Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / WP: Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda təhlükəsizlik tam təmin edilməyib

WP: Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda təhlükəsizlik tam təmin edilməyib

27.04.2026 [12:45]

ABŞ administrasiyası Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda maksimum təhlükəsizliyi təmin edə bilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti administrasiyadakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Prezident və kabinet üzvlərinin iştirak etdiyi tədbirlər adətən yüksək təhlükəsizlik səviyyəsi ilə seçilir. Lakin Vaşinqton “Hilton” otelində keçirilən bu tədbirə federal təhlükəsizlik resurslarının tam səfərbər olunmasına imkan verən status verilməyib.

WP-nin mənbələri bildirir ki, digər yüksəksəviyyəli tədbirlərlə müqayisədə qəbulda daha aşağı səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Bu isə vəziyyəti “qeyri-adi dərəcədə həssas” edib.

Tədbirdə ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampla yanaşı, Vitse-prezident Cey Di. Vens, Dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, müdafiə naziri Pit Heqset, FTB direktoru Keş Patel və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30