Heydər Əliyev ideyaları ölməzdir
07.05.2026 [10:58]
Səhiyyəmizin dünya miqyasına çıxarılmasında Ulu Öndərin rolu...
Bu gün müstəqil Azərbaycan Respublikası Heydər Əliyev dühasının işığında hüquqi və demokratik dövlət quruculuğunda inamla irəliləyir. Həyatımızın bütün sahələrini əhatə edən, Heydər Əliyev ideyaları hər yerdə müvəffəqiyyətlə həyata keçirilir. Respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən nailiyyətlər də Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Bütün digər sahələrdə olduğu kimi Ulu Öndərin uzaqgörənliyi, bilik və bacarığı səhiyyə sahəsində də dərin iz qoymuş, Azərbaycan səhiyyəsinin inkişafında əvəzedilməz xidmətlər göstərmiş, səhiyyə və təbabət həmişə onun diqqət mərkəzində olmuş və insanların sağlamlığına xüsusi diqqət yetirmişdir. Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin təkcə respublikada deyil beynəlxalq miqyasa çıxmasına, səhiyyənin dayanıqlı inkişafına əlverişli şərait yaratmışdı. Səhiyyəmizin uğurları inkişaf etmiş ölkələr tərəfindən sözsüz qəbul olunurdu. Onun prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülmüş, tibb müəssisələrində təmir-tikinti işləri aparılmış, səhiyyə müəssisələri yeni avadanlıq və cihazlarla təchiz edilmişdi.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə səhiyyədə yeni bir dövr - ciddi inkişaf dövrü başlandı. Bu dövrdə Ümummilli Liderimiz əsl səhiyyə işçisi kimi fəalliyət gostərmiş, səhiyyə ocaqlarının yenidən qurulmasını və təkmilləşdirilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Səhiyyənin inkişafı Heydər Əliyevin tövsiyyələri, göstərişləri əsasında həyata keçirilirdi. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu, müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlanıldı. 1970-1973-cü illərdə Azərbaycan Respublikasında təkcə ana və uşaqların sağlamlığı ilə məşğul olan müəssisələrin sayı 150-dən 180-ə çatdırıldı. Şəhər və rayonlarda fəaliyyət göstərən xəstəxana və ya poliklinikalar yeni binalarla təmin edildi.
Ümummilli Lider Heydər Əliyev səhiyyə quruculuğuna köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış tibb mərkəzlərinin açılması, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu Öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vuğulayırdı.
Səhiyyənin ayrılmaz sahələrindən olan Azərbaycan tibb elmi və tibb təhsilinə və kadr məsələsinə həmişə böyük diqqət yetirən və qayğı göstərən dahi öndərimiz Tibb institutunun professor və müəllimləri ilə görüşündəki nitqində göstərmişdir ki, cəmiyyət qarşısında məsuliyyət hər birimizdən tələb edir ki, hər bir məzunumuz yüksək dərəcəli mütəxəssis olsun.
Müstəqilliyimizin ilk illərindəki ictimai-siyasi hadisələr, yaşanılan böhran əhalinin sağlamlığının pisləşməsinə səbəb olmuşdur. Demoqrafik göstəricilər pisləşmiş, təhlükəli yoluxucu xəstəliklər çoxalmışdır.
Səhiyyəyə diqqətin artırılması və bu sahənin möhkəmləndirilməsi üçün Heydər Əliyevin təşəbbüsləri və səyləri sayəsində Azərbaycan müstəqillik dövründə tezliklə mühüm nailliyətlər qazana bilmişdir. Ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün olmuşdur. Ulu Öndər insan sağlamlığının həyatda ən əziz və ən müqəddəs nemət olduğunu dəfələrlə göstərərək Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu sahədə çox mühüm dövlət əhəmiyyətli qərarlar qəbul etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatlar aparıldı. İlk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən müstəqil respublikamızın ilk qəbul olunmuş Konstitusiyasına uyğun olaraq ölkəmizin həyatında və tarixində çox böyük əhəmiyyət kəsb edən və müstəsna rol oynayan “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edildi. Bu Qanun hazırda əhalinin sağlamlığı keşiyində duran hər bir səhiyyə işçisinin proqram sənədinə çevrilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlığın qorunması sahəsində vətəndaşların bir çox təbəqələrinin hüquqları, tibbi sosial yardım almaq, sosial sığorta hüququ, tibb və əczaçılıq işçilərinin hüquqları və sosial müdafiəsi və s. məsələlər öz əksini tapmışdır.
