Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

19.04.2026 [12:38]

Koreya Xalq Demokratik Respublikası (KXDR) aprelin 19-da səhər saatlarında şərq istiqamətində bir neçə ballistik raket buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketlərin yerli vaxtla səhər saat 6:10-da (Bakı vaxtı ilə 2:10) Sinpho regionundan buraxıldığı bildirilir. Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl sonuncu dəfə aprelin 8-də bir neçə qısamənzilli ballistit raket, ondan bir gün əvvəl isə naməlum raket buraxıb. Ertəsi günü Rəsmi Pxenyan bir neçə silah sistemini, o cümlədən kaset bombalı döyüş başlığına malik taktiki ballistik raketini sınaqdan keçirdiyini açıqlayıb.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30