Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Alparslan Bayraktar: Azərbaycan Türkiyəyə çox mühüm enerji təchizatçısıdır

Alparslan Bayraktar: Azərbaycan Türkiyəyə çox mühüm enerji təchizatçısıdır

16.01.2026 [20:45]

Azərbaycan Türkiyə üçün strateji əhəmiyyətli tərəfdaş və çox mühüm enerji təchizatçısıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “TRT Haber” kanalında deyib.

Nazirin sözlərinə görə, Bakı Türkiyənin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verməyə davam edir.

A. Bayraktar Türkiyədə təbii qaz da daxil olmaqla enerji resurslarına artan tələbata diqqət çəkib. “Türkiyə hökuməti bu tələbatı ödəmək üçün çoxsaylı addım atır. Prioritetimiz Türkiyənin özündə, xüsusən də Qara dənizdəki “Sakarya” yatağından qaz hasilatını artırmaqdır. Eyni zamanda, təbii qazın əlverişli şərtlərlə idxalını təmin etmək vacibdir. Azərbaycan bu baxımdan Türkiyə üçün vacib tərəfdaşdır və biz onunla uzun illərdir əməkdaşlıq edirik”, - deyə Türkiyənin naziri bildirib. O, buna misal olaraq Bakı-Tbilisi-Ərzurum boru kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihələrini göstərib. “Bu boru kəmərləri vasitəsilə Türkiyəyə əhəmiyyətli həcmdə Azərbaycan qazı çatdırılır. Bu gün biz əməkdaşlığı genişləndirməyə sadiqik. Yanvarın əvvəlində Ankara ilə Bakı arasında 2,25 milyard kubmetr qazın tədarükü üzrə müvafiq müqavilə imzalanıb”, - deyən Bayraktar, həmçinin Azərbaycandan yeni qaz həcmlərinin 2029-cu ildə çatdırılmağa başlayacağını qeyd edib.

Türkiyənin enerji və təbii sərvətlər naziri, həmçinin cari ili Türkmənistan qazının tədarükünün artırılması baxımından vacib adlandırıb.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31