Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
10.06.2026 [15:00]
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Türkiyəyə səfəri çərçivəsində Ankarada keçirilən “AI Tomorrow Summit 2026” tədbirində iştirak edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyasının (AİPA) təşkilatçılığı ilə keçirilən tədbir süni intellekt, etik dəyərlər, qlobal məsuliyyət və texnoloji innovasiyalar sahəsində aparıcı platformalardan biri hesab olunur.
Fariz Cəfərov “Qlobal idarəetmə: ortaq inkişaf yolunun müəyyənləşdirilməsi” adlı panel sessiyada spiker qismində çıxış edərək Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyat sahələrində həyata keçirdiyi təşəbbüslər, strateji prioritetlər və bu istiqamətlərdə görülən işlər barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, 2025-ci ildə 4SİM və AİPA arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu əməkdaşlıq süni intellekt, innovasiya və rəqəmsal transformasiya sahələrində qarşılıqlı təcrübə mübadiləsinə töhfə verir. “AI Tomorrow Summit 2026” tədbirinə dövlət və hökumət nümayəndələri, özəl sektor, beynəlxalq təşkilatlar, elmi dairələr və texnologiya şirkətlərindən 60-dan çox spiker və 6000-dən çox iştirakçı qatılıb.
Səfər çərçivəsində, həmçinin AİPA və MEXT Texnologiya Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirilib. Görüşlərdə cari layihələr üzrə növbəti addımlar, o cümlədən MEXT ilə Yeni Nəsil Texnologiyalar Mərkəzi və müəssisələrin rəqəmsal transformasiyası istiqamətində əməkdaşlıq, AİPA ilə süni intellekt sahəsində tərəfdaşlığın genişləndirilməsi, eləcə də Türkiyə və Azərbaycan şirkətləri üçün təqdimat turlarının təşkili müzakirə olunub. Bununla yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya çərçivəsində digər potensial əməkdaşlıq imkanlarına da toxunulub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

