Qatarlarımızın daha sürətli olmasının yolu nədir?
03.12.2025 [17:36]
Azərbaycanda ilk sürət qatarı 1971-ci ildə fəaliyyətə başlayıb. Bakı-Gəncə ekspres elektrik qatarı kimi fəaliyyət göstərən bu nəqliyyat vasitəsi 4 saat 50 dəqiqə ərzində mənzil başına çatırdı. Bu gün isə Bakı-Gəncə sürət qatarının hərəkət vaxtı 3 saat 50 dəqiqiə təşkil edir.
Bəzən biz Avropada və Asiyada olan sürət qatarlarını ölkəmizdəki qatarla müqayisə edirik və düşünürük ki, əgər söhbət sürət qatarından gedirsə “niyə bizdə olan qatarlardakı hərəkət sürəti Avropa və ya Asiyadakı kimi deyil?”. Bu yanaşmanın düzgünlüyünü araşdırdıq.
AZƏRTAC-ın suallarını cavablandıran nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, ölkəmizdə yüksək sürətli qatar üçün böyük sərnişin axını olmalıdır və eyni zamanda bu nəqliyyat vasitəsinin qiyməti daha yüksək olur.
“Həmçinin bu növ qatarların yolları ayrı olur. Azərbaycanda sürətli dəmir yolu var və kombinə olunmuş fəaliyyət göstərir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC maksimum saatda 160 kilometrə uyğunlaşdırmanı hədəfləyr. Hal-hazırda “Azərbaycan Dəmir Yolları”nın tabeliyində olan “Stadler KISS” və “Stadler FLIRT” qatarlarının sürəti 160 kilometr saatdır və indiki halda icazə verilən sürət 140 kilometr saatdır”.
Qeyd edək ki, ölkə ərazisində dəmir yolu marşrutları boyunca nəzərdə tutulan 140 kilometr saatlıq sürət tam olaraq icra olunmur. Bu ətrafdakı yaşayış məntəqələri ilə bağlıdır:
• Hacıqabul-Kürdəmir-80 kilometr
• Kürdəmir-Ucar 47 kilometr
• Ucar-Yevlax 87 kilometr
• Yevlax-Gəncə 68 kilometr
• Gəncə-Şəmkir-33 kilometr
• Şəmkir-Qovlar -27 kilometr
• Qovlar-Tovuz-13 kilometr
• Tovuz-Ağstafa -21 kilometr
• Ağstafa-Qazax 12 kilometr
Rauf Ağamirzəyev qeyd edib ki, sürətin 20 kilometr artırılması istiqamətində işlər görülməsi üçün qatarın hərəkət etdiyi marşrut üzrə heç bir maneə olmamalıdır. Onun sözlərinə görə, tez-tez rastlaşdığımız problem heyvan sürüsünün dəmir yoluna çıxması, avtomobillərin kəsişməsi və piyadaların qadağan olunan yerlərdən keçməsidir.
“72 kilometr saatla idarə olunan qatarın əyləc məsafəsi 1000 metrdir. Qatar icazə verilən sürət, 140 kilometr-saatla hərəkət edirsə əyləc basıldıqda 2 kilometrdən sonra dayana bilər. Bununla da istənilən qəza qaçılmazdır. Bu növ sürəti azaltmaq üçün müxtəlif səviyyəli keçidlər qurulmalı, piyadalar üçün xüsusi məhəccərlər yaradılmalı, dəmiryolu keçidləri ilə yanaşı ətrafdakı yaşayış məntəqələrində keçidə doğru səkilər işıqlı olmalı, həmçinin heyvanların miqrasiyası nəzərə alınaraq xüsusi yerlər yaradılmalıdır”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.
Ekspert qeyd edib ki, marşrutun sürətli keçən hissələrində, yaşayış məntəqələri olan sahələrdə çəpərlənməyə ehtiyac var: “Belə olan təqdirdə 160 kilometr saata qədər hərəkəti təmin etmək olar. Bu o demək deyil ki, qatar marşrut boyunca sürətlə gedəcək. Stansiya girişləri, döngələr, müəyyən sahələrdə sürət məcburi azaldılmalıdır. Digər bir məqam ondan ibarətdir ki, stansiyalar arası məsafə o qədər də çox deyil. Mobilik təminatı baxımından fərqli təklif olmalıdır. Daha aşağı sürətlə yataq tipli qatarlar olmalıdır. Dayanacağı bir az çox olan orta sürətli, az dayanacaqlı sürətli qatarlar olmalıdır və vətəndaşlar seçim etməlidirlər”.
Bununla yanaşı ekspert Azərbaycanın qonşu ölkələrlə dəmiryolu əlaqələrinə də diqqət yetirib.
“Məsələn Rəşt-Astara dəmiryolu xəttinin torpaq ayırma işi aparılır. 2026-ci ilin mart ayında tikinti işlərinə başlanacaq. Orada da elan olunmuş sürət 160 kilometr-saatdır. Bakı-Tbilisi-Qars, Qars-Dilucu-Azərbaycan sərhədi dəmiryolu 160 kilometr saata uyğun qurulur. Bizə yaxın, sakinləri bir milyondan çox olan şəhərlərə qatarın hərəkətini yüksək sürətlə təşkil etmək olar. Bura ən yaxını Tbilisi və Tehran şəhərləridir. Bu istiqamətdə yüksək sürətə maraq yoxdur. Bu ciddi investisiya tələb edir, bunun üçün vəsait hər iki tərəfdən cəlb olunmalıdır. Ankara istiqamətində də olan yüksəksürətli qatarlar Ərzincana kimi hərəkət edəndən sonra oradan Şərqi Anadolu istiqamətinə (dağlıq bölgə olduğundan) sürət 160 kilometr-saat hədəflənir. Azərbaycandan şimalda isə milyonluq şəhər Volqoqraddır. Buraya məsafə 1000 kilometrdən çoxdur. Lakin, burada 250 kilometr-saat sürətlə dəmir yolunun tikintisi real görünmür. Ölkə daxilində sərnişin axını çox olmadığı üçün maksimum 160 kilometr-saat olsa məqsədəuyğundur”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

