İtirilmiş müstəqillik, sarsılmayan ruh!
28.04.2026 [08:35]
28 Aprel tarixin sərt sınağı idi...
Bu gün 28 Aprel işğalından 106 il ötür. 1920-ci ilin bu günündə Azərbaycan tarixində yalnız siyasi dönüş nöqtəsi yaşanmadı. Eyni zamanda, milli yaddaşda dərin iz buraxmış, azadlıqla bağlı ümidlərin qəfil qırıldığı, dövlət müstəqilliyinin zor gücü ilə sona çatdırıldığı, lakin xalqın mübarizə ruhunun sönmədiyini göstərən mürəkkəb və çoxqatlı bir hadisə kimi yadda qalıb.
Həmin gün cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) regionda baş verən geosiyasi dəyişikliklərin, böyük dövlətlərin maraq toqquşmalarının və daxili çətinliklərin təsiri altında, bolşevik Rusiyasının XI Qızıl Ordusunun Bakıya daxil olması ilə süquta uğradı. Bu isə yalnız hakimiyyətin dəyişməsi deyil, həm də ölkənin siyasi kursunun köklü şəkildə transformasiyası demək idi.
AXC taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o dövrlər Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 106 il qabaq Azərbaycanda hakimiyyətin bolşeviklərə təslim edilib-edilməməsi ilə bağlı parlamentdəki gərgin dartışmalar zamanı Səmədağa Ağamalıoğlu heç nə olmayıbmış kimi “O olmasın, bu olsun” demişdi. Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı.
28 Aprel fəlakəti baş verməyə bilərdi?
23 ayda Cümhuriyyətin içində ayrı-ayrı güclər tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbii ki, bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə istiqamətdə mübarizə aparmasına səbəb olurdu. Müsavatçılar müxtəlif siyasi güclərlə əməkdaşlığa getdilər. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir durumda ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. “Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə” şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq güc halına gəlirdi. Azərbaycanın içindəki müxtəlif əqidəli bəzi şəxslər son məqamda satqınlıq etdilər.
Birinci Dünya müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüz ilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dönəmin inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 1930-cu illərdə bu şəxslərin demək olar, hamısını sovet ideologiyası məhv etdi.
Fəlakət yeni faciəli hallar yaratdı...
1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən yırtıcı üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız 28 Aprel fəlakətinin yaratdığı fəsadları, Demokratik Cümhuriyyətin çöküşünü tam anlamayıblar.
28 Aprel fəlakətimiz birdən-birə yaranmadı. Bu fəlakət hələ çoxdan, əslində türkü sevməyənlərin xəbis niyyətlərində yaşayırdı.
Belə bir gərgin zamanda cümhuriyyəti nəinki elan etmək, üstəlik, onu 23 ay yaşatmaq hünər idi. Ancaq Müsavat hökuməti təəssüf ki, gördüyü böyük işin dəyərini, önəmini kütlələrə istənilən səviyyədə başa sala bilmədi.
Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəlirdi. Həqiqətən də dövlətimizin belə hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi.
Parlament və bütün siyasi partiyalar buraxıldı
“11-ci Qırmızı ordu” aprelin 28-də Bakıya daxil olduqdan sonra Parlament və bütün siyasi partiyalar buraxıldı.
Azərbaycan Cümhuriyyəti süqut edən kimi 1920-ci il aprelin 28-də Türk Aktyorları İttifaqı təcili iclas çağıraraq, uzun illər uğurlu fəaliyyət göstərən truppa müdiriyyətinin guya “mövqeyi-etibarını itirdiyindən” ləğv edilməsi və ittifaqın müvəqqəti olaraq onun yerinə keçməsi barədə qərar qəbul etdi. 1920-ci ilin əvvəllərində regionda vəziyyətin mürəkkəbləşməsi və Şimali Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı nəticəsində ölkədə xalq maarifinin inkişafı sahəsində nəzərdə tutulan çoxsaylı tədbirlərin həyata keçirilməsi yarımçıq qaldı.
Aprel işğalından sonra Jurnalistlər və ədiblər ittifaqı fəaliyyətini dayandırıldı.
Aprel işğalından sonra Kəndli ittifaqı fəaliyyətini dayandırmağa məcbur oldu.
Kustar Neftçıxaranlar Birləşmiş İttifaqı Aprel işğalından sonra fəaliyyətini dayandırdı.
Aprel işğalı və AXC-nin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.
Aprel işğalından sonra AXC Hökumətinin bütün qanun və qərarlarını ləğv edən Sovet hakimiyyətinin məhkəmə orqanlan Cümhuriyyət Parlamentinin 1920-ci il fevralın 9-da qəbul etdiyi “Amnistiya haqqında” Qanunu əsas götürərək, Azərbaycanda türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımlarla ilə əlaqədar cinayət işinə xitam verdi.
Aprel işğalı ilə əlaqədar Səməd bəy Mehmandarov vəzifəsindən istefa verdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Əliağa Şıxlinski ilə birlikdə həbs etdilər.
Azadlıq ideyası bəzən məğlubiyyətlərdən keçərək möhkəmlənir
Elə məqamlar olur ki, bir toplumun üzləşdiyi itkilər, məğlubiyyətlər və faciələr onun ruhunu sarsıtmaq əvəzinə, əksinə, onu daha da sərtləşdirir, iradəsini gücləndirir və gələcəyə daha ayıq, daha düşünülmüş addımlarla irəliləməsinə səbəb olur. Çünki bu cür təcrübələr insanlara yalnız ağrı deyil, həm də dərs verir.
Xalq onda var olur ki, o, fəlakətindən güc almağı bacarır, sarsılmır. Fəlakətindən güc almayan xalq isə özünün yeni-yeni fəlakətlərini yaradır. Bununla belə, 28 aprel tarixi yalnız itirilmiş müstəqilliyin simvolu kimi deyil, həm də gələcək nəsillər üçün dərs, kimliyin qorunmasının əhəmiyyəti və dövlətçilik ideyasının sarsılmazlığı barədə düşünməyə vadar edən bir mərhələ kimi dəyərləndirili. Tarix göstərir ki, azadlıq ideyası bəzən məğlubiyyətlərdən keçərək daha da möhkəmlənir və xalqın yaddaşında yenidən dirçəlmək üçün yaşayır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

