Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

19.04.2026 [09:45]

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının dövlət, xarici işlər, xaricdəki milli icma va Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan ilə Əlcəzair arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iki ölkə arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında razılaşmanın əhəmiyyəti vurğulanıb. Birgə layihələrin icrası baxımından biznes icmasının bir araya gətirilməsinin vacib olduğu bildirilib.

Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri, ölkəmizin 2027–ci ildə İƏT Zirvə Görüşünə ev sahibliyi kontekstində birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Eyni zamanda, Yaxın Şərqdə gərginliyin azaldılması və atəşkəsin möhkəmləndirilməsinin, o cümlədən münaqişələrin diplomatik yolla həllinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30