib. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər.

Laçın şəhərinin və rayonunun dağıdılmış infrastrukturunun dirçəldilməsi üçün intensiv olaraq bərpa işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur. Böyük Qayıdış çərçivəsində dövlətimizin başçısı tərəfindən iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilir, kənddaxili yollar, elektrik, rabitə, su və qaz xətləri çəkilir. Prezident İlham Əliyev Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib.
Yeni ünvanlar

Bundan başqa rayonda bir sıra baza və sosial infrastruktur obyektləri açılıb. Onların arasında hava limanının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

Həmin gün Prezident İlham Əliyev Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin, Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyalarının (SES), Laçın rayonunun Bəylik kəndinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışlarında iştirak edib, Laçın kanat yolunun təməlini qoyub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il mayın 28-də açılışı edilmiş mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpasına və regionda turizmin inkişafına göstərdiyi diqqət nəticəsində Laçın rayonunun dağ zirvəsində yerləşən və bölgənin turizm potensialını əks etdirən mühüm layihələrdən biri olan “Laçın” İstirahət Kompleksi açılıb.
Bununla yanaşı, bugünədək Laçın şəhərində modul tipli Laçın Mərkəzi Xəstəxanası, Laçın şəhər, Zabux kənd və Sus kənd tam orta məktəbləri, həkim məntəqəsi əhalinin istifadəsinə verilib, “Mişni”, “Alxaslı”, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları, “Aşağı Malıbəyli” və “Mirik” Su Elektrik stansiyaları, “Laçın” şəhər yarımstansiyası və Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi, müxtəlif qurumların inzibati binaları və bir sıra ictimai-iaşə obyektləri fəaliyyətə başlayıb.
Cənnətin oxşarı

Prezident İlham Əliyev rayonda aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Laçın şəhərində aparılan quruculuq və abadlıq işləri ilə yanaşı əhalinin istirahətinin səmərəli təşkili üçün də tədbirlər həyata keçirilir. Həmçinin istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində dayanır və rayonun tarixi ənənələrinə əsaslanır.
Xəbər lenti
Hamısına baxSiyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12
Dünya
02 Dekabr 23:19
İdman
02 Dekabr 22:54
Hərbi
02 Dekabr 22:26
Dünya
02 Dekabr 21:47
Siyasət
02 Dekabr 21:22
İqtisadiyyat
02 Dekabr 20:50
Sosial
02 Dekabr 20:29
Dünya
02 Dekabr 19:45
Dünya
02 Dekabr 19:18
Siyasət
02 Dekabr 18:12
Dünya
02 Dekabr 17:26

