Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağı keçirilib

16.01.2026 [17:20]

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 51” ünvanlı Ərazi Partiya Təşkilatında 2025-ci ildə görülmüş işlərə dair hesabat və seçki yığıncağı keçirilib.

İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov, təşkilatın əməkdaşları, ƏPT üzvləri iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov  açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib və geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb. N.Abışov partiyanın təsis olunmasından bu günə qədər keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən bəhs edib.

İclasda çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyası 33 ildən artıq müddətdir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni, müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. E.Quliyev Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış etdiyini qeyd edib. Təşkilat sədri Ərazi Partiya Təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü aparılması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin işinə uğurlar arzulamışdır.

Digər çıxış edənlər təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonra YAP Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 51” ünvanlı Ərazi Partiya Təşkilatına sədr və sədr müavini seçilib. ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov ƏPT-nin sədri, Günel Dadaşova isə sədr müavini seçilib.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31