Tovuzda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
10.06.2026 [23:01]
YAP Tovuz rayon təşkilatının və Tovuz rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan inkişafa” mövzusunda tədbir keçirilib.
YAP Tovuz rayon təşkilatının inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, ərazi partiya təşkilatlarının sədrləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, 1993-cü ilin iyununda ölkədə yaranmış dərin siyasi böhran Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas edərək sabitliyin, qanunçuluğun və dövlət quruculuğunun əsasını qoydu. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası da məhz həmin mürəkkəb dövrdə dövlətçilik dəyərlərinin və milli maraqların qorunması məqsədilə yaradılmış tarixi zərurət idi. Nihad Pənahov vurğulayıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan davamlı inkişaf yolunda mühüm nailiyyətlər qazanır.
Çıxış edən Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan qısa müddət sonra böyük sınaqlarla üzləşmişdi. Onun sözlərinə görə, 1993-cü ilin iyununda ölkədə siyasi böhran dərinləşmiş, xaos və anarxiya hökm sürmüş, dövlət müstəqilliyi və milli varlıq risk altına düşmüşdü. O vurğulayıb ki, 1991–1993-cü illər ölkəmizin müasir tarixində siyasi qeyri-sabitlik və hərc-mərclik dövrü kimi yadda qalıb və bu vəziyyət həmin dövrdəki səriştəsiz idarəetmənin nəticəsi idi.
Daha sonra çıxış edənlər Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Zülfiyyə Məmmədli və Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Məmmədova azadlıq və müstəqilliyin hər bir xalqın ən böyük sərvəti olduğunu bildiriblər. Natiqlər vurğulayıblar ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının öz taleyini müəyyən etdiyi, dövlət müstəqilliyinin qorunaraq inkişaf yoluna qədəm qoyduğu tarixi gündür. Bu günün Azərbaycanın tərəqqisində və dövlətçiliyinin möhkəmlənməsində müstəsna xidmətləri olan Heydər Əliyevin adı ilə sıx bağlı olduğu qeyd edilib.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda IX–XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində II yerə layiq görülən İbrahim Teyyubzadə, həmçinin Respublika Fənn Olimpiadasında yüksək nəticələr əldə edən Akif Həşimov (coğrafiya fənni üzrə qızıl medal), Əsmər Qasımova (Azərbaycan dili fənni üzrə gümüş medal), İmaməli Əliyev (tarix fənni üzrə gümüş medal) və Zəhra Rüstəmova (biologiya fənni üzrə bürünc medal) təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub, iştirakçılarla xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

