Parisdə minlərlə insan irqçiliyə və ifrat sağçılığa etiraz edib
22.06.2026 [19:50]
Fransanın paytaxtı Parisdə minlərlə insan irqçilik və ifrat sağçı ideyalara qarşı keçirilən yürüşdə iştirak edib. Aksiya Sen-Deni şəhərinin merinin, “Əyilməz Fransa” partiyasının (LFI) üzvü Balli Baqayokonun çağırışı ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, nümayişçilər “Barbes” metrostansiyasının yaxınlığında toplaşaraq, Respublika meydanına doğru yürüş ediblər. Parisdə qırmızı səviyyəli istilik xəbərdarlığının qüvvədə olmasına və havanın temperaturunun 35 dərəcəyə yaxınlaşmasına baxmayaraq, nümayişçilər üzərində antifaşist şüarlar yazılmış plakatlarla, eləcə də Fransa və Fələstin bayraqları ilə küçələrə çıxıblar.
Yürüşün başlanğıcında çıxış edən Balli Baqayoko bildirib ki, irqçilik və ayrı-seçkilik öz-özünə geriləmir. İnsanlar susduqda və göz yumduqda bu hallar daha da güclənir.
Aksiyada “Əyilməz Fransa” partiyasının tanınmış simaları - deputatlar Rima Hassan, Manuel Bompard, Matild Panot və partiyanın lideri Jan-Lük Melenşon da iştirak ediblər. Polis zorakılığına qarşı fəaliyyəti ilə tanınan Assa Traore də yürüşə qoşulub.
Tədbirdən sonra Balli Baqayoko sosial şəbəkədə iştirakçılara təşəkkür edərək, isti hava şəraitinə baxmayaraq, göstərilən həmrəyliyi yüksək qiymətləndirib. O, vətəndaşları 2027-ci ilə qədər respublika dəyərlərinin gücləndirilməsi naminə fəal olmağa çağırıb.
Jan-Lük Melenşon isə irqçiliklə mübarizənin gələcək seçkilərdə mühüm mövzulardan birinə çevrilməli olduğunu vurğulayaraq, “Antiirqçilik səs vermək üçün bir səbəbə çevrilməlidir. 2027-ci ildə görüşənədək!” yazıb.
Qeyd edək ki, yürüş bu ilin mart ayında “CNews” telekanalında Balli Baqayokoya qarşı səsləndirilən irqçi xarakterli açıqlamalardan sonra təşkil olunub. Həmin hadisədən sonra Paris Prokurorluğu mənşə, milliyyət, irqçilik və ya dinə görə ictimai təhqir, eləcə də kibertəqib maddələri üzrə araşdırmalara başlayıb.
Son illərdə sosial şəbəkələrdə və televiziya proqramlarında oxşar hadisələrin artması Fransada irqçilik, etnik mənsubiyyət və dini ayrı-seçkilik mövzusunu yenidən gündəmə gətirib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

