Sumqayıtlı şagird beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycana qızıl medal qazandırdı
24.07.2026 [16:02]
Sinqapurdan qızıl medalla qayıdan Zeynəb Mehdizadə: "Bu uğur gələcəyimə açılan qızıl biletdir"
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6E sinif şagirdi Zeynəb Mehdizadə beynəlxalq riyaziyyat olimpiadalarında növbəti uğura imza atıb. O, Azərbaycanda keçirilən SASMO 2026 Riyaziyyat Olimpiadasında ən yüksək nəticə göstərərək Sinqapurda təşkil olunan SIMOC 2026 (Singapore International Math Olympiad Challenge) yarışında ödənişsiz iştirak hüququ qazanıb.
17–22 iyul 2026-cı il tarixlərində Sinqapurda keçirilən və dünyanın 40 ölkəsindən 2285 şagirdin qatıldığı beynəlxalq olimpiadada Zeynəb Mehdizadə yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Gənc olimpiadaçı qazandığı uğurun sirri, hazırlıq prosesi, gələcək hədəfləri və yaşıdlarına tövsiyələri barədə suallarımızı cavablandırıb.
– İlk olaraq sizi beynəlxalq olimpiadada qazandığınız qızıl medal münasibətilə təbrik edirik. Bu uğur sizin üçün nə ifadə edir?
– Çox təşəkkür edirəm. Bu uğur mənim gələcəyimə açılan qızıl bilet kimi qiymətləndirilə bilər. Beynəlxalq səviyyədə tanınmaq mənim üçün çox böyük nailiyyətdir və bu nəticə məni gələcək hədəflərim üçün daha da həvəsləndirir.
– SASMO 2026-da yüksək nəticə göstərərək SIMOC-a ödənişsiz iştirak hüququ qazandığınızı öyrənəndə hansı hissləri keçirdiniz?
– Açığı, buna nail olacağıma tam inanmırdım. Qazandığımı öyrənəndə çox sevindim. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Bu, mənim üçün unudulmaz bir sevinc idi.
– SIMOC 2026-ya hazırlıq prosesiniz necə keçdi? Gündə orta hesabla neçə saat məşq edirdiniz?
– Əslində gecə-gündüz hazırlaşmırdım. Riyaziyyat dərslərində və məşğələlərdə verilən tapşırıqları müntəzəm həll edir, bilmədiyim mövzuları müəllimlərimin köməyi ilə öyrənirdim. Məncə, beynəlxalq olimpiadalarda uğur qazanmaq üçün yalnız öz sinfinin proqramını bilmək kifayət etmir. Mütləq bir sinif yuxarının proqramını da öyrənmək lazımdır.
– Sinqapurda keçirilən olimpiadada sizi ən çox təəccübləndirən məqam nə oldu?
– İmtahan SASMO-dan daha çətin idi. Sualların bir hissəsi bizim sinif səviyyəsinə uyğun deyildi. Bəzi tapşırıqları həll etmək üçün daha yuxarı siniflərin proqramını bilmək lazım idi. Bu məqam məni kifayət qədər təəccübləndirdi.
– Dünyanın 40 ölkəsindən gələn şagirdlərlə yarışmaq sizə hansı təcrübələri qazandırdı?
– Bu olimpiadada yalnız bilik deyil, ünsiyyət bacarıqları da çox vacib idi. Minlərlə iştirakçının olduğu mühitdə sosial olmaq böyük üstünlükdür. Mən beynəlxalq olimpiadalarda iştirak etmək istəyən hər kəsə ingilis dilini yaxşı öyrənməyi tövsiyə edərdim. Çünki müxtəlif ölkələrdən gələn şagirdlərlə ünsiyyət qurmaq çox dəyərli təcrübə qazandırır.
– Olimpiadada ən çətin hesab etdiyiniz tapşırıq və ya mərhələ hansısı idi?
– Fərdi imtahanda üçbucağın orta xətti ilə bağlı sual mənim üçün ən çətin tapşırıqlardan biri idi. Ümumilikdə isə keçirilən üç mərhələ arasında məntiq imtahanını ən çətin hesab edirəm.
– Bu uğurunuzda müəllimlərinizin və ailənizin dəstəyi nə dərəcədə rol oynadı?
– Ailəmin və müəllimlərimin dəstəyi olmasaydı, yəqin ki, iki il əvvəl ruhdan düşərdim. Bu, artıq üçüncü ildir ki, SASMO-da iştirak edirəm və yalnız bu il ödənişsiz iştirak hüququ qazandım. Onların mənə inamı və dəstəyi sayəsində heç vaxt yolun yarısından geri dönmədim.
– Gələcəkdə riyaziyyat sahəsində hansı hədəfləriniz var? Beynəlxalq yarışlarda iştirak etməyə davam edəcəksinizmi?
– Bəli, bundan sonra da beynəlxalq olimpiadalarda iştirak etməyi düşünürəm. Ən böyük məqsədim 9, 10 və 11-ci siniflərdə beynəlxalq olimpiadalarda qızıl medallar qazanmaq və gələcəkdə xaricdə təhsil almaqdır.
– Riyaziyyat olimpiadalarına hazırlaşan digər məktəblilərə hansı tövsiyələri verərdiniz?
– İlk cəhddə uğur qazana bilməmək heç vaxt ruhdan düşmək üçün səbəb olmamalıdır. Bir çox insan ilk dəfədən istədiyi nəticəni əldə etmir. Əsas məsələ əzmkarlıq göstərmək və öz üzərində davamlı işləməkdir. Eyni zamanda, yalnız məktəb proqramı ilə kifayətlənmək böyük beynəlxalq uğurlar üçün yetərli deyil.
– Sonda sizi dəstəkləyən müəllimlərinizə, ailənizə və Sumqayıt sakinlərinə nə demək istərdiniz?
– Mənə inanan, hər zaman yanımda olan müəllimlərimə, ailəmə və mənə dəstək göstərən hər kəsə səmimi təşəkkür edirəm. Bu, mənim nə ilk, nə də son uğurumdur. Əminəm ki, onların dəstəyi ilə gələcəkdə də ölkəmi beynəlxalq arenada layiqincə təmsil edəcəyəm.
- Bizə vaxt ayırdığın üçün təşəkkür edirik
- Sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

