Mənzil böhranının həlli üçün qlobal platforma
18.04.2026 [11:21]
WUF13 dayanıqlı şəhərlərin inkişafında yeni imkanlar yaradacaq
“Euronews” telekanalı may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq işləri və bu qlobal tədbirin əhəmiyyəti haqqında reportaj hazırlayıb. Reportajda bildirilir ki, tədbirin əsas diqqəti qlobal mənzil böhranı məsələlərinə, sürətli urbanizasiya və əlçatan mənzilə artan ehtiyac şəraitində şəhərlərin inkişafına dair müasir yanaşmalara cəmlənəcək. Telekanal qeyd edir ki, bu gün bütün dünyada 1 milyarddan çox insan qənaətbəxş sayılmayan mənzil şəraitində yaşayır, eyni zamanda şəhər əhalisinin sürətli artımı, mənzillərin bahalaşması və demoqrafik təzyiq bütün dünyada şəhər sistemlərinə düşən yükü artırır. Belə bir şəraitdə WUF13 mənzil siyasəti, şəhər infrastrukturu və dayanıqlı inkişaf sahəsində praktiki həll yollarının müzakirəsi üçün beynəlxalq platforma rolunu oynamaqla, inklüziv və dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi və həll yollarının axtarışı üçün unikal model olacaq.
Azərbaycan və UN-HABITAT şəhərsalmada yenilikləri təşviq edir
Qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin əsas hədəflərindən birinə çevrilib. Bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-HABITAT) ilə sıx əməkdaşlıq edən Azərbaycan bir sıra tədbirlər həyata keçirərək şəhərsalma ilə bağlı yenilikləri tətbiq edib. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax Azərbaycan ilə UN-HABITAT arasında faydalı əməkdaşlığı yüksək dəyərləndirib. Bu əməşdaşlıq çərçivəsində 2022-ci ildə Ağdam şəhərində, 2023-cü ildə Zəngilanda Milli Şəhərsalma forumlarının və Bakıda “Ümumdünya Məskunlaşma Günü” tədbirlərinin təşkilinin uğurlarına da toxunulub.
Məskunlaşma mövzusu hazırda gündəlikdə prioritetlər sırasında yer almaqla Azərbaycan və UN-HABITAT arasında əməkdaşlığın mühüm göstəricisi olduğunu, eyni zamanda tərəflərin urbanizasiyaya xüsusi həssas münasibətni təsdiqləyir. Anaklaudiya Rossbax şəhərlərin bərpası və inkişafı ilə bağlı yanaşmalara yenidən baxılmasının zəruriliyini xatırldaraq vurğulayıb ki, dünyanın bir çox regionlarında artıq əhəmiyyətli dərəcədə tikili mühiti mövcuddur. Bu amil inşa edilmiş olanlardan maksimum səmərəli istifadə etmək üçün son dərəcə vacibdir. Bu, iqlim dəyişikliyi kontekstində kritik əhəmiyyət daşıyır, çünki istənilən yeni tikinti tullantılarla bağlıdır və ya torpaq sahəsi tutur, bu isə sahib olduğumuz təbii resursları qorumaq zərurəti deməkdir. Təhlükəsiz və əlçatan mənzilə çıxış müasir şəhər inkişafının ən kəskin problemlərindən biri olaraq qalır, çünki mənzil siyasəti həyat keyfiyyətinə, sosial dayanıqlılığa və icmaların inkişafına birbaşa təsir göstərir.
“Yaşıl tikinti”yə keçid
Müasir çağırışlar dövründə əsas tövsiyə və kriteriyalarından biri şəhərlərdə ekoloji və təmiz tikinti normativlərinin tətbiqidir. Məqsəd dünya ölkələrində aşağı karbonlu enerjiyə keçid çərçivəsində “yaşıl texnologiyalar”ın geniş tətbiqi yolu ilə sənaye layihələrinin sayını artırmaq, “yaşıl şəhər” və ya “yaşıl tikinti” layihələrini genişləndirməkdir. UN-HABITAT-ın bu çağırışlarına qoşulan bir çox ölkədə “yaşıl tikinti” texnologiyalarından istifadə geniş vüsət alıb və hazırda daha da təkmilləşdirilir. Mütəxəssislərin hesablamalarına görə, tikinti sektorunun ətraf mühitə təsirləri təxminən avtonəqliyyat vasitələrinin vurduğu zərərə yaxındır. İnşaat sənayesində istifadə olunan texnologiyaların böyük bir qismi ətraf mühitə yanacaq emissiyalarında rol oynayır. BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersenin sözlərinə görə, təkcə dünyada 25 meqapolis şəhər qaz emissiyalarının buraxılmasında 52 faiz paya malikdir. Bu problemi həll etmək yeni nəqliyyat, elektromobil və şəhər konsepsiyaları tətbiq olunmalıdır. Bunun ən optimal yollarından biri “yaşıl şəhər” layihələrinə keçidi sürtələndirməkdir.
