Ebola sürətlə yayılır...
21.05.2026 [09:14]
ÜST-dən pandemiya xəbərdarlığı
Dünya yenidən tibb və epidemiologiya sahəsində böyük sınaqla üz-üzədir. Söhbət Ebola virusundan gedir. Konqo Demokratik Respublikasında son sutka ərzində daha 26 nəfər həyatını itirib. Məlumata görə, bununla da ölkədə Ebola virusundan ölənlərin ümumi sayı 131 nəfərə çatıb.
Bildirilir ki, Konqoda indiyədək 543 ehtimal olunan və 33 təsdiqlənmiş Ebola yoluxması halı qeydə alınıb. Qonşu Uqandada isə daha iki təsdiqlənmiş yoluxma aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Ebolanın yayılma sürəti və miqyası ilə bağlı narahatlığını bildirib. O, Konqo Demokratik Respublikası və Uqandada Ebola virusunun yayılması səbəbindən ilk dəfə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Qeyd edək ki, Ebola virusu təbiətdə əsasən meymunlar və yarasalar kimi heyvanlar arasında mövcud olan, insanlara nadir hallarda keçən, lakin keçdiyi zaman yüksək ölüm riski daşıyan virus infeksiyasıdır. Virus qan və bədən mayeləri vasitəsilə yayılır, bu infeksiya öz xarakterinə görə çox sürətlə insan orqanizminin immun sistemini zəiflədə bilir. Xüsusilə epidemik şəraitdə ciddi sosial və tibbi problemlər yaradır.
Hansı simptomları var?
Ebola virusu insan orqanizminə yoluxduqdan sonra ilk günlərdə yorğunluq, baş ağrısı, əzələ və oynaqlarda ağrı kimi əlamətlərlə özünü göstərir. Bu simptomların adi qrip və ya digər viral infeksiyalarla oxşarlığı səbəbindən xəstəliyin erkən mərhələdə tanınması çox çətin olur. Bu da virusun gizli şəkildə yayılmasına şərait yaradır.
Vətəndaşlarımız üçün təhlükə minimaldır, amma...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, hazırda Azərbaycanda Ebola ilə bağlı hər hansı bir rəsmi təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb: “Səhiyyə qurumları, xüsusilə də dövlət infeksion xəstəlik stansiyaları və sanitar epidemioloji xidmətlər virusun ölkəyə gətirilməməsi üçün monitorinqi və sərhəd nəzarətini gücləndiriblər. Bu da onu göstərir ki, hazırkı vəziyyət nəzarət altındadır və vətəndaşlar üçün real təhlükə minimaldır. Lakin hər bir vətəndaşın gigiyenik qaydalara diqqət etməsi və səhiyyə orqanlarının tövsiyələrinə riayət etməsi həyati əhəmiyyət daşıyır”.
Pandemiyaya çevrilmə ehtimalı aşağıdır
V.Cavadzadə qeyd edib ki, dünya miqyasında Ebolanın pandemiya səviyyəsinə çatması üçün müəyyən şərtlərin mövcud olması tələb olunur: “Məsələn, virusun hava-damcı yolu ilə effektiv yayılması, kütləvi və nəzarətsiz yayılma mərkəzlərinin olması, tibbi infrastrukturun zəifliyi və ictimaiyyətin məlumatlılığının aşağı olması kimi amilləri qeyd edə bilərik. Bu baxımdan, hazırkı biliklərimiz və epidemioloji təcrübələr göstərir ki, Ebola əsasən lokal epidemiyalar şəklində qalır və ümumdünya pandemiyasına çevrilmə ehtimalı digər hava-damcı yolu ilə yayılan viruslarla müqayisədə çox aşağıdır”.
Tədbirlərin davamlı olması lazımdır ki...
İnfeksionistin sözlərinə görə, virusların sürətlə mutasiya edə bilməsi və qlobal səyahətlərin intensivliyi səbəbindən, dünya səhiyyəsi heç bir zaman tam rahat ola bilməz: “Belə xəstəliklərin yayılma potensialına qarşı hazırda mövcud olan təcili reaksiyalar, sərhəd nəzarətləri və vaksinasiyalar bizim əsas qoruyucu amillərimizdir. Buna görə də, həm fərdi, həm də ictimai sağlamlıq səviyyəsində tədbirlərin davamlı olması lazımdır ki, Ebola kimi viruslar yalnız mediada qısa müddətli xəbər olsun, real təhlükəyə çevrilməsin”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

