162 xidmət bir pəncərədə
04.02.2026 [10:51]
Daha 14 regional DOST mərkəzi yaradılacaq
Dövlət idarəçiliyində şəffaflığı və əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun getdikcə daha da yüksəldilməsinə nail olmaq Azərbaycanın əsas hədəfləri sırasında yer alır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ardıcıl şəkildə struktur islahatları aparılır, bacarıqlı, işgüzar, müasir düşüncəli və milli ruhlu kadrlar hökumətdə yüksək vəzifələrə irəli çəkilirlər. Bu baxımdan respublikamızda “ASAN xidmət” modeli əsas götürülməklə yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzləri yaxşı nümunədir. Prezident İlham Əliyev DOST mərkəzlərini Azərbaycanın müasir siması kimi səciyyələndirib.
Müxtəlif xidmətləri vətəndaşlara eyni məkanda təqdim edən “DOST” mərkəzləri qısa zaman kəsiyində bütün ölkə üzrə böyük populyarlıq və rəğbət qazanıb. Qurumun əhatə etdiyi coğrafiyanın davamlı olaraq genişlənməsi bunu əyani şəkildə təsadiqləyir. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları və 2026-cı ilin hədəfləri üzrə keçirilən mətbuat konfransında çıxışı zamanı qurumun əldə etddiyi uğurlara və perspektiv planlara diqqət çəkib.
DOST mərkəzlərinin əhatə dairəsi genişlənir
DOST mərkəzləri Azərbaycanın sosial dövlət konseptinə uyğun olaraq həyata vəsiqə qazanıb. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayından fəaliyyətə başlayan DOST Agentliyi yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan DOST konsepsiyasının təməlində vətəndaş məmnunluğunun təmin edilməsi amili dayanır. Konsepsiya əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə edildiyi kimi dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına hesablanıb.
İndiyədək Bakıda və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. Qurumun əhatə dairəsinin genişləndirlməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Ötən il Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, cari ilin yanvar ayında isə Tərtər filialı istifadəyə verilib.
F.Məmmədov bildirib ki, hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır. Qurum rəsmisinin sözlərinə görə, Azərbaycanda 2030-cu ilədək 14 regional DOST mərkəzi və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub.
İki yeni xidmət təklif olunur
Hazırda DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. Çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Fərid Məmmədovun məlumatına əsasən, 2025-ci ildə DOST mərkəzlərində 900 minə yaxın, ümumilikdə, ötən dövrdə isə 4,1 milyondan çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faizdən çoxdur. “Gün ərzində vətəndaşlara 3700-dən çox xidmət göstərmişik. Bir vətəndaşa 11 dəqiqə müddətində xidmət göstəririk. Beynəlxalq səviyyədə bu göstərici 15-17 dəqiqədir. İndiyədək 8, 3 milyon zəng cavablandırılıb. 2025-ci ildə 1, 5 milyon zəngə cavab verilib”,- deyə qurum rəsmisi vurğulayıb.
DOST mərkəzlərində göstərilən xidmətlərin sayının artması da mühüm uğurlardan biridir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən bir sıra qanunvericilik aktlarında dəyişiklik edilməklə, eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib. Bununla da cari il yanvarın 1-dən vətəndaşlara göstərilən xidmətlərin sayı artaraq 160-dan 162-yə çatıb.
Həmin xidmətlərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişlərinin təyin edilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə arayışlar verilməsi daxildir.
Xatırladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliklər dövlət sektoru üzrə işçilərin istehsalat qəzaları, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanması və sığorta ödənişlərinin 2026-cı il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilmiş iki xidmət də bununla əlaqədardır.
DOST təcrübəsi beynəlxalq arenada
DOST mərkəzlərinin uğurlu fəaliyyəti beynəlxalq səviyyədə də təqdir olunur. Agentliyin müxtəlif beynəlxalq mükafatlara layiq görülməsi və ayrı-ayrı ölkələrdə DOST təcrübəsinin öyrənilməsi bunun əyani təsdiqidir. Fərid Məmmədov bildirib ki, Agentlik indiyədək 36 beynəlxalq keyfiyyət və mükəməllik sertifikatına layiq görülüb. Ötən il DOST modelinin Rumıniya, Serbiya və Xorvatiyada tətbiqi məqsədilə bu ölkələrin müvafiq qurumları ilə işgüzar əlaqələr qurulub, “bir pəncərə” sisteminin tətbiqi istiqamətində Özbəkistan və Moldova ilə əməkdaşlıq davam etdirilib. 2025-ci ildə həmçinin DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib. 20 ölkədən 430 nəfərə yaxın şəxsin iştirak etdiyi konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsi olub.
DOST Agentliyi 2022-ci ildə LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatları alıb. Son olaraq isə qurum 3 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb. Agentlik Böyük Britaniyanın “GCL International” sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarə edilməsi), həmçinin Türkiyənin “MSC” sertifikatlaşdırma təşkilatı tərəfindən ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.
Proseslərə hazırlıq və standartların tətbiq edilməsinə Agentliyin müxtəlif struktur bölmələrinin işçi heyəti cəlb edilib. Standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi olaraq tətbiq olunub. Qeyd edilən istiqamətlər üzrə keçirilən audit zamanı Agentliyin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmayıb və bu səbəbdən beynəlxalq sertifikatlara layiq görülüb.
“GCL International” idarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma sahəsində ixtisaslaşmış beynəlxalq qurumdur və təqdim etdiyi sertifikatlar Böyük Britaniyanın rəsmi akkreditasiya orqanı olan “UKAS” tərəfindən təsdiq olunur.
ISO sertifikatları 2028-ci ilin sonunadək etibarlı hesab edilir. Bu standartların tətbiqi DOST Agentliyi və “DOST” mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
03 Fevral 23:39
Dünya
03 Fevral 23:20
Dünya
03 Fevral 22:51
Dünya
03 Fevral 22:18
Dünya
03 Fevral 21:46
Dünya
03 Fevral 21:23
Dünya
03 Fevral 20:45
Maraqlı
03 Fevral 20:34
Dünya
03 Fevral 20:13
Dünya
03 Fevral 19:51
Dünya
03 Fevral 19:39
Dünya
03 Fevral 19:25
Dünya
03 Fevral 18:20
YAP xəbərləri
03 Fevral 17:40
YAP xəbərləri
03 Fevral 17:36
Xəbər lenti
03 Fevral 17:28
YAP xəbərləri
03 Fevral 17:28
Siyasət
03 Fevral 17:25
Siyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21

