Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qadın futbolunda yeni era: İlk klublararası dünya çempionatı

Qadın futbolunda yeni era: İlk klublararası dünya çempionatı

19.01.2026 [16:06]

Qadın futbolunda yeni mərhələ açılır. FIFA ilk dəfə qadınlar arasında klublararası dünya çempionatının keçiriləcəyini rəsmən elan edib. Turnir 2028-ci ilin yanvarın 5–30-da baş tutacaq və dörd ildən bir təşkil olunacaq. Bu turnir FIFA-nın 2026-cı ildən etibarən hər il keçirməyi planlaşdırdığı "FIFA Women's Champions Cup" (Qadınlararası Çempionlar Kuboku) yarışlarının daha genişmiqyaslı formasıdır.

AZƏRTAC xəbər verir ki, 16 komandanın iştirak edəcəyi yarışda Avropadan azı 5 klub yer alacaq. Şimali və Cənubi Amerika, Afrika və Asiya isə hərəsi 2 komanda ilə təmsil olunacaq. Qalan iştirakçılar müxtəlif konfederasiyalar arasında keçiriləcək seçmə mərhələlər əsasında müəyyənləşəcək.

Turnirin keçirilmə vaxtı ciddi müzakirələrə səbəb olub. Yanvar ayı Avropa liqalarının aktiv dövrünə düşdüyü üçün İngiltərə, Avstraliya, Meksika və Yaponiya çempionatlarının qrafikində pozuntuların olacağı gözlənilir. Artıq kifayət qədər sıx olan qadın futbolu təqvimi ilə bağlı narahatlıqlar daha da artıb. Futbol Azarkeşləri Assosiasiyasının (FSA) qadın futbolu üzrə rəhbəri Debora Dilvort bu məsələ ilə bağlı rəsmi qurumlara müraciət edərək narahatlığını ifadə edib.

Turnirin harada keçiriləcəyi hələ rəsmən açıqlanmasa da, Qətər əsas namizədlərdən biri kimi ön plana çıxır. 2022-ci ildə kişilər arasında dünya çempionatına, ötən il isə İnterkontinental Kuboka ev sahibliyi edən Qətər, əlverişli hava şəraiti, müasir standartlara cavab verən stadionları və FIFA ilə yaxın münasibətləri səbəbindən güclü favorit hesab olunur. Həmçinin, Qətər 2026-cı ilin sonuna planlaşdırılan "Finalissima" (Avropa və Cənubi Amerika çempionlarının qarşılaşması) oyunu üçün də ən güclü namizədlərdən biridir.

Lakin Qətərin ev sahibliyi ehtimalı bəzi etirazlara səbəb olub. Ölkədə qadın futbolu sahəsində ənənənin zəif olması əsas arqumentlər sırasındadır. Qətər qadın milli komandası 2009-cu ildə yaradılsa da, 2014-cü ildən bəri rəsmi oyun keçirməyib və hazırda FIFA reytinqində yer almır.

Maraqlıdır ki, 2029-cu ildə kişilər arasında keçiriləcək 32 komandalı klublararası dünya çempionatının yay aylarında baş tutacağı planlaşdırıldığı üçün Qətərin bu turnirə ev sahibliyi şansları aşağı qiymətləndirilir. Lakin qadınların turnirinin məhz qış aylarında keçirilməsi Qətərin şanslarını xeyli artırır.

Bu qərarın qadın futbolunun qlobal inkişafına təkan verəcəyi, yoxsa təqvim sıxlığı səbəbindən yeni mübahisələr yaradacağı futbol ictimaiyyəti üçün maraq doğuran əsas məqamdır.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31