Yeri gəlmişkən, “yaşıl tikinti”yə keçid qlobal iqlim alyansının fəal üzvlərindən biri kimi Azərbaycan üçün də gündəlikdə duran əsas məsələlərdən biridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet istiqamət “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən olunub. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
Azad ərazilərdə müasir şəhər quruculuğu
UN-HABITAT işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azad ərazilərdə də Bakıda bir neçə dəfə Milli Şəhərsalma Forumunun keçirilməsi BMT-nin ali qurumlardan birinin azad ərazilərdə yeni urbanizasiyaya xüsusi diqqətinin göstəricisi hesab oluna bilər. Bu tədbirlər həm də bölgədə davamlı şəkildə “ağıllı şəhərlərin” qurulması ilə bağlı strategiyaların həyata keçirilməsində yeni imkanlar yaratmaqdadır.
Təsadüfi deyildir ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov qeyd edib ki, müasir layihələr təkcə mənzillə təminata deyil, həm də dayanıqlı icmaların formalaşdırılmasına yönəlib. Mənzil siyasəti daha geniş sosial-iqtisadi səmərəyə malikdir və bunu hər bir ölkə, o cümlədən Azərbaycan hökuməti də yaxşı başa düşür. Burada məqsəd sadəcə ev tikmək deyil, həm də mənsubiyyət hissi yaratmaq, faktiki olaraq dayanıqlı icmalar üçün əsas formalaşdırmaqdır. Bu prinsiplər azad ərazilərdə inşa edilən yaşayış məskənlərinin sosial-iqtisadi strukturunda da açıq şəkildə öz müsbət təsirlərini biruzə verir.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov isə öz növbəsində bərpa layihələrinin həyata keçirilməsi ilə bağlı təşkilati və zamanla əlaqədar çağırışları qeyd edib. Bildirib ki, müəyyən çağırışlarla üzləşdiyimiz bu dövrdə ən başlıca amil yaşayış obyektlərinin və binalarının tikintisinin təşkili idi ki, Azərbaycan hökuməti bunun qarşısından ən yaxşı formada gəlməyi bacardı. Bu quruculuq salnaməsinin uğurlarının nəticədir ki, bölgədə ard-arda yeni yaşayış binaları və qəsəbələr inşa edilərək sakinlərin istifadəsinə verilir. Bu gün Şuşada 1400 nəfər yaşayır ki, bu da təxminən 377 ailə deməkdir və nailiyyətlərin göstəricisidir.
Etimadın və etibarın ünvanı
Göründüyü kimi, Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı, digər şəhərsalma üzrə innovativ korporasiyalarla səmərəli əməkdaşlığın nümunəvi platformasına çevrilməkdədir və bu təşəbbüskarlıq ölkəmizə inam və etimad daha da artırır. Bu baxımdan təşkilat ən mötəbər tədbirlərini ölkəmizdə təşkil etməyə üstünlük verir. Bunun təzahürlərindən biri kimi 2026-cı ilin mayında BMT-nin ən yüksək səviyyəli tədbirlərindən biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycana həvalə edilib.
Beləliklə, WUF13 Azərbaycan və beynəlxalq təşkilatlar, ölkələr və şəhərsalma icması arasında möhkəm əməkdaşlıq formatını yaratmaqla, gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafında yeni meyar və prinsipləri tətbiq etmək, eyni zamanda dünya ölkələri ilə bu sahədə fəal əməkdaşlığı əlaqələndirmək baxımından uğurlu platforma rolunu oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