İnsana, onun sağlamlığına həmişə qayğı göstərən Heydər Əliyevin əhalinin sağlamlığı ilə əlaqədar “Qan və qan komponentlərinin donorluğu haqqında” və “İnsanın immun çatışmazlığı virusu”nun törətdiyi xəstəliyin - “AİDS”in yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” imzaladığı sərəncamları, vərəm xəstəliyinin yayılmasının qarşısını almaq üçün işlənib hazırlanan milli proqramlar sağlamlıq və sosial sahədə keçirdiyi müdrik siyasətin nəticəsi idi. 1990-1995-ci illərdə respublikamızda geniş yayılan poliomielit xəstəliyinin aradan qaldırılmasında Heydər Əliyevin xidməti unudulmazdır. Onun 1996-cı ildə peyvənd tədbirində və Ümumdünya Sağlamlıq Günündə şəxsən iştirakı poliomielitə qarşı mübarizə probleminin dövlət səviyyəsində keçirilməsini bir daha təsdiq etdi. Əsas nailiyyətlərdən biri də qızılca ilə xəstələnmənin kəskin şəkildə azalması idi. Peşə xəstəliklərinə qarşı mübarizə tədbirləri xüsusi əhəmiyyət kəsb edirdi.
Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni bir fəaliyyət növü kimi üzərində dövlət nəzarətinin azaldılması üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Onun bilavasitə göstərişlərinə əsasən “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Ulu Öndərin ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan özəl səhiyyə sisteminin tətbiqi həm də tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar açdı. Özəl və dövlət tibb müəssisələri arasında rəqabət yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi, bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan oldu. Heydər Əliyevin iştirakı ilə özəl tibb xidməti şirkəti - “Medi Klab”, “Respublika Artroloji Mərkəzi”, “Ailə Sağlamlıq Mərkəzi” əhalinin xidmətinə verilmiş, Respublika Milli Onkologiya Mərkəzinin və Elmi-Tədqiqat Oftalmologiya institutlarının tikintisi başa çatdırılmışdır.
1997-ci ildə Səhiyyə Nazirliyində keçirilən Əlaqələndirmə Müşavirəsində Ulu Öndərimiz yoluxucu xəstəliklərə, xüsusən malyariya və vərəm xəstəliklərinə qarşı irihəcmli mübarizəni dövlət səviyyəsində aparılması vəzifəsini irəli sürdü. O, əsrin bəlası sayılan narkomaniya ilə mübarizənin problemlərinə də dövlət səviyyəsində əhəmiyyət vermişdir. Bu məqsədlə “Azərbaycan Respublikasında 2000-ci ilədək narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyəsinə qarşı mübarizə üzrə” ümummilli proqram qəbul olunmuşdur.
Ən yadda qalan hadisə 1918-ci il iyunun 17-də Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə 17 iyun günü 2001-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan tibb işçilərinin peşə bayramı günü elan edilməsi oldu. Həmin il peşə bayramı ərəfəsində ulu öndər Heydər Əliyevin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubunda deyilirdi: “Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz”. Həkimlik peşəsi həmişə və hər yerdə, o cümlədən Azərbaycanda da şərəfli peşə sayılmışdır. Lakin məhz Heydər Əliyevin səyləri sayəsində bu peşəyə güclü məhəbbət yaranmışdır.
Bu gün Heydər Əliyev ideyaları səhiyyə sahəsində də Prezdentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilir. Ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıran icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların ən vacib tərkib hissəsidir. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçməsinin qarşısının alınmasında, ucqarlarda belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır. “İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var”-deyən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. “Şəkərli diabet üzrə Dövlət Proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” və s. insan sağlamlığına mənfi təsir göstərən halların qarşısının alınmasına yönəlib.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” proqramları çərçivəsində görülən işlər əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrindəndir. Ölkəmizdə bu gün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profilaktikasına, əhalinin sağlamlığının qorunmasına xidmət edir. Ölkəmizdə 700-dən artıq tikilmiş və əsaslı təmirdən çıxmış, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin, eləcədə gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.
İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

