Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyin gücləndirilməsi

Strateji tərəfdaşlıq və qarşılıqlı dəstəyin gücləndirilməsi

27.04.2026 [15:21]

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi yadda qaldı. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən birgə bəyanatlar strateji əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Ukrayna arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı. Bildirildi ki, iki ölkə arasında siyasi dialoq müntəzəm xarakter daşıyır və bu əlaqələr qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanır. Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi və bu mövqeyin dəyişməz olduğunu diqqətə çatdırdı.

Ölkə başçısı çıxışında qeyd etdi ki, iqtisadi sahədə də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Enerji, nəqliyyat, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Xüsusilə Azərbaycanın həyata keçirdiyi iri enerji layihələrinin regional və beynəlxalq əhəmiyyəti vurğulanaraq, Ukraynanın bu təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü diqqətə çatdırdı. Ukrayna ilə enerji dialoqunun inkişafı qarşılıqlı maraqlara xidmət edən istiqamət kimi qiymətləndirildi.

Humanitar sahədə əməkdaşlıq da diqqət mərkəzində olub. Təhsil, mədəniyyət və sosial layihələr çərçivəsində əlaqələrin genişləndirilməsi iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım da xüsusi vurğulanaraq, bu istiqamətdə həmrəyliyin davam etdiriləcəyi bildirildi.

Ukrayna prezidenti Volodimir Zelenski çıxışında Azərbaycana göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd etdi. O, Azərbaycanın beynəlxalq arenada artan rolunu yüksək qiymətləndirdi və qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Səfər çərçivəsində əldə olunan razılaşmalar və aparılan müzakirələr göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələyə qədəm qoyur. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq regionda sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsi baxımından mühüm siyasi mesajlar ehtiva edir. Ukrayna prezidenti Volodimir Zelenskinin bu səfəri Azərbaycan–Ukrayna tərəfdaşlığının gələcək inkişafı üçün möhkəm zəmin formalaşdırır.

Paylaş:
Baxılıb: 35 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30