Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib

28.04.2026 [12:17]

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında görkəmli alim, Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərhum Akademikin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayi̇q Səmədov, direktor müavini-baş həkim Rəşad Hüseynov, direktorun inzibati məsələlər üzrə müavini Nurlan Allahverdili, Gədəbəy Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Ayna Hüseynova, Gədəbəy Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qədir Bağırov və baş məsləhətçi Mətanət Zeynalova, həmçinin YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev və xəstəxananın əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən xəstəxananın direktoru Sayi̇q Səmədov Akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı mühüm xidmətlərindən, onun zəngin elmi irsindən və insanlara göstərdiyi diqqət və qayğıdan danışıb. Daha sonra direktorun inzibati məsələlər üzrə müavini Nurlan Allahverdili çıxış edərək onun həyat və fəaliyyətindən  geniş bəhs edərək  gənc nəsil üçün   üçün örnək olduğunu vurğulayıb.

Qədir Bağırov Akademikin zəngin elmi fəaliyyəti və səhiyyəyə verdiyi töhfələrdən bəhs edib. Daha sonra  xəstəxanın həkim-oftalmoloq Rahilə Məmmədova  çıxış edərək Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsindəki elmi fəaliyyəti, göz xəstəliklərini, müalicəsi və bu sahənin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

Sonda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30