Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Koreya Maliyyə Nəzarət Xidməti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Koreya Maliyyə Nəzarət Xidməti ilə əməkdaşlıq imkanları müzakirə olunub

03.12.2025 [23:14]

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Maliyyə Nəzarət Xidmətinin (KMNX) sədri Li Çanjin ilə görüşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı hər iki ölkənin maliyyə sektorunun cari vəziyyəti, bu sahələrdə aparılan islahatlar, eləcə də sektorun inkişafı istiqamətində görülən işlər müzakirə edilib. Bununla yanaşı, bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi barədə məlumat bölüşülüb.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə KMNX arasında gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 342 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31