ABŞ-İran danışıqları baş tutacaq?
21.04.2026 [09:31]
ABŞ və İran arasında atəşkəs razılaşması aprelin 21-də başa çatır. Bu ərəfədə tərəflərin yenidən bir masa ətrafında əyləşməsi və sülh sazişinin imzalanması üçün təşəbbüslər artır. “The Wall Street Journal” yazır ki, Prezident Donald Trampın danışıqlar qrupu hazırlıq vəziyyətindədir və prosesə başlamağa hazırdır.
“Sazişlə bağlı işlərin 80 faizi tamamlanıb”
Tərəflər arasında vasitəçilik edən Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, ABŞ və İran arasında yekun atəşkəs sazişinin bağlanması üzrə işlərin artıq 80 faizi tamamlanıb, lakin tərəflər bundan sonra daha çox çeviklik nümayiş etdirməlidirlər: “Biz artıq işin 80 faizindən çoxunu görmüşük.. İndi hər iki tərəf çeviklik göstərməlidir”. Dar vurğulayıb ki, danışıqlarda vasitəçilik edən Pakistan tərəflərin hərtərəfli razılığa gəlməsini təmin etmək üçün səylərini davam etdirəcək. Lakin Pakistandakı mənbə “Əl-Cəzirə”yə bildirib ki, atəşkəsə nail olmaq üçün hələ çox iş görülməlidir. Bununla belə, İslamabad müsbət nəticəyə ümid edir. Mənbənin sözlərinə görə, “Ümidimiz var və regionda sülh naminə yorulmadan çalışırıq. Buna nail olmaq üçün hər şeyə hazırıq”.
Ağ Evin rəhbəri Donald Tramp İranla növbəti danışıqların ötən həftənin sonunda İslamabadda baş tuta biləcəyini desə də, fikir ayrılıqları səbəbindən görüş reallaşmayıb. Dünən isə Donald Tramp İranla saziş əldə etmək üçün yaxşı şansın olduğunu bildirib. “Axios” nəşrinin məlumatına görə, danışıqlar zamanı razılaşma və ya heç olmasa atəşkəsin uzadılması əldə edilə bilər. “Özümü yaxşı hiss edirəm. Razılaşma konsepsiyası hazırlanıb. Düşünürəm ki, onu tamamlamaq üçün çox yaxşı şansımız var”, - deyə Tramp “Axios”a qısa telefonla müsahibəsində bildirib. Eyni zamanda, portal qeyd edib ki, Tehran İranın danışıqlarda iştirakını təkzib edir və Trampın əsl niyyətinin müharibəni yenidən başlamaq ola biləcəyini hesab edir.
Bazar günü İranın dövlət televiziyası da planlaşdırılan danışıqlar barədə məlumatları təkzib edərək bildirib ki, Tramp administrasiyasının “əsassız və qeyri-real tələbləri, tez-tez mövqe dəyişikliyi, daimi ziddiyyətlər” və Hörmüz boğazında İran limanlarının davam edən blokadası “məhsuldar danışıqlar üçün heç bir aydın perspektiv qoymur”.
Tehran təkzib edir
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai də deyib ki, Tehran hələlik ABŞ ilə münaqişənin həlli üzrə yeni danışıqlar raundunda iştirak etməyi planlaşdırmır. Bəqai Vaşinqtonun tətbiq etdiyi hərbi-dəniz blokadasını və Livanda atəşkəs rejiminin ehtimal edilən pozuntularını qeyd edərək nəzərə çatdırıb ki, ABŞ-ın addımları diplomatik prosesə qeyri-ciddi münasibətdən xəbər verir. ABŞ nümayəndə heyətinin İranla danışıqlar raundunun keçirilə biləcəyi İslamabada yollanmaq qərarını şərh edən İran XİN nümayəndəsi qeyd edib ki, bu, onların şəxsi işidir. Bəqai həmçinin bildirib ki, Tehran danışıqların heç bir raundunda - nə indiki, nə də keçmiş - zənginləşdirilmiş uranın ABŞ-a və ya üçüncü ölkələrə çıxarılması ehtimalını Vaşinqtonla müzakirə etməyib. Onun sözlərinə görə, İran hakimiyyəti prinsip etibarilə belə bir variantı nəzərdən keçirmir.
Bununla belə, Anadolu agentliyi bu barədə danışıqların gedişindən məlumatlı olan mənbələrə istinadla məlumat yayıb ki, İran Hörmüz boğazındakı gərginliyə baxmayaraq, aprelin 21-də Pakistanın paytaxtı İslamabadda ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etmək niyyətindədir. Məlumata görə, Tehran hələ ki, danışıqlarda iştirakını rəsmən təsdiqləməyib. Agentliyin həmsöhbətləri deyiblər ki, İran nümayəndə heyətinin tərkibi eyni qalacaq: ona parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək. ABŞ nümayəndə heyətində isə Birləşmiş Ştatların vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin olması gözlənilir.
“Al Hadath” telekanalı isə məlumat yayıb ki, İran və ABŞ nümayəndə heyətləri arasında yeni danışıqlar raundu aprelin 26-da İslamabadda keçirilə bilər. Məlumata görə, Pakistan tərəfi bu tarix üçün məsləhətləşmələr planlaşdırır. Amma nə Tehran, nə də Vaşinqton hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib. Vurğulanıb ki, Pakistanın yüksək rütbəli hərbi komandanının Tehrana səfəri zamanı İranın raket proqramından imtina etməyəcəyi barədə məlumat verilib.
Çin sülh naminə səylərini davam etdirəcək
Bu arada Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun bəyan edib ki, Pekin İran-ABŞ münaqişəsinin qarşısının alınmasında və müharibə edən tərəflər arasında barışığın təşviq edilməsində konstruktiv rol oynayacaq. “Pekin münaqişə tərəfləri arasında əldə olunan atəşkəs rejiminin impulsunu qorumağa və danışıqları irəli aparmağa yönələn səyləri dəstəkləyir. Çin gərginliyin azaldılmasında və Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaqda konstruktiv rolunu davam edəcək”, - deyə Qo Tszyakun bildirib. XİN nümayəndəsinin sözlərinə görə, hazırda Yaxın Şərqdəki vəziyyət “müharibə ilə sülh arası mərhələdədir” və barışıq üçün “fürsət pəncərəsi” artıq açıldığı üçün müharibənin tez bir zamanda bitməsinə əlverişli şərait yaradılmalıdır.
İranın xarici işlər naziri Abbas Əraqçi isə hesab edir ki, ABŞ prosesə ciddi yanaşmır. O, pakistanlı həmkarı İshaq Darla telefon danışığında bildirib ki, İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-ın regiondakı vəziyyətin həllinə münasibətinin ciddi olmamasını nümayiş etdirir. İran xarici işlər naziri ölkəsinin maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini vurğulayıb. O, həmçinin bölgədə sülhü və təhlükəsizliyi qorumaq üçün məsləhətləşmələrin davam etdiriləcəyini təsdiqləyib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24

